Ötən il İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə 11 min 688 vətəndaş müraciəti daxil olub
31.01.2025 [19:17]
2024-cü il ərzində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə ümumilikdə 11 min 688 vətəndaş müraciəti daxil olub.
Dövlət Agentliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, onlardan 7 min 605-i agentliyə poçtla və elektron poçtla, 4 min 83-ü isə sosial şəbəkə hesabları vasitəsilə daxil olan müraciətlərdir.
7 min 605 müraciətdən 4 min 546-sı icbari tibbi sığorta hesabına tibbi xidmət, müayinə və müalicə, 1109-u əlillik məsələləri, 607-si işə qəbul və əmək münasibətləri, 379-u dərman vasitələri və tibbi sərflə təminat, 964-ü isə digər məsələlərlə bağlı mövzuları əhatə edib. Bütün müraciətlərə qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə baxılıb.
Sosial şəbəkələrdəki vətəndaşları ən çox maraqlandıran mövzular icbari tibbi sığorta çərçivəsində təminata alınan tibbi xidmətlər (tibbi müayinələr, cərrahi əməliyyatlar, orqan transplantasiyası və s.), müqaviləli tibb müəssisələrinə göndərişlərin verilməsi qaydası və digər mövzularla bağlı olub.
Bundan başqa, qeyd edilən müddət ərzində 1581 vətəndaş qəbul olunub. Onlardan 216 nəfər Naftalan şəhəri, Neftçala, Salyan, Biləsuvar, Abşeron, Xızı, Zəngilan, Beyləqan, Füzuli, Xocavənd, Kürdəmir, Zərdab, Daşkəsən, Göygöl, Göyçay, Ağdaş, Ucar, Goranboy, Şəki, Qax, Şəmkir, Gədəbəy, Şamaxı, Ağsu, Qobustan, Zaqatala, Balakən, Masallı və Yardımlı rayon sakinləri olaraq Agentliyin İdarə Heyətinin sədri tərəfindən səyyar qaydada qəbul edilib.
Qəbula gələn vətəndaşlar əsasən icbari tibbi sığorta, müayinə-müalicə, cərrahi əməliyyatlar, dərman və tibbi sərfin qarşılanması, əlillik dərəcəsinin təyin edilməsi, işlə təminat s. məsələlərlə bağlı müraciət ediblər. Vətəndaşların müraciətləri qanunvericiliyin tələblərinə uyğun şəkildə cavablandırılıb və onların həlli istiqamətində zəruri tapşırıqlar verilib.
Qeyd edək ki, səyyar qəbullar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən “Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən şəhər və rayonlarda keçiriləcək vətəndaşların qəbulu cədvəli”nə uyğun olaraq təşkil edilib.
Xəbər lenti
Hamısına baxDünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45
Hadisə
19 May 20:22
Siyasət
19 May 20:09
Dünya
19 May 19:56
Dünya
19 May 19:30
Dünya
19 May 19:16
Elm
19 May 18:59
Dünya
19 May 18:29
Dünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
Gündəm
19 May 16:09
Ədəbiyyat
19 May 15:59
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41
Xəbər lenti
19 May 13:33
Xəbər lenti
19 May 13:32
Xəbər lenti
19 May 13:28
Sosial
19 May 13:27
Sosial
19 May 13:26
Xəbər lenti
19 May 13:24
Dünya
19 May 13:18
Dünya
19 May 12:54
Gündəm
19 May 12:22
YAP xəbərləri
19 May 12:09
YAP xəbərləri
19 May 12:07
Sosial
19 May 12:06
Sosial
19 May 12:05
Sosial
19 May 12:03
Elm
19 May 12:03
Gündəm
19 May 11:49
Gündəm
19 May 11:30
İqtisadiyyat
19 May 11:16
Siyasət
19 May 10:52
Analitik
19 May 10:35
Sosial
19 May 10:13
Ədəbiyyat
19 May 09:54
Analitik
19 May 09:31
Ədəbiyyat
19 May 09:17
Ədəbiyyat
19 May 08:50
Gündəm
19 May 08:49
Sosial
19 May 08:38
Sosial
19 May 07:03
Gündəm
19 May 00:09
Dünya
18 May 23:46
Dünya
18 May 23:30
Elm
18 May 23:22
Xəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30

