Kürdəxanının su təchizatı yaxşılaşdırılır
17.03.2015 [09:57]
“Azərsu” Açıq Səhmdar Cəmiyyəti ilə Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOİCA) birgə həyata keçirdiyi “Abşeron yarımadasında su çatışmazlığı üzrə ümumi həll: Abşeron yarımadasının Kürdəxanı qəsəbəsində su təchizatı sistemlərinin yaradılması” layihəsi uğurla başa çatıb. Martın 14-də Kürdəxanı qəsəbəsində yeni su təchizatı sistemlərinin istismara verilməsinə həsr olunmuş açılış mərasimi keçirilib. Mərasimdə “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov, Koreya Respublikasının Azərbaycandakı səfiri Çoi Suk-in, KOİCA-nın vitse-prezidenti Kim İn, Sabunçu rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev və ictimaiyyət nümayəndələri iştirak ediblər.
“Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov ölkə əhalisinin keyfiyyətli və fasiləsiz içməli su ilə təmin olunmasını Prezident İlham Əliyevin daim diqqətdə saxladığını xatırladaraq qeyd edib ki, hazırda respublikanın 40-dək şəhər və rayon mərkəzində, həmçinin, Bakıətrafı qəsəbələrdə içməli su və kanalizasiya layihələri icra olunur. Bakı şəhəri və ətraf qəsəbələrin sosial iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq 2013-cü ilin mayında Kürdəxanı qəsəbəsində yeni içməli su layihəsinin icrasına başlanılıb. Bu layihə 2035-ci ilə perspektiv inkişaf nəzərə alınmaqla Kürdəxanı qəsəbəsində 26250 nəfərin su təchizatının əsaslı şəkildə yaxşılaşdırılmasına hesablanıb: “Koreya şirkətləri tərəfindən həyata keçirilən tikinti-quraşdırma işləri qısa müddətdə tam başa çatdırılmışdır. Layihə çərçivəsində qəsəbədə polietilen borularla 97,2 km uzunluğunda içməli su xətləri çəkilmiş, 3945 ünvana birləşmə verilmiş və bütün abunəçilər smart sayğaclarla təmin edilmişdir. Bununla da 14300 nəfər qəsəbə sakini 24 saat fasiləsiz rejimdə içməli su ilə təmin olunmuşdur. Eyni zamanda, yanğın təhlükəsizliyi məqsədi ilə qəsəbənin müxtəlif yerlərində 436 yanğın hidrantı quraşdırılmışdır”.
Koreya Respublikasının Azərbaycandakı səfiri Çoi Suk-in çıxışında Azərbaycan və Koreya arasında iqtisadi, siyasi və mədəni əlaqələrin yüksələn xətlə inkişaf etdiyini yüksək qiymətləndirib. Səfir ölkəsinin Azərbaycanda həyata keçirilən layihələrə bundan sonra da dəstək verəcəyini bildirib.
KOİCA-nın vitse-prezidenti Kim İn layihə haqqında məlumat verərək bildirib ki, təmsil etdiyi təşkilat Azərbaycan hökuməti ilə sıx əməkdaşlıq edir: “Kürdəxanı qəsəbəsinin su təchizatının yaradılması üçün Koreya hökuməti Azərbaycana 26,18 milyon ABŞ dolları məbləğində yardım (qrant) ayırmışdır. Kürdəxanı qəsəbəsinin içməli su təchizatının yaxşılaşdırılması layihəsinin vaxtında və keyfiyyətlə icrası bu uğurlu əməkdaşlığın bariz nümunəsidir. Bizim işlərimiz bununla yekunlaşmır. Pirşağı qəsəbəsinin yaxınlığında tikiləcək çirkab sutəmizləyici qurğunun inşasına Koreya hökuməti kredit ayırmışdır və artıq bu il işlərə başlanılacaq. KOİCA-nın ayıracağı qrant hesabına Beyləqan rayonu ərazisində Xocavənd qəsəbəsinin su təchizatı sistemlərinin yaradılması da nəzərdə tutulur”.
