AYNA sədri: Özəl daşıyıcılar tərəfindən 400-ə yaxın ekoloji təmiz avtobus alınacaq
28.05.2025 [13:44]
Mayın 27-də Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) yanında İctimai Şuranın təşkilatçılığı, Daxili İşlər Nazirliyinin və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) dəstəyi ilə “Yaşıl nəqliyyat biznesi: imkanlar və perspektivlər” mövzusunda ictimai müzakirə keçirilib.
AZƏRTAC xəbər verir ki, “Bakı KOB evi”ndə təşkil olunmuş tədbirdə müvafiq dövlət qurumlarının və biznes assosiasiyalarının nümayəndələri, müvafiq sahədə fəaliyyət göstərən 70-ə yaxın sahibkar iştirak edib.
KOBİA yanında İctimai Şuranın sədri Samir Abdullayev tədbirin nəqliyyat sahəsində yaşıl texnologiyaların tətbiqi, bu sahədə çağırışlar, yaşıl nəqliyyat vasitələrinin fəaliyyəti və infrastrukturun inkişafının müzakirə edilməsi məqsədilə təşkil olunduğunu qeyd edib.
Tədbirdə çıxış edən daxili işlər nazirinin müavini Oqtay Kərimov qeyd edib ki, ekoloji cəhətdən təmiz nəqliyyat vasitələrindən istifadəyə keçidin təmin olunması məqsədilə köhnəlmiş və texniki təhlükəsizlik göstəriciləri aşağı olan nəqliyyat vasitələrinin utilizasiyası üçün qanunvericilik bazası təkmilləşdirilib, ekoloji cəhətdən təmiz, elektrik və hibrid nəqliyyat vasitələrindən istifadənin stimullaşdırılması məqsədilə bu növ nəqliyyat vasitələrinin istehsalı, idxalı, ixracı, dövriyyəsi və istismarı üçün güzəştlər və imtiyazlar tətbiq edilib. Nəticədə ekoloji təmiz elektrik və hibrid avtomobillərdən istifadəyə maraq artıb. Ölkə ərazisində dövlət qeydiyyatında olan bu növ avtomobillərin sayı ümumi nəqliyyatın 4,7 faizini təşkil edir. Təkcə 2025-ci ilin ötən dövründə ilkin qeydiyyata alınan ümumi nəqliyyat vasitələrinin 40 faizini hibrid və elektrik nəqliyyat vasitələri təşkil edir. 2023-cü illə müqayisədə dövlət qeydiyyatına alınan elektrik və hibrid nəqliyyat vasitələrinin sayı 2 dəfə artıb. Avtomobillərdən atmosferə atılan tullantıların azaldılmasına nail olmaq məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə ildə iki dəfə “Təmiz hava” aylığı keçirilir. Son bir ildə və cari ilin ötən dövrü ərzində bu növ qaydaları pozan 34 124 sürücü barəsində inzibati tənbeh tətbiq edilib.
AYNA-nın İdarə Heyətinin sədri Anar Rzayev ictimai nəqliyyatla bağlı görülən işlər, o cümlədən bu sahədə infrastrukturun yenilənməsi, mikromobillik və bununla bağlı qanunvericilikdə edilmiş dəyişiklikləri diqqətə çatdırıb. Qeyd olunub ki, ötən il Bakı şəhərinin avtobus şəbəkəsində 166 elektrik avtobus və 55 ədəd ekoloji təmiz CNG avtobus istismara verilib. Bu il özəl daşıyıcılar tərəfindən təxminən 400-ə yaxın ekoloji təmiz avtobusun alınaraq istismara buraxılması nəzərdə tutulur. 484 məntəqədə mikromobillik (skuterlər üçün) parklanma yerləri təşkil edilib, 78 məntəqədə velosipedlərin parklanması üçün dəmir konstruksiyalar quraşdırılıb, mikromobillik zolaqlarında təhlükəsizliyin təmin edilməsi üçün müvafiq işlər görülüb. 2024-cü ildən velosiped icarəsi xidmətinin tətbiqinə başlanılıb. Bakı şəhərində operatorlar tərəfindən icarəyə verilən mikromobillik vasitələrinin sayı təxminən 4760 ədəd təşkil edir ki, bunların 77 faizini skuter, 23faizini isə velosiped təşkil edir.
KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov qeyd edib ki, yaşıl nəqliyyatın inkişafı KOB-lar üçün yeni biznes imkanları açır və onları innovativ sahələrə yönəldir. Xüsusilə elektriklə işləyən avtomobil və digər nəqliyyat növlərinin yayılması texniki xidmət mərkəzləri, enerji doldurma məntəqələri və xidmət üzrə yeni fəaliyyət sahələri yaradır. Eyni zamanda yaşıl nəqliyyat infrastrukturunun planlaşdırılması zamanı KOB-ların maraqları və onların fəaliyyətinə təsir edən məsələlər nəzərə alınmalıdır. Yaşıl nəqliyyat sahəsində fəaliyyət göstərmək istəyən, həmçinin bu nəqliyyatın fəaliyyətindən təsirlənən sahibkarlar bu sahədəki trendləri izləməli, yeni məhsul və xidmətlərə uyğunlaşmalı, ətraf mühitə az təsir göstərən logistik modellərin tətbiqinə çalışmalıdır.
Tədbirdə biznes subyektlərinin müvafiq sahə üzrə təklifləri və qarşıda duran məsələlər öyrənilib, mövzu ətrafında fikir mübadiləsi aparılıb, sahibkarların sualları cavablandırılıb.
Xəbər lenti
Hamısına baxSosial
15 Noyabr 18:24
Gündəm
15 Noyabr 17:51
YAP xəbərləri
15 Noyabr 16:29
YAP xəbərləri
15 Noyabr 15:25
YAP xəbərləri
15 Noyabr 14:52
Xəbər lenti
15 Noyabr 14:49
İdman
15 Noyabr 14:47
Gündəm
15 Noyabr 14:30
Hadisə
15 Noyabr 14:29
Gündəm
15 Noyabr 13:38
Sosial
15 Noyabr 13:28
Gündəm
15 Noyabr 12:44
Gündəm
15 Noyabr 12:15
Gündəm
15 Noyabr 11:53
Siyasət
15 Noyabr 11:42
İqtisadiyyat
15 Noyabr 11:17
İqtisadiyyat
15 Noyabr 10:49
Analitik
15 Noyabr 10:30
MEDİA
15 Noyabr 10:12
Ədəbiyyat
15 Noyabr 09:51
İqtisadiyyat
15 Noyabr 09:38
Elm
15 Noyabr 09:15
Sosial
15 Noyabr 08:56
Ədəbiyyat
15 Noyabr 08:32
Dünya
14 Noyabr 23:40
YAP xəbərləri
14 Noyabr 23:10
Hadisə
14 Noyabr 22:52
YAP xəbərləri
14 Noyabr 22:30
YAP xəbərləri
14 Noyabr 22:18
Diaspor
14 Noyabr 21:48
Hadisə
14 Noyabr 21:27
Dünya
14 Noyabr 21:10
Dünya
14 Noyabr 20:56
YAP xəbərləri
14 Noyabr 20:34
Diaspor
14 Noyabr 20:30
Dünya
14 Noyabr 20:13
Dünya
14 Noyabr 19:52
YAP xəbərləri
14 Noyabr 19:45
Hadisə
14 Noyabr 19:37
Sosial
14 Noyabr 19:14
YAP xəbərləri
14 Noyabr 19:08
Sosial
14 Noyabr 18:55
YAP xəbərləri
14 Noyabr 18:28
YAP xəbərləri
14 Noyabr 18:21
YAP xəbərləri
14 Noyabr 17:33
İqtisadiyyat
14 Noyabr 17:10
YAP xəbərləri
14 Noyabr 16:41
Dünya
14 Noyabr 16:28
Siyasət
14 Noyabr 16:01
YAP xəbərləri
14 Noyabr 15:39
Hadisə
14 Noyabr 15:38
Dünya
14 Noyabr 15:37
Dünya
14 Noyabr 15:31
Siyasət
14 Noyabr 15:16
YAP xəbərləri
14 Noyabr 14:57
Dünya
14 Noyabr 14:55
YAP xəbərləri
14 Noyabr 14:48
YAP xəbərləri
14 Noyabr 14:38
Sosial
14 Noyabr 14:36
Dünya
14 Noyabr 14:22
Dünya
14 Noyabr 13:58
Dünya
14 Noyabr 13:20
YAP xəbərləri
14 Noyabr 13:05
YAP xəbərləri
14 Noyabr 13:04
Dünya
14 Noyabr 12:43
Sosial
14 Noyabr 12:41
İqtisadiyyat
14 Noyabr 12:40
İqtisadiyyat
14 Noyabr 12:35
Hadisə
14 Noyabr 12:34
İdman
14 Noyabr 12:19

