Qubadlı sakinləri mütəşəkkil qaydada tibbi müayinədən keçirlər
07.03.2014 [09:19]
Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyəsinə əsasən fevralın 17-dən mayın 1-dək bütün ölkə vətəndaşları pulsuz tibbi müayinədən keçirlər. Bu humanitar aksiyadan Qubadlı rayonunun əhalisi də yararlanır.
Qubadlı rayon İcra Hakimiyyəti başçısının müavini Xoşqədəm Əliyeva AzərTAc-a bildirib ki, Azərbaycan Prezidentinin tapşırığına uyğun olaraq keçirilən humanitar aksiyaya rayon əhalisi böyük həvəs göstərir, müayinədə mütəşəkkil iştirak edir. Əhalinin sağlamlığının qorunmasına yönələn bu tədbirin mütəşəkkil keçirilməsini təmin etmək məqsədilə xüsusi komissiya və qərargah yaradılıb, qrafik tərtib edilib, səhiyyə müəssisələri müvafiq ləvazimatlarla təmin olunub.
X.Əliyeva bildirib ki, rayon əhalisi Bakı və Sumqayıt şəhərlərində, həmçinin respublikanın 13 rayonunda fəaliyyət göstərən tibb müəssisələrində müayinə olunurlar. Fevralın 17-dən indiyədək 6479 nəfər sakin müayinədən keçib. Onlardan 94-nə ambulator, 4-nə isə stasionar müalicə təyin olunub. O qeyd edib ki, hazırda tibbi müayinələr uğurla davam edir.
Rayon mərkəzi xəstəxanasının baş həkimi Nüsrət Əhmədov bildirib ki, müayinələr qrafikə uyğun yüksək ixtisaslı və təcrübəli həkim briqadaları tərəfindən aparılır. Bununla belə, sakinlər istənilən vaxt müayinələrin keçirildiyi tibb ocağına gələrək xidmətimizdən istifadə edə bilərlər. O, aşkar olunan xəstəliklər arasında şəkərli diabet və ürək-damar xəstəliklərinin çoxluq təşkil etdiyini deyib.
Aksiyanın əhəmiyyətini yüksək dəyərləndirən məcburi köçkünlər onların sağlamlığı qayğısına qalan Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Xəbər lenti
Hamısına baxDünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25

