Adamların üzünə tüpürülməsi faktının üstündən keçmək lazımdır
23.09.2016 [10:04]
Fuad Qəhrəmanlı tərbiyəsizliyə haqq qazandırır
Dünən Bakı Ağır Cinayətlər Məhkəməsində Taleh Bağırov, Fuad Qəhrəmanlı və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
APA-nın məlumatına görə, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə Sabunçu rayon Polis İdarəsinin Post Patrul Xidməti Bölüyünün əməkdaşı Xəyyam Camalov şahid qismində ifadə verib.
O bildirib ki, ötən il noyabrın 5-də bir qrup şəxs polis idarəsinin qarşısına toplaşaraq Taleh Bağırovun müavini Elçin Qasımovun azadlığa buraxılmasını tələb edib. Həmin şəxslər daş və dəmir parçalarından istifadə edərək polis əməkdaşlarına xəsarət yetiriblər.
Zərər çəkmiş şəxs qismində tanınmış Camalov Xəyyam Xalid oğlu iş üzrə ibtidai istintaqa verdiyi ifadəsində göstərib ki, həmin tarixdə tabeliyində olan əməkdaşlarla birlikdə Tofiq Bəhramov adına stadionda tədbirdə olarkən oyunun bitməsinə 10 dəqiqə qalmış Sabunçu RPİ-nin növbətçi hissəsindən bir qrup şəxsin idarənin qarşısına yığılaraq ictimai asayişi pozmaları və iğtişaş törətmələri barədə məlumat verilib, bundan sonra tabeliyində olan heyətlə birbaşa Sabunçu RPİ-yə gəlib və bir qrup şəxsin idarənin qarşısında toplaşaraq nalayiq sözlər, şüarlar səsləndirdiklərinin şahidi olub. Həmin şəxslər Elçin Qasımovun azadlığa buraxılmasını tələb edərək, əks təqdirdə zor tətbiq edəcəklərini bildirib və onlara daşlar atmağa başlayıblar. Bu zaman Sabunçu RPİ-nin əməkdaşı Afiq Şükürov alın nahiyəsindən xəsarət alıb, daşlardan biri isə onun sağ əlinin ovuc nahiyəsinə dəyərək qanadıb. Bir qrup şəxs idarəyə girmək istədikdə Çevik Polis Alayının əməkdaşlarının köməyi ilə qrup dağıdılıb, idarəyə girməyə çalışan və daş atan şəxslərdən fəalları saxlanılaraq ictimai asayiş bərpa olunub.
Daha sonra Sabunçu rayon Polis İdarəsinin əməkdaşı Elnur Şərifov şahid və zərərçəkmiş kimi ifadə verib. O da oxşar ifadə verib.
İstintaq zamanı Şərifov Elnur Elman oğlu ifadəsində 05 noyabr 2015-ci il tarixdə Sabunçu rayon Polis İdarəsinin qarşısında iğtişaş törədənlərdən tanımadığı bir neçəsinin əllərində olan daş, dəmir və taxta parçaları ilə onu vurduğunu və bədəninin müxtəlif nahiyələrindən xəsarət aldığını, kütləni qızışdıran “Ağaəli” adlı şəxsi isə tanıdığını göstərib.
Təqsirləndirilən Zakir Mustafayev isə həmin şəxsin ona işgəncə verdiyini deyib. Bildirib ki, o, Sabunçu rayon Polis İdarəsində olarkən E. Şərifov hicablı qadınları təhqir edib. Bundan qəzəblənən təqsirləndirilən şəxslər və yaxınları isə şahidə etiraz ediblər.
Təqsirləndirilən A.Hüseynov onun üzünə tüpürüb.
Sonra prosesdə fasilə elan olunub.
Fasilədən sonra hakim Abbas Hüseynova xəbərdarlıq edib və bildirib ki, dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, o, şahidi və dövlət ittihamçısını təhqir edib: “Mən bayaq görməmişəm. Sonra mənə dedilər ki, prokuroru da təhqir etmisən. Buna görə sənin zaldan çıxarılmağınla bağlı qərar qəbul edirik”.
A.Hüseynov isə gərginliyi qarşı tərəfin yaratdığını iddia edib və nalayiq hərəkəti bilərəkdən etdiyini etiraf edib.
Hakim isə bildirib ki, bütün məsələlər qanunla həll olunmalıdır.
Fuad Qəhrəmanlı bildirib ki, adamların üzünə tüpürülməsi faktının üstündən keçmək lazımdır. Hakim isə bildirib ki, bu, Fuad Qəhrəmanlının şəxsi fikridir və onlar qanuna tabedirlər.
Daha sonra A.Hüseynov zaldan çıxarılıb.
Təqsirləndirilən şəxslər isə onun iştirakı olmadan prosesin keçirilməsinə etiraz ediblər.
Onlar bildiriblər ki, belə olsa, prosesdə iştirak etməyəcəklər və vəkillərindən imtina edəcəklər. Hakim isə bildirib ki, onlar iclaslarda iştirak etməlidirlər. Vəkillərdən imtina etsələr, onlara başqa vəkillər təyin olunacaq. Vəkillər də A.Hüseynovun iştirakı olmadan iclasın keçirilməsinə etiraz ediblər. Bildiriblər ki, şahidlərin çoxu Abbas Hüseynovla bağlı ifadə verdikləri üçün onun iştirakı olmadan iclası keçirmək düzgün deyil. Onlar iclasın təxirə salınmasını və onun iştirakının təmin olunmasını istəyiblər. Hakim prosesi sentyabrın 23-nə təxirə salıb və A.Hüseynov müraciət etdiyi təqdirdə onun iştirakının təmin oluna biləcəyini deyib.
Xəbər lenti
Hamısına baxDünya
03 May 20:18
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52

