Dövlət İdarəçilik Akademiyasında 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılıb
20.01.2017 [09:51]
Yanvar ayının 19-da Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası (DİA) və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 27-ci ildönümünə həsr olunan “dəyirmi masa” keçirilib.
AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Mərkəzinin dəstəyi ilə DİA-nın nəzdində fəaliyyət göstərən Heydər Əliyev Dövlət İdarəçiliyi Məktəbində təşkil olunan tədbirdə əvvəlcə iştirakçılar şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Tədbirdə DİA-nın rektoru, akademik Urxan Ələkbərov bildirib ki, sovet imperiyasının Azərbaycana qarşı təcavüz siyasətinin tərkib hissəsi olan, insan hüquq və azadlıqlarının kütləvi pozulması ilə nəticələnən bu cinayət bütün bəşəriyyətə, insanlığa qarşı yönəlmişdi. Bildirilib ki, qeyri-insani rəftarın, işgəncələrin ən dəhşətlilərindən biri olan bu hadisə xalqımızın qan yaddaşına əbədi həkk olunub, eyni zamanda, tariximizə qürur, qəhrəmanlıq günü kimi yazılıb.
Rektor vurğulayıb ki, 20 Yanvar hadisələri ilə əlaqədar Ümummilli lider Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək keçirdiyi mətbuat konfransında kəskin bəyanatla çıxış edib, Bakıda törədilən qırğınların təşkilatçılarını cinayətkar adlandırıb, baş verənlərə siyasi qiymət verilməsini, günahkarların cəzalandırılmasını qətiyyətlə tələb edib. Ulu öndərin siyasi hakimiyyətə qayıdışından sonra da şəhidlərin xatirəsini əbədiləşdirmək üçün həmin tarix ümumxalq hüzn günü elan edilib, hadisəyə rəsmi siyasi və hüquqi qiymət verilib.
U.Ələkbərov diqqətə çatdırıb ki, Prezident İlham Əliyev 20 Yanvar şəhidlərinin xatirəsinin uca tutulmasına, onların ailələrinin sosial məsələlərinin həllinə xüsusi diqqət göstərir.
Sonra Milli Məclisin deputatı, DİA-nın professoru Musa Qasımlı, Milli Məclisin deputatı, akademiyanın dosenti Aydın Mirzəzadə, DİA-nın tarix kafedrasının professoru Musa Quliyev, akademiyanın politologiya və siyasi idarəetmə kafedrasının müdiri, professor Nigar Ələkbərova, DİA-nın Qarabağ Araşdırmaları Mərkəzinin müdiri, siyasi elmlər doktoru Elçin Əhmədov və digər çıxış edənlər zaman keçdikcə tariximizin həm qəhrəmanlıq, həm də faciəli səhifələrini yad etməyin, gələcək nəsillərə xatırlatmağın əhəmiyyətli olduğunu bildiriblər. Vurğulanıb ki, 20 Yanvar faciəsi zamanı göstərilən qəhrəmanlıq, şücaət gənclərə örnəkdir. Həmin gün qətlə yetirilmiş günahsız insanların əziz xatirəsi xalqımız tərəfindən hər zaman ehtiramla yad ediləcək.
Tədbirdə Heydər Əliyev Mərkəzinin nümayəndələri, DİA-nın müəllimləri və tələbələr iştirak ediblər.
Xəbər lenti
Hamısına baxƏdəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05
Sosial
08 İyul 16:01
Gündəm
08 İyul 15:23
Mədəniyyət
08 İyul 15:18
Dünya
08 İyul 15:18
YAP xəbərləri
08 İyul 15:17
Hərbi
08 İyul 15:03
Dünya
08 İyul 14:58
Dünya
08 İyul 14:20
Dünya
08 İyul 14:04
Sosial
08 İyul 13:58
Siyasət
08 İyul 13:42
Dünya
08 İyul 13:32
Dünya
08 İyul 13:09
Sosial
08 İyul 13:04
Sosial
08 İyul 13:03
İqtisadiyyat
08 İyul 13:02
İqtisadiyyat
08 İyul 12:41
YAP xəbərləri
08 İyul 12:23
İqtisadiyyat
08 İyul 12:19
İqtisadiyyat
08 İyul 12:05
Gündəm
08 İyul 11:53
İqtisadiyyat
08 İyul 11:50
Siyasət
08 İyul 11:45
Siyasət
08 İyul 11:25
Gündəm
08 İyul 10:58
Gündəm
08 İyul 10:49
Siyasət
08 İyul 10:31
YAP xəbərləri
08 İyul 10:20
Analitik
08 İyul 10:17
Elanlar
08 İyul 10:15
Analitik
08 İyul 09:56
Siyasət
08 İyul 09:30
İdman
08 İyul 09:27
Analitik
08 İyul 09:12
Sosial
08 İyul 08:54
Sosial
08 İyul 08:39
Dünya
08 İyul 07:43
Dünya
08 İyul 07:37
Dünya
08 İyul 07:36
Sosial
08 İyul 07:29
Müsahibə
07 İyul 23:21
Dünya
07 İyul 22:37
İdman
07 İyul 22:10
Dünya
07 İyul 21:44
Hadisə
07 İyul 21:19
Elm
07 İyul 20:41
İqtisadiyyat
07 İyul 20:17
Siyasət
07 İyul 20:09

