Sağlam gələcək naminə!
06.06.2025 [08:43]
Qida təhlükəsizliyinin təminatı mühümdür...
Düzgün qidalanma insan sağlamlığının ilkin şərtidir. Lakin qidalanmadan öncə daha vacib bir nüans var: Ərzaqların düzgün şəkildə saxlanılması, sanitar qaydalara riayət edilməsi. Bu fakt qida təhlükəsizliyi nöqteyi-nəzərindən çox vacibdir. Nəzərə alınmalıdır ki, müasir dünyada hər keçən gün qida çeşidliliyi artır - bu çoxçeşidlilik isə heç də faydalı qidaların artımı demək deyil. Əksinə, istehlakçıları çaş-baş salacaq, fərqli, bir çox hallarda isə keyfiyyətsiz qidalar daha çox ortaya çıxmaqdadır.
Məlumdur ki, insana lazım olan 20 amin turşusundan orqanizm yalnız 12-ni sintez edə bilir. Qalanlarını isə zülallarla zəngin qida vasitələri ilə almalıyıq. Heyvan və bitki mənşəli qidaların tərkibində zülallardan başqa çoxlu bioloji əhəmiyyətli maddələr də var ki, insanlar hələ uzun müddət bundan istifadə edəcəklər. Araşdırmalara görə, məhsul nə qədər təzədirsə, onun keyfiyyəti bir o qədər yüksək olur. Məsələn, süd sağılan an keyfiyyətli hesab edilir. Bir qədər sonra isə onun qaynadılması vacibdir.
Ölkələrin ərzaq, qida təhlükəsizliyinin təmin edilməsi qlobal məsələlərdən biridir. Çünki hər bir ölkənin ərzaq təhlükəsizliyi milli təhlükəsizliyin ayrılmaz hissəsidir.
Hər il 600 milyon insan...
Artıq 7 ildir ki, iyunun 7-si Ümumdünya Qida Təhlükəsizliyi Günü qeyd olunur. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) son hesabatına əsasən, hər il 600 milyon insan qida ilə ötürülə bilən 200 növ xəstəlikdən əziyyət çəkir. Bu xəstəliyə yoluxanlar arasında isə gənclər üstünlük təşkil edir. Təşkilatın məlumatına görə, qida ilə yoluxan xəstəliklər dünyada hər 10 nəfərdən 1-nə təsir edir. Ümumdünya Qida Təhlükəsizliyi Gününün builki devizi “Qida təhlükəsizliyi: Elm fəaliyyətdədir” adlanır.
Çarpaz çirklənməyə yol verilməməlidir...
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, qida təhlükəsizliyi təkcə təhlükəsiz qida istehsalını deyil, həm də təhlükəsiz qida istehlakını əhatə edir: “Təhlükəsiz qidalar qida dəyərini itirməmiş, fiziki, kimyəvi, bioloji cəhətdən təmiz və xarab olmamış qidalar hesab edilir. Bioloji təhlükələr arasında qida təhlükəsizliyi üçün ciddi problemlər yaradan və qida zəhərlənmələrinə səbəb olan mikroorqanizmlər isə bakteriyalardır. Buna görə də, hər yerdə, xüsusilə də mətbəxdə çarpaz çirklənməyə yol verilməməlidir. Qida ilə təmasda olan hər şeyə, o cümlədən kəsmə lövhələrə ciddi diqqət yetirilməlidir”.
Qeyd edək ki, sürətli urbanizasiya, sənayeləşmə və qlobal ticarətin genişlənməsi qida məhsullarının yol boyu keçdiyi mərhələlərin çoxalmasına və risklərin artmasına səbəb olur. Bütün bu problemlərin effektiv həllinə dövlət nəzarəti zərurət yaradır. Azərbaycanda bu sahəyə dövlət nəzarətini təmin edən əsas qurumlardan biri Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyidir (AQTA). Agentlik 1 iyul 2018-ci ildən etibarən fəaliyyətə başlayıb. Agentliyin yaradılması Azərbaycanda qida təhlükəsizliyi sahəsində vahid dövlət nəzarətinin təmin edilməsi, əhalinin keyfiyyətli və təhlükəsiz qida məhsulları ilə təmin olunması, həmçinin qida sahəsində beynəlxalq standartlara inteqrasiyanı sürətləndirmək məqsədi daşıyır.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxDünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05
Sosial
08 İyul 16:01
Gündəm
08 İyul 15:23
Mədəniyyət
08 İyul 15:18
Dünya
08 İyul 15:18
YAP xəbərləri
08 İyul 15:17
Hərbi
08 İyul 15:03
Dünya
08 İyul 14:58
Dünya
08 İyul 14:20
Dünya
08 İyul 14:04
Sosial
08 İyul 13:58
Siyasət
08 İyul 13:42
Dünya
08 İyul 13:32
Dünya
08 İyul 13:09
Sosial
08 İyul 13:04
Sosial
08 İyul 13:03
İqtisadiyyat
08 İyul 13:02
İqtisadiyyat
08 İyul 12:41
YAP xəbərləri
08 İyul 12:23
İqtisadiyyat
08 İyul 12:19
İqtisadiyyat
08 İyul 12:05
Gündəm
08 İyul 11:53
İqtisadiyyat
08 İyul 11:50
Siyasət
08 İyul 11:45
Siyasət
08 İyul 11:25
Gündəm
08 İyul 10:58
Gündəm
08 İyul 10:49
Siyasət
08 İyul 10:31
YAP xəbərləri
08 İyul 10:20
Analitik
08 İyul 10:17
Elanlar
08 İyul 10:15
Analitik
08 İyul 09:56
Siyasət
08 İyul 09:30
İdman
08 İyul 09:27
Analitik
08 İyul 09:12
Sosial
08 İyul 08:54
Sosial
08 İyul 08:39
Dünya
08 İyul 07:43
Dünya
08 İyul 07:37
Dünya
08 İyul 07:36
Sosial
08 İyul 07:29
Müsahibə
07 İyul 23:21
Dünya
07 İyul 22:37
İdman
07 İyul 22:10
Dünya
07 İyul 21:44
Hadisə
07 İyul 21:19
Elm
07 İyul 20:41
İqtisadiyyat
07 İyul 20:17
Siyasət
07 İyul 20:09
Xəbər lenti
07 İyul 20:08
Elm
07 İyul 19:55
Dünya
07 İyul 19:50
Dünya
07 İyul 19:23

