Mingəçevirdə etno-siyasi və dini durumla bağlı zona müşavirəsi keçirilib
28.04.2018 [10:13]
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin təşkilatçılığı ilə Mingəçevirdə müasir dövrdə ölkəmizdə etno-siyasi və dini durumla bağlı zona müşavirəsi keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, aprelin 27-də Mingəçevir şəhər Heydər Əliyev Mərkəzində təşkil olunan tədbirin iştirakçıları əvvəlcə Ümummilli liderin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.
Zona müşavirəsində Prezident Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Etibar Nəcəfov, Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Şamaxı, Ağsu, Göyçay, Ağdaş, Ucar, Kürdəmir, Zərdab və Qobustan rayonlarının icra hakimiyyəti başçılarının müavinləri, dini qurumlarla iş üzrə komissiya sədrləri çıxış ediblər.
Etibar Nəcəfov dinə dövlət qayğısından danışaraq Ümummilli lider Heydər Əliyevin 1993-cü ildə ikinci dəfə hakimiyyətə qayıdışından sonra respublikamızda bu sahəyə münasibətin tamamilə dəyişdiyini, milli-mənəvi dəyərlərimizə, dinimizə hər zaman hörmət və qayğı ilə yanaşıldığını xatırladıb, bu xəttin hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini deyib. Azərbaycanda hökm sürən etnik və dini tolerantlıq mühitinin dünyaya nümunə olduğunu bildirən E.Nəcəfov ölkəmizdə istər dini, istərsə də milli və irqi ayrı-seçkiliyin olmadığını, Azərbaycanda yaşayan bütün xalqların nümayəndələri, o cümlədən müxtəlif dinlərin təmsilçiləri arasında bir-birinə tolerant yanaşma olduğunu qeyd edib. Prezident Administrasiyasının şöbə müdiri bununla belə zərərli dini cərəyanlara qarşı maarifləndirmə və təbliğat tədbirlərinin vacibliyini vurğulayıb, bölgələr üzrə mövcud dini durum barədə məlumat verib.
Məruzələrdə qeyd olunub ki, ölkəmizdə milli-mənəvi dəyərlərimizin bərpası, dövlət-din münasibətlərinin formalaşdırılması xüsusi əhəmiyyət kəsb edir. Prezident İlham Əliyevin rəhbərliyi ilə bu məsələlərin düzgün tənzimlənməsinə xüsusi diqqət yetirilir. Bir çox dini ibadətgahların, məscidlərin əsaslı təmir olunması, yenilərinin tikilməsi buna əyani sübutdur. Bu gün ölkəmizdə milli-mənəvi, dini dəyərlərə hörmətlə yanaşılır, tolerantlıq münasibətləri mövcuddur. Belə sağlam mühitin formalaşmasının nəticəsidir ki, ölkəmizdə qeyd olunan istiqamətlərdə müxtəlif beynəlxalq tədbirlər təşkil edilir. Tanınmış şəxslər, ictimai-siyasi xadimlər Azərbaycanda yaranan tolerant mühiti, multikultural dəyərləri yüksək qiymətləndirirlər.
Bildirilib ki, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində ölkəmizin bölgələrində etno-siyasi və dini durumla bağlı vəziyyət normaldır, bu sahələrdə heç bir problem mövcud deyil. Natiqlər maarifləndirmə işinin ardıcıl və məqsədyönlü şəkildə aparıldığını diqqətə çatdırıblar.
Sonra məruzələr ətrafında müzakirələr aparılıb.
Qeyd edək ki, müşavirədə hüquq mühafizə orqanlarının nümayəndələri, regional təhsil və mədəniyyət idarələrinin müdirləri, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin, Qafqaz Müsəlmanları İdarəsinin regional bölmələrinin rəhbərləri də iştirak edib.
Xəbər lenti
Hamısına baxGündəm
20 May 12:41
Sosial
20 May 12:40
Sosial
20 May 12:39
Gündəm
20 May 12:19
Xəbər lenti
20 May 12:13
Xəbər lenti
20 May 12:12
İqtisadiyyat
20 May 12:04
Dünya
20 May 12:03
Mədəniyyət
20 May 11:58
Gündəm
20 May 11:52
Siyasət
20 May 11:51
İdman
20 May 11:38
Gündəm
20 May 11:37
Sosial
20 May 11:36
Xəbər lenti
20 May 11:31
YAP xəbərləri
20 May 11:19
Gündəm
20 May 11:15
Gündəm
20 May 10:53
YAP xəbərləri
20 May 10:40
İqtisadiyyat
20 May 10:39
Siyasət
20 May 10:14
Müsahibə
20 May 10:14
Analitik
20 May 09:56
Sosial
20 May 09:12
Sosial
20 May 08:50
Sosial
20 May 08:37
Dünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45
Hadisə
19 May 20:22
Siyasət
19 May 20:09
Dünya
19 May 19:56
Dünya
19 May 19:30
Dünya
19 May 19:16
Elm
19 May 18:59
Dünya
19 May 18:29
Dünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
Gündəm
19 May 16:09
Ədəbiyyat
19 May 15:59
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41
Xəbər lenti
19 May 13:33
Xəbər lenti
19 May 13:32