Sabunçu rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev su təchizatının və kanalizasiya sistemlərinin yenidən qurulmasının qəsəbənin sosial-iqtisadi inkişafına töhfə verdiyini diqqətə çatdırıb. Qeyd olunub ki, bu layihənin icrası Kürdəxanı qəsəbəsinin uzun illərdir mövcud olmuş içməli su problemini birdəfəlik həll edib.
Qəsəbə sakinləri adından çıxış edən Vamiq Məmmədəliyev Kürdəxanı qəsəbəsinin içməli su probleminin qısa müddətdə həll edilməsinə görə ölkə başçısına, Koreya hökumətinin nümayəndələrinə, “Azərsu” ASC-nin əməkdaşlarına minnətdarlığını bildirib.
Daha sonra layihənin açılışı olub.
Xəbər lenti
Hamısına baxDünya
11 İyun 18:26
YAP xəbərləri
11 İyun 18:08
YAP xəbərləri
11 İyun 18:08
11 İyun 18:07
YAP xəbərləri
11 İyun 18:06
İqtisadiyyat
11 İyun 17:17
Xəbər lenti
11 İyun 16:52
YAP xəbərləri
11 İyun 16:39
Dünya
11 İyun 16:39
Elm
11 İyun 16:29
İqtisadiyyat
11 İyun 16:28
Sosial
11 İyun 16:26
Siyasət
11 İyun 16:03
YAP xəbərləri
11 İyun 15:55
Dünya
11 İyun 15:54
Sosial
11 İyun 15:42
Xəbər lenti
11 İyun 15:30
YAP xəbərləri
11 İyun 15:27
Sosial
11 İyun 15:05
YAP xəbərləri
11 İyun 15:04
YAP xəbərləri
11 İyun 15:03
YAP xəbərləri
11 İyun 14:59
YAP xəbərləri
11 İyun 14:57
YAP xəbərləri
11 İyun 14:36
Sosial
11 İyun 14:00
Siyasət
11 İyun 13:56
YAP xəbərləri
11 İyun 13:55
İqtisadiyyat
11 İyun 13:46
Hadisə
11 İyun 13:44
YAP xəbərləri
11 İyun 13:34
İqtisadiyyat
11 İyun 13:14
İqtisadiyyat
11 İyun 13:12
Sosial
11 İyun 12:58
YAP xəbərləri
11 İyun 12:53
YAP xəbərləri
11 İyun 12:50
İqtisadiyyat
11 İyun 12:46
Sosial
11 İyun 12:45
Sosial
11 İyun 12:28
İdman
11 İyun 12:16
YAP xəbərləri
11 İyun 12:02
YAP xəbərləri
11 İyun 12:01
YAP xəbərləri
11 İyun 12:00
YAP xəbərləri
11 İyun 11:53
YAP xəbərləri
11 İyun 11:52
Gündəm
11 İyun 11:49
YAP xəbərləri
11 İyun 11:41
Gündəm
11 İyun 11:25
Ədəbiyyat
11 İyun 11:01
Sosial
11 İyun 10:54
Gündəm
11 İyun 10:51
İqtisadiyyat
11 İyun 10:45
Gündəm
11 İyun 10:36
İqtisadiyyat
11 İyun 10:13
YAP xəbərləri
11 İyun 09:40
Analitik
11 İyun 09:33
Analitik
11 İyun 09:17
Sosial
11 İyun 08:54
Mədəniyyət
11 İyun 08:30
Daxili siyasət
10 İyun 23:31
Dünya
10 İyun 22:46
İqtisadiyyat
10 İyun 22:19
YAP xəbərləri
10 İyun 22:11
İdman
10 İyun 21:54
Dünya
10 İyun 21:20
Dünya
10 İyun 21:09
Dünya
10 İyun 20:42
Dünya
10 İyun 20:33
YAP xəbərləri
10 İyun 20:28
Dünya
10 İyun 20:17
YAP xəbərləri
10 İyun 19:53

