/ / Azərbaycan Prezidentinin məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi üzrə tapşırıqları diqqət mərkəzindədir
Azərbaycan Prezidentinin məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi üzrə tapşırıqları diqqət mərkəzindədir
17.11.2015 [10:08]
Məhkəmə-Hüquq Şurasının Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Şəki Məhkəmə Kompleksinin açılışı zamanı keçirilmiş müşavirədə verdiyi tapşırıqlardan irəli gələn vəzifələrin icrasına həsr olunan geniş iclası keçirilib.
Şuradan AZƏRTAC-a bildiriblər ki, tədbirdə Ali Məhkəmənin, Apelyasiya və birinci instansiya məhkəmələrinin sədrləri və hakimləri, hakim assosiasiyalarının rəhbərləri, prokurorlar, ədliyyə işçiləri, vəkillər və vətəndaş cəmiyyətinin nümayəndələri iştirak ediblər.
İclasda Şuranın sədri, ədliyyə naziri Fikrət Məmmədov geniş məruzə ilə çıxış edərək ölkəmizdə ədalət mühakiməsinin səmərəliliyinin artırılması üzrə əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş köklü islahatların Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf etdirildiyini, məhkəmə sisteminin müasirləşdirilməsi ilə bağlı həyata keçirilən mütərəqqi tədbirlər və onların müsbət nəticələrini vurğulayıb. Dövlətimizin başçısının Şəki Məhkəmə Kompleksinin açılışında məhkəmə fəaliyyətinin səmərəliliyinin artırılması üzrə konkret tapşırıqları və qarşıda qoyduğu mühüm vəzifələr, o cümlədən korrupsiya ilə barışmaz mübarizə aparılması, şəffaflığın artırılması, məhkəmə qərarlarının ədalətliliyi, vətəndaş-məmur münasibətlərinin sağlam meyarlar üzərində qurulması və insanlara qayğılı münasibət göstərilməsi ilə bağlı tələbləri diqqətə çatdırılıb.
Həmçinin məhkəmə fəaliyyətində yol verilən nöqsanların aradan qaldırılması üçün qəti tədbirlərin görülməsi, yuxarı instansiya məhkəmələri tərəfindən işlərə baxılarkən aşkar edilən qanun pozuntularına prinsipial münasibət bəslənilməsinin vacibliyi vurğulanıb.
İclasda çıxış edən Şuranın üzvü, Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov dövlətimizin başçısı İlham Əliyevin ədalət mühakiməsinin səmərəliliyinin artırılmasına böyük önəm verdiyini, korrupsiya ilə mübarizədə hakimlərin, ədliyyə və prokurorluq işçilərinin üzərlərinə düşən mühüm vəzifələri qeyd edib, Azərbaycan brendinə çevrilmiş “ASAN xidmət”in bu sosial bəla ilə mübarizədə ən səmərəli institusional vasitə olduğunu bildirib.
Şuranın üzvü, Ali Məhkəmənin sədri Ramiz Rzayev çıxış edərək məhkəmə qərarlarının ədalətliliyi və məhkəmələrin şəffaflığı ilə bağlı tələblərin hər bir hakimin gündəlik fəaliyyətində rəhbər tutulmasının vacibliyini qeyd edib. R.Rzayev korrupsiyaya şərait yaradan və digər xarakterik nöqsanlara toxunub, məhkəmə təcrübəsinə ciddi əməl olunmasının zəruriliyini, hakimlər və məhkəmə işçiləri tərəfindən qeyri-etik davranış və digər mənfi halların yolverilməzliyini vurğulayıb.
Baş prokuror Zakir Qaralov Azərbaycan Prezidentinin korrupsiya ilə mübarizəyə dair tapşırıqlarına uyğun olaraq prokurorluq orqanları tərəfindən həyata keçirilən işlər, o cümlədən sahibkarlığın inkişafına əngəllər yaradan məmurlar haqqında görülən qəti tədbirlər barədə məlumat verib. Z.Qaralov korrupsiya ilə mübarizədə Məhkəmə-Hüquq Şurası və məhkəmələrlə qarşılıqlı fəaliyyətin vacibliyini qeyd edərək bu təhlükəli bəlanın qarşısının alınması üzrə təkliflərini bildirib.
İclasda hakim assosiasiyalarının sədrləri, hakimlər, prokurorlar və QHT nümayəndələri də çıxışlar ediblər.
Sonra tədbir işini “Məhkəmə təcrübəsi məsələləri” mövzusunda seminarla davam etdirib.
Seminardan sonra tədbir iştirakçıları dövlətimizin başçısının iştirakı ilə istifadəyə verilən Sabunçu Məhkəmə Kompleksinə gedərək burada yaradılmış yüksək şərait və elektron idarəetmə sistemləri ilə tanış olublar.
Xəbər lenti
Hamısına baxDünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05
Sosial
08 İyul 16:01
Gündəm
08 İyul 15:23
Mədəniyyət
08 İyul 15:18
Dünya
08 İyul 15:18
YAP xəbərləri
08 İyul 15:17
Hərbi
08 İyul 15:03
Dünya
08 İyul 14:58
Dünya
08 İyul 14:20
Dünya
08 İyul 14:04
Sosial
08 İyul 13:58
Siyasət
08 İyul 13:42
Dünya
08 İyul 13:32
Dünya
08 İyul 13:09
Sosial
08 İyul 13:04
Sosial
08 İyul 13:03
İqtisadiyyat
08 İyul 13:02
İqtisadiyyat
08 İyul 12:41
YAP xəbərləri
08 İyul 12:23
İqtisadiyyat
08 İyul 12:19
İqtisadiyyat
08 İyul 12:05
Gündəm
08 İyul 11:53
İqtisadiyyat
08 İyul 11:50
Siyasət
08 İyul 11:45
Siyasət
08 İyul 11:25
Gündəm
08 İyul 10:58
Gündəm
08 İyul 10:49
Siyasət
08 İyul 10:31
YAP xəbərləri
08 İyul 10:20
Analitik
08 İyul 10:17
Elanlar
08 İyul 10:15
Analitik
08 İyul 09:56
Siyasət
08 İyul 09:30
İdman
08 İyul 09:27
Analitik
08 İyul 09:12
Sosial
08 İyul 08:54
Sosial
08 İyul 08:39
Dünya
08 İyul 07:43
Dünya
08 İyul 07:37
Dünya
08 İyul 07:36
Sosial
08 İyul 07:29
Müsahibə
07 İyul 23:21
Dünya
07 İyul 22:37
İdman
07 İyul 22:10
Dünya
07 İyul 21:44
Hadisə
07 İyul 21:19
Elm
07 İyul 20:41
İqtisadiyyat
07 İyul 20:17
Siyasət
07 İyul 20:09
Xəbər lenti
07 İyul 20:08
Elm
07 İyul 19:55
Dünya
07 İyul 19:50
Dünya
07 İyul 19:23

