Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının seminar-müşavirəsi keçirilib
27.01.2016 [10:21]
Azərbaycan Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının Respublika Komitəsi 2 fevral - Gənclər Gününə həsr edilmiş seminar-müşavirə keçirib.
AZƏRTAC xəbər verir ki, seminarda çıxış edən komitənin sədri Cəmilə Səttarova hər bir ölkənin perspektiv inkişafının, müstəqilliyinin möhkəmləndirilməsinin və dövlətçiliyinin gücləndirilməsinin gələcəyin etibarlı təminatı olan gənc kadrların hazırlanmasından, onların intellektual və kreativ qüvvəyə, cəmiyyətin aparıcı üzvlərinə çevrilməsindən asılı olduğunu diqqətə çatdırıb. Bildirilib ki, gənclər böyük yaradıcı gücə malik olduğundan onların düzgün istiqamətləndirilməsi nəticəsində dövlətin və cəmiyyətin gələcəyi sığorta altına alınmış olur. Bu da bir faktdır ki, gənc nəslin inkişaf səviyyəsi həmin dövlətin və ya cəmiyyətin sosial-iqtisadi, mənəvi-mədəni, eyni zamanda, siyasi həyatının tərəqqisinin göstəricisinə çevrilir. Azərbaycan iqtisadi cəhətdən inkişaf etdikcə gənclərin sosial müdafiəsinə də ehtiyac artır. Gənclərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində dövlət tərəfindən əhəmiyyətli addımlar atılır.
C.Səttarova vurğulayıb ki, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının Respublika Komitəsinə hazırda 752 təşkilat, 55 min 188 üzv daxildir. Üzvlərin 16 min 217 nəfəri gənclərdir, bu da öz növbəsində ümumi sayın 29 faizi deməkdir.
Müşavirədə “Gənc həmkarlar ittifaqı lideri məktəbi” gənc işçilər üçün kompleks proqramı haqqında məlumat verilib. Bildirilib ki, proqramın əsas məqsədi Həmkarlar İttifaqına üzvlüyün motivasiyasının yüksəldilməsi, həmkarlar ittifaqı təşkilatlarında gənclərin iş fəaliyyətinin canlandırılması, istedadlı gənclərin üzə çıxarılması və maraqlarının müdafiə edilməsidir.
Gənclər və İdman Nazirliyinin sağlam həyat tərzinin təbliği və sosial proqramlar sektorunun müdiri Nərminə Bağırova qeyd edib ki, Azərbaycan gənclərinin inkişafında həmkarlar ittifaqının rolu böyükdür. Bildirilib ki, bu gün gənclərimiz ictimai həyatın bütün sahələrində aktiv fəaliyyəti ilə seçilir, siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayırlar. Bu isə əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətini Prezident İlham Əliyevin uğurla davam etdirməsinin nəticəsidir. Azərbaycan Prezidenti tərəfindən gənclərlə birbaşa bağlı olan dövlət proqramları qəbul olunub ki, onların icrası nəticəsində dövlət gənclər siyasətinin prioritet sahələrində müsbət dəyişikliklər baş verib və ciddi nailiyyətlər əldə edilib.
Sonra ötən il həyata keçirilən tədbirlər və görülən işlər haqqında məlumat verilib.
Seminarda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının gənclər şurasının sədri Tural Süleymanov çıxış edərək qarşıda duran vəzifələrdən danışıb.
Xəbər lenti
Hamısına baxDünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05
Sosial
08 İyul 16:01
Gündəm
08 İyul 15:23
Mədəniyyət
08 İyul 15:18
Dünya
08 İyul 15:18
YAP xəbərləri
08 İyul 15:17
Hərbi
08 İyul 15:03
Dünya
08 İyul 14:58
Dünya
08 İyul 14:20
Dünya
08 İyul 14:04
Sosial
08 İyul 13:58
Siyasət
08 İyul 13:42
Dünya
08 İyul 13:32
Dünya
08 İyul 13:09
Sosial
08 İyul 13:04
Sosial
08 İyul 13:03
İqtisadiyyat
08 İyul 13:02
İqtisadiyyat
08 İyul 12:41
YAP xəbərləri
08 İyul 12:23
İqtisadiyyat
08 İyul 12:19
İqtisadiyyat
08 İyul 12:05
Gündəm
08 İyul 11:53
İqtisadiyyat
08 İyul 11:50
Siyasət
08 İyul 11:45
Siyasət
08 İyul 11:25
Gündəm
08 İyul 10:58
Gündəm
08 İyul 10:49
Siyasət
08 İyul 10:31
YAP xəbərləri
08 İyul 10:20
Analitik
08 İyul 10:17
Elanlar
08 İyul 10:15
Analitik
08 İyul 09:56
Siyasət
08 İyul 09:30
İdman
08 İyul 09:27
Analitik
08 İyul 09:12
Sosial
08 İyul 08:54
Sosial
08 İyul 08:39
Dünya
08 İyul 07:43
Dünya
08 İyul 07:37
Dünya
08 İyul 07:36
Sosial
08 İyul 07:29
Müsahibə
07 İyul 23:21
Dünya
07 İyul 22:37
İdman
07 İyul 22:10
Dünya
07 İyul 21:44
Hadisə
07 İyul 21:19
Elm
07 İyul 20:41
İqtisadiyyat
07 İyul 20:17
Siyasət
07 İyul 20:09
Xəbər lenti
07 İyul 20:08
Elm
07 İyul 19:55
Dünya
07 İyul 19:50
Dünya
07 İyul 19:23

