Avropa gənclər paytaxtları əlaqələndiricilərinin görüşündə Azərbaycan təmsil olunub
12.08.2016 [10:01]
5-8 avqust 2016-cı il tarixlərində Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) sədr müavini Aysun Zeynalova Brüsseldə keçirilən Avropa Gənclər Paytaxtlarının koordinatorlarından ibarət fokus qrupun görüşündə iştirak edib.
Görüşün məqsədi “Avropa Gənclər Paytaxtı 2019” titulunu əldə etmək üçün müraciət etmiş şəhərlərin ərizələrinin nəzərdən keçirilməsi və rəylərin verilməsi olub.
Avropa Gənclər Forumu tərəfindən keçirilən görüşlər Avropa Gənclər Paytaxtının seçim prosesi çərçivəsində təşkil olunur. Görüş zamanı indiyə kimi seçilmiş Avropa Gənclər Paytaxtlarından nümayəndə heyətləri iştirak edib. Qrup tərəfindən “Avropa Gənclər Paytaxtı 2019” titulunu əldə etmək üçün müraciət edən 12 şəhərdən 5 namizəd şəhərin - Fransanın Amiens, Şimali Kiprin Deri və Strabana, Böyük Britaniyanın Mançester, Serbiyanın Novi Sad, İtaliyanın Perugiya kimi şəhərlərinin ərizələrinə baxılıb və rəylər bildirilib. Qeyd edək ki, “Avropa Gənclər Paytaxtı 2019” seçilmiş şəhərin adı oktyabr ayında açıqlanacaq.
Məlumat üçün qeyd edək ki, Avropa Gənclər Paytaxtı titulu Avropanın ən böyük gənclər platforması olan Avropa Gənclər Forumu tərəfindən 2009-cu ildə təsis olunub. Hər il təşkilat tərəfindən 1 şəhər Avropa Gənclər Paytaxtı seçilir və 1 il müddətində bu şəhər Avropanın bir çox beynəlxalq tədbirlərinə ev sahibliyi edir. 2014-cü ildə Yunanıstanın Soloniki şəhərində keçirilən təntənəli tədbirdə Gəncə şəhəri 2016-cı il üzrə Avropa Gənclər Paytaxtı seçilib. ARGTMŞ Gəncə şəhərinin Avropa Gənclər Paytaxtı seçilməsi ilə bağlı yaradılmış təşkilati komandanın işində yaxından iştirak edib, Avropa səviyyəsində bu prosesi dəstəkləyib və bu istiqamətdə bir sıra tədbirlər həyata keçirib.
Xəbər lenti
Hamısına baxDünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05
Sosial
08 İyul 16:01
Gündəm
08 İyul 15:23
Mədəniyyət
08 İyul 15:18
Dünya
08 İyul 15:18
YAP xəbərləri
08 İyul 15:17
Hərbi
08 İyul 15:03
Dünya
08 İyul 14:58
Dünya
08 İyul 14:20
Dünya
08 İyul 14:04
Sosial
08 İyul 13:58
Siyasət
08 İyul 13:42
Dünya
08 İyul 13:32
Dünya
08 İyul 13:09
Sosial
08 İyul 13:04
Sosial
08 İyul 13:03
İqtisadiyyat
08 İyul 13:02
İqtisadiyyat
08 İyul 12:41
YAP xəbərləri
08 İyul 12:23
İqtisadiyyat
08 İyul 12:19
İqtisadiyyat
08 İyul 12:05
Gündəm
08 İyul 11:53
İqtisadiyyat
08 İyul 11:50
Siyasət
08 İyul 11:45
Siyasət
08 İyul 11:25
Gündəm
08 İyul 10:58
Gündəm
08 İyul 10:49
Siyasət
08 İyul 10:31
YAP xəbərləri
08 İyul 10:20
Analitik
08 İyul 10:17
Elanlar
08 İyul 10:15
Analitik
08 İyul 09:56
Siyasət
08 İyul 09:30
İdman
08 İyul 09:27
Analitik
08 İyul 09:12
Sosial
08 İyul 08:54
Sosial
08 İyul 08:39
Dünya
08 İyul 07:43
Dünya
08 İyul 07:37
Dünya
08 İyul 07:36
Sosial
08 İyul 07:29
Müsahibə
07 İyul 23:21
Dünya
07 İyul 22:37
İdman
07 İyul 22:10
Dünya
07 İyul 21:44
Hadisə
07 İyul 21:19
Elm
07 İyul 20:41
İqtisadiyyat
07 İyul 20:17
Siyasət
07 İyul 20:09
Xəbər lenti
07 İyul 20:08
Elm
07 İyul 19:55
Dünya
07 İyul 19:50
Dünya
07 İyul 19:23
Sosial
07 İyul 18:06
Xəbər lenti
07 İyul 17:35
Siyasət
07 İyul 17:09
Siyasət
07 İyul 16:59
Sosial
07 İyul 16:45
Dünya
07 İyul 16:20
Sosial
07 İyul 16:09
Siyasət
07 İyul 16:09
Sosial
07 İyul 16:08
İqtisadiyyat
07 İyul 16:08
YAP xəbərləri
07 İyul 16:06
İqtisadiyyat
07 İyul 16:00
YAP xəbərləri
07 İyul 15:50
İqtisadiyyat
07 İyul 15:45

