/ / Milli Qəhrəmanlara və onların ailə üzvlərinə dövlət tərəfindən yüksək diqqət və qayğı göstərilir
Milli Qəhrəmanlara və onların ailə üzvlərinə dövlət tərəfindən yüksək diqqət və qayğı göstərilir
14.10.2016 [10:15]
Prezident İlham Əliyevin Milli Qəhrəman adı verilmiş şəxslərin sosial müdafiəsinin gücləndirilməsi haqqında imzaladığı Fərman böyük minnətdarlıqla qarşılanıb
Dinamik inkişaf tempinə malik olan Azərbaycanda uğurlu və mütərəqqi sosial siyasət həyata keçirilir. Ümumiyyətlə, sosial siyasət həyatımızın bütün sahələrinə öz müsbət təsirini göstərməkdədir. Həyata keçirilmiş və yaxın gələcəkdə yerinə yetiriləcək tədbirlər respublikada əhalinin sosial vəziyyətinin getdikcə yaxşılaşması üçün əsaslı zəmin yaradır. Azərbaycanın modern dövlət quruculuğunda sosial siyasətin önəmli istiqamətlərindən biri də şəhid ailələrinin, Qarabağ müharibəsi veteranları və əlillərinin sosial müdafiəsidir.
Yeri gəlmişkən, bu günlərdə Prezident İlham Əliyevin Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş şəxslərin sosial müdafiəsinin gücləndirilməsi haqqında imzaladığı Fərman bu mənada xüsusi qeyd edilməlidir. Fərmana əsasən, Azərbaycan Respublikasının müstəqilliyi, ərazi bütövlüyü və tərəqqisi uğrunda mübarizədə yenilməz rəşadət və misilsiz vətənpərvərlik nümunəsi göstərərək Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüş şəxslərin və onların ailə üzvlərinin sosial müdafiəsini daha da gücləndirmək məqsədilə Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş hər bir şəxs üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün aylıq məbləği artırılaraq 1300 (min üç yüz) manat müəyyən edilib.
“Azərbaycan Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri” İctimai Birliyinin sədri Mehdi Mehdiyev qəzetimizə açıqlamasında qeyd edib ki, Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş hər bir şəxs üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün aylıq məbləğinin artırılaraq 1300 manata çatdırılması olduqca təqdirəlayiqdir. Bu Fərman respublikamızda Milli Qəhrəmanlara və onların ailə üzvlərinə dövlət tərəfindən göstərilən yüksək qayğının növbəti ifadəsidir. Onun sözlərinə görə, bu kateqoriyadan olanlar hər zaman yüksək dövlət qayğısı ilə əhatə olunublar: “Milli qəhrəmanlara, onların ailə üzvlərinə dövlət tərəfindən göstərilən diqqət və qayğının miqyası kifayət qədər böyükdür. Milli qəhrəmanların, müharibə əlilləri və şəhid ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması da daim diqqət mərkəzindədir. Azərbaycan ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyev tərəfindən belə bir Fərmanın imzalanmasını təqdir edirlər”.
“Ümumiyyətlə, bu gün Azərbaycan dövlətinin öz vətəndaşlarına göstərdiyi diqqət və qayğı bütün cəmiyyətimiz, o cümlədən müharibə əlilləri və şəhid ailələri tərəfindən məmnunluqla qarşılanır. Dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin əsas istiqamətlərindən birini müharibə veteranlarının, əlillərinin, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin vaxtında həllinə nail olunması, hər cür qayğı ilə əhatə olunması təşkil edir. Prezident İlham Əliyev tərəfindən bu istiqamətdə imzalanan Fərman və sərəncamlar çoxsaylı ailələrə böyük sevinc bəxş etməklə yanaşı, təqdirəlayiq hal kimi qiymətləndirilir”, - deyə M.Mehdiyev əlavə edib.
Onun sözlərinə görə, Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələrinə göstərilən qayğı nümunəvi xarakter daşıyır: “Prezident İlham Əliyevin imzaladığı Fərman və sərəncamlar bu sahəyə göstərilən diqqətin bariz nümunəsidir. Müharibə əlilləri, veteranları və şəhid ailələrinin sosial ehtiyaclarının dövlət tərəfindən ödənilməsi, həmçinin Vətən uğrunda öz canından keçmiş şəhidlərin və Qarabağ müharibəsi əlillərinin övladlarının təhsil haqqından azad edilməsi, eyni zamanda, bu insanların mənzil və avtomobillərlə təmin olunması da çox müsbət haldır”.
