Günəşi düşməni bilən “fosfor adam”lar...
13.06.2024 [11:15]
Albinizm haqqında Maarifləndirmə Günüdür
Rənglərinin ağ olması ətrafdakıların diqqətini tez cəlb edir. Bəzi insanların reaksiyaları, onlara uzun müddət baxmaları bu xəstəlikdən əziyyət çəkənləri sıxır. Ona görə də adətən kompleksli olurlar. Ancaq onlar da hər kəs kimi düşüncəli, normal insanlardır. Bizdən sadəcə dərilərinin rəngi ilə fərqlənirlər. Söhbət albinoslardan gedir. Belə insanları “fosfor adam” da adlandırırlar.
Albinosların bəzisi düşünür ki, tanrı onları bu cür yaratmaqla yalnız bir piqmenti-melanini deyil, bütün azadlıqlarını alıb. Albinizm dəridə piqmentin anadangəlmə yoxluğudur və genetik xəstəlikdir. Belə insanlarda piqmentlər inkişaf etmədiyi üçün onların rəngi ağ olur. Albinizm insan dərisində, saçlarda və gözlərdə həmin hissələrin normal rəngini verən boya maddəsinin irsi olaraq yoxluğudur. Xəstəlik 3 cür olur: bütün bədəni əhatə edən albinizm, göz albinizmi və dəri albinizmi. Albinosların sümüklərinin tərkibində fosforun miqdarının həddən çox olması onları adi insanlardan fərqləndirən başlıca cəhətlərdən biridir.
Hər 70 min nəfərdən biri gizli daşıyıcıdır...
Albinoslar günəşi heç sevmirlər. Çünki dəriləri günəşə qarşı çox həssasdır. Onlar özlərini günəş şüalarından qorumalıdırlar, əks təqdirdə dəri xərçənginə tutulmaq riski çox yüksəkdir. Genetiklərin araşdırmalarına görə, insanlarda albinizm geni əslində nadir deyil, sadəcə çox vaxt bu gen aktiv olmur. Təxminən hər 70 min nəfərdən birinin onun gizli daşıyıcısı olduğu təxmin edilir.
Albinosların övladı mütləq albinos olur?
Mütəxəssislər albinizmdən əziyyət çəkənlərin övladlarının da böyük ehtimalla albinos olacağını bildirirlər. Ancaq bunu dəqiq demək olmaz. Çünki xəstəliyin özünün qanunları var. İrsi xəstəlik olduğu üçün dəqiq diaqnoz qoymaq mümkün deyil.
Dünyada hər 20 min nəfərdən biri...
Statistikaya görə, dünya əhalisinin təqribən 1 faizi albinosdur. Bəzi Afrika ölkələrində cadugərlər albinosları öldürüb onların bədən üzvlərini kəsərək uğurgətirici amulet kimi satırlar. Hər il onlarla albinos öldürülür. Xüsusilə Tanzaniyada cadugərlər albinosların saç, qol, ayaq və qan kimi bədənlərindən alınan parçaları, insanları zəngin edəcəyi qarşıya qoyulan bir iksir istehsalında istifadə edirlər. Bu baxımdan bir çox ölkələrdə albinoslar hüquqlarını müdafiə etmək üçün öz təşkilatlarını yaradıblar.
Albinizmin müalicəsi varmı?
Hələ ki, tibbdə xəstəliyin tam müalicəsi yoxdur. Lakin araşdırmalara görə, genetika üzərində çalışan mütəxəssislər tərəfindən xəstəliyin tam müalicə edilməsinin yeganə yolu albinizmi yaradan xromosomun tapılması və idarə edilməsidir. Nə vaxtsa xromosomların idarəsi mümkün olsa, tam müalicə də tapıla bilər.
Artıq 9 ildir ki, iyunun 13-ü Beynəlxalq Albinizm haqqında Maarifləndirmə Günü kimi qeyd edilir. Bu tarix 2014-cü il dekabrın 18-də BMT-nin Baş Assambleyası tərəfindən təsis olunub. Ölkəmizdə də albinizm hər 20 min insandan birində aşkarlanır.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxDünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05
Sosial
08 İyul 16:01
Gündəm
08 İyul 15:23
Mədəniyyət
08 İyul 15:18
Dünya
08 İyul 15:18
YAP xəbərləri
08 İyul 15:17
Hərbi
08 İyul 15:03
Dünya
08 İyul 14:58
Dünya
08 İyul 14:20
Dünya
08 İyul 14:04
Sosial
08 İyul 13:58
Siyasət
08 İyul 13:42
Dünya
08 İyul 13:32
Dünya
08 İyul 13:09
Sosial
08 İyul 13:04
Sosial
08 İyul 13:03
İqtisadiyyat
08 İyul 13:02
İqtisadiyyat
08 İyul 12:41
YAP xəbərləri
08 İyul 12:23
İqtisadiyyat
08 İyul 12:19
İqtisadiyyat
08 İyul 12:05
Gündəm
08 İyul 11:53
İqtisadiyyat
08 İyul 11:50
Siyasət
08 İyul 11:45
Siyasət
08 İyul 11:25
Gündəm
08 İyul 10:58
Gündəm
08 İyul 10:49
Siyasət
08 İyul 10:31
YAP xəbərləri
08 İyul 10:20
Analitik
08 İyul 10:17
Elanlar
08 İyul 10:15
Analitik
08 İyul 09:56
Siyasət
08 İyul 09:30
İdman
08 İyul 09:27
Analitik
08 İyul 09:12
Sosial
08 İyul 08:54
Sosial
08 İyul 08:39
Dünya
08 İyul 07:43
Dünya
08 İyul 07:37
Dünya
08 İyul 07:36
Sosial
08 İyul 07:29
Müsahibə
07 İyul 23:21
Dünya
07 İyul 22:37
İdman
07 İyul 22:10
Dünya
07 İyul 21:44
Hadisə
07 İyul 21:19
Elm
07 İyul 20:41
İqtisadiyyat
07 İyul 20:17
Siyasət
07 İyul 20:09
Xəbər lenti
07 İyul 20:08
Elm
07 İyul 19:55
Dünya
07 İyul 19:50
Dünya
07 İyul 19:23

