Bərdə məktəbinin uğuru: 23 məzun 500-600 arası, 13 məzun isə 600-dən çox bal toplayıb
30.07.2016 [10:01]
Bərdə şəhər akademik Zərifə Əliyeva adına məktəb-liseyin məzunları qəbul imtahanlarında yüksək nəticələr əldə ediblər.
Məktəb-liseyin direktoru Vidadi Süleymanov AZƏRTAC-a bildirib ki, bu il təhsil ocağını bitirən 97 məzundan 90 nəfəri ali məktəblərə keçirilən imtahanlarda iştirak edib. Qəbul imtahanlarında məzunlardan 85-ə yaxını keçid balını toplaya bilib. Onlardan 23 nəfəri 500-600 arası, 13 nəfəri isə 600-dən çox bal toplayıb.
Vidadi Süleymanov qeyd edib ki, təhsil ocağı 2007/2008-ci və 2012/2013-cü tədris illərində keçirilmiş “Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqələrinin qalibi olub: “Məktəb-liseyin müəllimlərindən müxtəlif illərdə 7 nəfər “Ən yaxşı müəllim” müsabiqələrinin qalibi adını qazanıb, 2 nəfər “Əməkdar müəllim” adına layiq görülüb, 2 nəfər “Tərəqqi” medalı ilə təltif edilib. Məktəbin şagirdləri hər il bilik yarışmalarında yüksək nəticələr göstərirlər. Məzunlarımız yüksək balla respublikanın müxtəlif ali məktəblərinə qəbul olunurlar. Hazırda məktəbimizin 6 yetirməsi Prezident təqaüdçüsüdür”.
Qazanılan uğurları dövlətin təhsilin inkişafına göstərdiyi qayğının nəticəsi kimi qiymətləndirən Vidadi Süleymanov yeni tədris ilində nailiyyətləri daha da yüksəltməyə çalışacaqlarını bildirib.
Qəbul imtahanlarında 679 bal toplayan məktəb-liseyin məzunu Günel İsmayılova bu uğura çox çalışmaqla nail olduğunu deyib: “Qəbul imtahanlarına çox ciddi hazırlaşırdım. Sınaq imtahanlarında yüksək bal yığdığım üçün qəbul imtahanında da uğur qazanacağıma əmin idim. İstəyim isə ingilis dili müəllimi olmaqdır”.
Məktəb-liseyin digər məzunu İsmayıl Məmmədzadə qəbul imtahanlarında 640 bal toplayıb. “Arzum ADA Universitetində kompyuter mühəndisliyi ixtisasına yiyələnməkdir. Çalışacam ki, müəllimlərimin, valideynlərimin etimadını doğruldum, ölkəmiz üçün lazımlı bir mütəxəssis kimi yetişim” - deyə, İ.Məmmədzadə bildirib.
Məktəb-liseyin digər məzunu Gülzar Sadıqovanın arzusu isə Azərbaycan Dillər Universitetində təhsil almaqdır: “Sınaq imtahanlarında 500-600-dən yuxarı bal toplayırdım. Qəbul imtahanında gözlədiyim nəticəni əldə etdim, 634 bal yığdım. Arzum universiteti bitirdikdən sonra təhsilimi magistraturada davam etdirmək, ali məktəbdə müəllim işləməkdir”.
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22

