Süd vəzisinin xərçəngi və prostat vəzi xəstəlikləri üzrə sağlamlıq həftələri davam edir
11.10.2017 [10:13]
Sentyabrın 20-dən etibarən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi icbari tibbi sığortanın tətbiq olunduğu pilot ərazilərdə sağlamlıq həftələrinin keçirilməsinə start verib. Sağlamlıq həftələrinin təşkilində məqsəd pilot ərazilərdə sağlam həyat tərzinin təbliği, əhalinin sağlamlığının qorunması, xəstəliklərin erkən aşkarlanması və sakinlərin ailə həkimləri ilə ünsiyyətinin möhkəmləndirilməsidir.
Hazırda süd vəzisinin xərçəngi və prostat vəzi xəstəlikləri üzrə sağlamlıq həftələri keçirilir. Süd vəzisinin xərçəngi üzrə sağlamlıq həftələri 2-15 oktyabr, prostat vəzi xəstəliklərinin profilaktikasına həsr edilmiş sağlamlıq həftələri isə 9-22 oktyabr tarixlərini əhatə edir. Sağlamlıq həftələri İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Milli Onkologiya Mərkəzi ilə əməkdaşlığı çərçivəsində gerçəkləşir.
AZƏRTAC xəbər verir ki, oktyabrın 10-da Yevlax şəhərində yerləşən Ailə Sağlamlıq Mərkəzində süd vəzisinin xərçəngi və prostat vəzi xəstəlikləri üzrə növbəti müayinələr keçirilib. Sakinlər əvvəlcə qeydiyyatdan keçir, sonra uyğun olaraq ginekoloq, uroloq, ankoloq, radioloq, lor və endokrinoloq tərəfindən müayinə olunur. Müayinələr Milli Onkologiya Mərkəzinin Səyyar Mobil Diaqnostik mərkəzində rentgen, mamaqrafiya və USM vasitəsilə həyata keçirilir. Müayinə olunan sakinlərə, həmçinin ixtisaslı həkimlər tərəfindən konsultasiyalar verilir.
Səyyar Mobil Diaqnostik Mərkəzi vasitəsilə müayinələr üç gün davam edəcək.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyində İcbari Tibbi Sığorta şöbəsinin müdiri Vüqar Qurbanov jurnalistlərə müsahibəsində bildirib ki, icbari tibbi sığortanın əsas devizlərindən biri əhalinin tibbi xidmətlərə əlçatanlığının təmin edilməsi, həmçinin xəstəliklərin erkən dövrdə aşkarlanmasına və müalicə olunmasına nail olmaqdır. Bu məqsədlə oktyabr ayının əvvəlindən etibarən Yevlax və Mingəçevirdə əhalinin sağlamlığının qorunması, xəstəliklərin erkən aşkarlanması üçün müayinələr keçirilir. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə Milli Onkologiya Mərkəzi arasında əldə olunan anlaşmaya görə bu cür müayinələr müəyyən fasilədən sonra yenidən davam etdiriləcək.
Milli Onkologiya Mərkəzinin həkimi Günay Məmmədbəyli gün ərzində aparılan müayinələr zamanı aşkarlanan xəstəliklər barədə məlumat verərək qeyd edib ki, xoş xassəli xəstəliklər aşkar edildikdə ixtisaslaşmış müəssisələrə, bədxassəli xəstəliklər aşkar edildikdə isə Milli Onkologiya Mərkəzinə müraciət məsləhət görülür.
Sağlamlıq həftələri sakinlər tərəfindən razılıqla qarşılanır. Yevlax sakini Sevda Həsənova süd vəzinin müayinəsi üçün gəldiyini bildirərək deyib: “Müayinələrdən keçdim. Süd vəzində heç bir problem olmadı. Qoltuq altında isə xoşxassəli xəstəlik aşkar edildi. Buna görə müalicə olunacam. Bizim üçün yaradılan bu şəraitə görə dövlətimizin başçısına minnətdaram”.
Səyyar Mobil Diaqnostik Mərkəzdə müayinə olunan Mais Salmanov isə prostat vəzinin müayinəsindən keçdiyini, heç bir problem aşkarlanmadığını deyib.
Xəbər lenti
Hamısına baxMədəniyyət
12 May 12:14
Siyasət
12 May 11:59
Sosial
12 May 11:58
İdman
12 May 11:57
Gündəm
12 May 11:51
İqtisadiyyat
12 May 11:51
Dünya
12 May 11:42
Hadisə
12 May 11:32
Sosial
12 May 11:31
Hadisə
12 May 11:30
YAP xəbərləri
12 May 11:22
Siyasət
12 May 11:07
Siyasət
12 May 10:43
Dünya
12 May 10:35
Dünya
12 May 10:18
Dünya
12 May 09:40
Hadisə
12 May 09:12
Hadisə
12 May 08:49
Sosial
12 May 08:31
Dünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40
Dünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
YAP xəbərləri
10 May 19:54
Sosial
10 May 19:23
YAP xəbərləri
10 May 18:52
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Xəbər lenti
10 May 15:48
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57

