Növbəti təxribat
28.03.2024 [10:05]
Qərbi Azərbaycan İcması Fletçer Məktəbini təxtibatçı tədbirə ev sahibliyi etməməyə çağırıb
N.BAYRAMLI
Azərbaycanın 44 günlük Vətən müharibəsi nəticəsində öz torpaqlarını erməni işğalından azad etməsi müəyyən beynəlxalq dairələrdə ciddi narahatlığa səbəb olub. Onlar dövlətimizin öz gücünə erməni işğalına son qoymasını həzm edə bilmir. Həmin dairələr müxtəlif bəhanələrlə ölkəmizin dünyada imicinə zərbə vurmaq üçün qərəzli kampaniyalar həyata keçirirlər. Ötən ilin sentyabrında isə ordumuzun keçirdiyi antiterror tədbirləri nəticəsində Qarabağda erməni separatizminə son qoyulması, suverenliyimizin tam bərpası isə sözügedən dairələrin əsl simasını tam çılpaqlığı ilə üzə çıxardı. Fransa başda olmaqla bəzi Qərb ölkələri əsassız olaraq Azərbaycanı etnik təmizləmədə ittiham etməyə çalışdılar. Bu prosesdə ABŞ-da da bəzi dairələr yaxından iştirak edir. Lakin real faktlar onların bu iddialarını ifşa etmiş olur. Buna baxmayaraq, Qərbdə müxtəlif qeyri-hökumət təşkilatlarının vasitəsilə qondarma “Dağlıq Qarabağ” məsələsinin gündəmə gətirilməsi üçün cəhdlər davam edir.
Martın 29-da ABŞ-ın Tafts Universitetinin Fletçer adına Hüquq və Diplomatiya Məktəbində “Dağlıq Qarabağ” mövzusunda tədbirin keçiirlməsinin nəzərdə tutulması da sözügedən dairələrin məkrli planlarının tərkib hissəsidir. əlbəttə ki, belə tədbirin keçirilməsi ölkəmiz üçün qəbulolunmazdır. Erməni lobbisinin təsiri ilə bu tipli tədbirlərin keçirilməsi bütövlükdə ABŞ-ın vasitəçilik təşəbbüslərinə zərbə vurur.
Məsələ ilə bağlı Qərbi Azərbaycan İcmasının bəyanat verib. “Bu il martın 29-da ABŞ-ın Tafts Universitetinin Fletçer adına Hüquq və Diplomatiya Məktəbində “dağlıq qarabağ” kimi tarixə qovuşmuş ifadələri ehtiva edən başlıqla tədbirin keçirilməsi planlaşdırılır”,-deyə bildirilən bəyanatda vurğulanıb ki, Azərbaycanın ərazi bütövlüyünə qəsd edən bu tədbirdə Ermənistanın rəsmi şəxsi - bu ölkənin beynəlxalq məhkəmələrdə Azərbaycana qarşı qaldırdığı iddiaları üzrə rəsmi nümayəndəsi Yeqişe Kirakosyanın çıxış etməsi nəzərdə tutulur. Qeyd edilib ki, Ermənistanın rəhbərliyi Azərbaycanın ərazi bütövlüyünü tanıdığına dair siyasi bəyanatlar versə də, hüquqi müstəvidə tamamilə bunun əksini edir. Belə ki, Ermənistanın beynəlxalq məhkəmələrdə Azərbaycana qarşı qaldırdığı iddialar Qarabağ bölgəsinin Azərbaycana aid olmaması tezisinə əsaslanır. Sözügedən iddialar üzrə Ermənistanı təmsil edən Yeqişe Kirakosyanın Fletçer Məktəbində keçiriləcək tədbirdə iştirakı və çıxışı bu dövlətin Azərbaycan Respublikasının ərazi bütövlüyünə qəsd edən hüquqi iddialarının beynəlxalq səviyyədə təbliğatına xidmət edir.
Diqqətə çatdırılıb ki, Ermənistan hökumətinin beynəlxalq məhkəmələrdə Azərbaycanın ərazi bütövlüyünə qəsd edən iddialar qaldırması və bu iddiaların beynəlxalq səviyyədə təbliğatını aparması regionda vəziyyəti gərginləşdirir: “Qərbi Azərbaycan İcması Ermənistan hökumətindən bu addımlarına son qoymağı tələb edir. Belə təxribatçı əməlləri əvəzinə, Ermənistan diqqətini öz ərazisindən qovduğu azərbaycanlıların qayıdışına, onlara qarşı törədilmiş hüquq pozuntularının araşdırılmasına və nəticələrinin aradan qaldırılmasına yönəltməlidir”. Qərbi Azərbaycan İcması həmçinin Fletçer Məktəbini belə bir təxtibatçı tədbirə ev sahibliyi etməməyə çağırıb.
Xəbər lenti
Hamısına baxDünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05
Sosial
08 İyul 16:01
Gündəm
08 İyul 15:23
Mədəniyyət
08 İyul 15:18
Dünya
08 İyul 15:18
YAP xəbərləri
08 İyul 15:17
Hərbi
08 İyul 15:03
Dünya
08 İyul 14:58
Dünya
08 İyul 14:20
Dünya
08 İyul 14:04
Sosial
08 İyul 13:58
Siyasət
08 İyul 13:42
Dünya
08 İyul 13:32
Dünya
08 İyul 13:09
Sosial
08 İyul 13:04
Sosial
08 İyul 13:03
İqtisadiyyat
08 İyul 13:02
İqtisadiyyat
08 İyul 12:41
YAP xəbərləri
08 İyul 12:23
İqtisadiyyat
08 İyul 12:19
İqtisadiyyat
08 İyul 12:05
Gündəm
08 İyul 11:53
İqtisadiyyat
08 İyul 11:50
Siyasət
08 İyul 11:45
Siyasət
08 İyul 11:25
Gündəm
08 İyul 10:58
Gündəm
08 İyul 10:49
Siyasət
08 İyul 10:31
YAP xəbərləri
08 İyul 10:20
Analitik
08 İyul 10:17
Elanlar
08 İyul 10:15
Analitik
08 İyul 09:56
Siyasət
08 İyul 09:30
İdman
08 İyul 09:27
Analitik
08 İyul 09:12
Sosial
08 İyul 08:54
Sosial
08 İyul 08:39
Dünya
08 İyul 07:43
Dünya
08 İyul 07:37
Dünya
08 İyul 07:36
Sosial
08 İyul 07:29
Müsahibə
07 İyul 23:21
Dünya
07 İyul 22:37
İdman
07 İyul 22:10
Dünya
07 İyul 21:44
Hadisə
07 İyul 21:19
Elm
07 İyul 20:41
İqtisadiyyat
07 İyul 20:17
Siyasət
07 İyul 20:09
Xəbər lenti
07 İyul 20:08
Elm
07 İyul 19:55
Dünya
07 İyul 19:50
Dünya
07 İyul 19:23