Azərbaycan Respublikasının müstəqilliyi, ərazi bütövlüyü uğurunda şəhid olmuş Milli Qəhrəman Əsəd Əhmədovun anası Simuzər Əhmədova da qəzetimizə açıqlamasında deyib ki, dövlətimizin başçısı tərəfindən imzalanmış bu Fərman böyük ruh yüksəkliyi ilə qarşılanıb: “Çünki bu, şəxsən dövlətimizin başçısının, Azərbaycan dövlətinin Milli Qəhrəmanlara, onların ailələrinə diqqət və qayğısının göstəricisidir. Mən buna görə şəhid anası olaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə təşəkkür edir, sonsuz minnətdarlığımı çatdırıram”.
Şəhid olmuş digər Milli Qəhrəman Eldar Məcidovun anası Cəmilə Məcidova da Milli Qəhrəmanlarımıza daim hörmət və ehtiram, qayğıkeş münasibət göstərildiyini, şəhid olmuş qəhrəmanlarımızın xatirəsinin yüksək tutularaq əbədiləşdirildiyini vurğulayıb. Onun sözlərinə görə, Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş hər bir şəxs üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün aylıq məbləğinin artırılması bunun bariz nümunəsidir: “Biz həmişə şəhid ailəsi kimi dövlətimizin başçısının yüksək diqqət və qayğısını üzərimizdə hiss etmişik. Məhz sonuncu Fərman da elə bu baxımdan çox böyük razılıq yaradıb. Milli qəhrəmanların ailələrinin sosial müdafiəsinin gücləndirilməsi üçün daimi işlər görülür. Bütün bunlara görə dövlətimizin başçısı cənab İlham Əliyevə dərin minnətdarlıq edirik”.
NURLAN
Xəbər lenti
Hamısına baxDünya
07 May 21:10
Siyasət
07 May 20:47
İqtisadiyyat
07 May 20:45
YAP xəbərləri
07 May 20:41
Dünya
07 May 20:30
Dünya
07 May 20:17
Dünya
07 May 19:49
Dünya
07 May 19:22
Dünya
07 May 19:06
Dünya
07 May 18:56
YAP xəbərləri
07 May 18:39
Dünya
07 May 18:20
Dünya
07 May 17:53
Dünya
07 May 17:25
Dünya
07 May 16:49
Gündəm
07 May 16:43
Dünya
07 May 16:14
Gündəm
07 May 16:11
Sosial
07 May 16:01
Dünya
07 May 15:58
Dünya
07 May 15:22
YAP xəbərləri
07 May 14:52
Dünya
07 May 14:43
YAP xəbərləri
07 May 14:24
Dünya
07 May 14:19
Sosial
07 May 13:51
Dünya
07 May 13:25
Dünya
07 May 13:14
Elm
07 May 13:11
Elanlar
07 May 13:08
Sosial
07 May 13:07
Sosial
07 May 13:03
Gündəm
07 May 12:41
Sosial
07 May 12:32
İqtisadiyyat
07 May 12:32
Sosial
07 May 12:31
Gündəm
07 May 12:16
İqtisadiyyat
07 May 12:11
Hərbi
07 May 12:09
Dünya
07 May 12:05
Siyasət
07 May 11:58
Gündəm
07 May 11:35
Siyasət
07 May 11:13
YAP xəbərləri
07 May 11:13
YAP xəbərləri
07 May 11:11
YAP xəbərləri
07 May 10:58
Xəbər lenti
07 May 10:47
Gündəm
07 May 10:35
İqtisadiyyat
07 May 10:14
İqtisadiyyat
07 May 09:54
YAP xəbərləri
07 May 09:51
Siyasət
07 May 09:50
Analitik
07 May 09:37
Analitik
07 May 09:15
Sosial
07 May 08:50
Ədəbiyyat
07 May 08:31
Dünya
07 May 07:20
Siyasət
07 May 07:10
İdman
07 May 07:09
Siyasət
06 May 23:39
Dünya
06 May 23:32
Dünya
06 May 23:19
Dünya
06 May 22:50
Dünya
06 May 22:24
Dünya
06 May 22:09
Sosial
06 May 21:42
Dünya
06 May 21:39
Elanlar
06 May 21:17
Dünya
06 May 21:15
Gündəm
06 May 21:05

