Akademik Urxan Ələkbərov Ankarada Azərbaycanın davamlı inklüziv inkişafı mövzusunda məruzə edib
18.04.2019 [09:59]
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının (DİA) rektoru akademik Urxan Ələkbərov Ankara Sosial Elmlər Universitetində təşkil olunan elmi seminarda “Davamlı inklüziv inkişaf məqsədlərinin təmini üçün yeni idarəetmə texnologiyaları: Azərbaycanın təcrübəsi” mövzusunda məruzə ilə çıxış edib.
AZƏRTAC xəbər verir ki, məruzəçi torpaqlarımızın 20 faizinin təcavüzkar Ermənistan tərəfindən işğal altında saxlanılmasına baxmayaraq, Azərbaycanın qısa müddətdə innovativ davamlı inkişaf siyasətini reallaşdırmağa müvəffəq olduğunu bildirib. Vurğulayıb ki, bütün bu nailiyyətlər Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi, Prezident İlham Əliyev tərəfindən həyata keçirilən dərin düşünülmüş strategiya və tətbiq olunan orijinal innovativ idarəetmə texnologiyaları əsasında qazanılıb. Bu texnologiyaların işlənilməsi və həyata keçirilməsi prosesində Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva və onun rəhbərlik etdiyi Heydər Əliyev Fondu xüsusi rola malikdir.
Rektor diqqətə çatdırıb ki, 2018-ci il Davos Forumunun hesabatında inklüziv inkişaf indeksinə görə, Azərbaycan keçid iqtisadiyyatına malik ölkələr arasında 3-cü yerdə qərarlaşaraq, iqtisadi imkanları daha yüksək olan Avropa İttifaqı ölkələrinin çoxunu geridə qoyub. Akademik qeyd edib ki, bu qrupdakı ölkələrin üstün iqtisadi imkanlarının olmasına baxmayaraq, onlar arasında Azərbaycan Avropa İttifaqı, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının üzvü olan çox sayda dövlətlərdən irəlidədir. Azərbaycanın inklüziv inkişaf indeksləri ABŞ, Yaponiya, İtaliya, İsrail, İspaniya, Portuqaliya, Türkiyə, Rusiya və başqa ölkələrin göstəricilərini üstələyir. Bu nailiyyət Azərbaycan Respublikasında iqtisadi, sosial və humanitar siyasətin ümumi inkişaf strategiyasının vacib istiqaməti olmasından xəbər verir.
Akademik U.Ələkbərov qeyd edib ki, ölkəmizin inklüziv inkişaf edən cəmiyyətin qurulması istiqamətində qazandığı uğurların başlıca faktoru insan potensialının formalaşdırılması və səfərbər edilməsinə elmi yanaşmadadır. Son illərdə ölkədə adambaşına düşən gəlirlərin artması, iqtisadi dirçəlişə nail olunması dövlət səviyyəsində elm, təhsil və səhiyyənin inkişafı üçün geniş şərait yaradıb. Təhlillər göstərir ki, Azərbaycan Respublikasında qazanılan uğurların əsasında Prezident İlham Əliyev tərəfindən işlənilmiş, nəzəri əsasları və tətbiq üsulları yeni olan idarəetmə texnologiyaları kompleksi dayanır. Məruzədə idarəetmədə istifadə olunan bu yeni sinergetik, komplementar və kompensasion texnologiyalar və onların kompleks tətbiqinin nəticələri geniş təhlil edilib.
Seminarın gedişində DİA-nın elmi-təşkilat və beynəlxalq əlaqələr şöbəsinin müdiri, dosent Rəcəb Rəhimli Azərbaycan Respublikasının dövlət idarəçilik sistemi, dövlət qulluğu sahəsində həyata keçirilən islahatlar və əldə edilən nəticələrlə bağlı ətraflı bilgi verib.
Məruzəçinin Azərbaycan həqiqətləri ilə bağlı təqdim etdiyi faktlar, alimin ölkəmizin inkişaf dinamikasına dair fikir və mülahizələri, o cümlədən nikbin proqnozları böyük maraqla qarşılanıb.
Sonda Akademik U.Ələkbərov seminarda iştirak edən professor, müəllim və doktorantların suallarını cavablandırıb.
Qeyd edək ki, Türkiyənin sosial elmlər sahəsində araşdırmalar həyata keçirən ilk və yeganə dövlət ali təhsil ocağı olan Ankara Sosial Elmlər Universiteti Azərbaycanla elmi əməkdaşlığa böyük diqqət göstərir.
Xəbər lenti
Hamısına baxDünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45
Hadisə
19 May 20:22
Siyasət
19 May 20:09
Dünya
19 May 19:56
Dünya
19 May 19:30
Dünya
19 May 19:16
Elm
19 May 18:59
Dünya
19 May 18:29
Dünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
Gündəm
19 May 16:09
Ədəbiyyat
19 May 15:59
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41
Xəbər lenti
19 May 13:33
Xəbər lenti
19 May 13:32
Xəbər lenti
19 May 13:28
Sosial
19 May 13:27
Sosial
19 May 13:26
Xəbər lenti
19 May 13:24
Dünya
19 May 13:18
Dünya
19 May 12:54
Gündəm
19 May 12:22
YAP xəbərləri
19 May 12:09
YAP xəbərləri
19 May 12:07
Sosial
19 May 12:06
Sosial
19 May 12:05
Sosial
19 May 12:03
Elm
19 May 12:03
Gündəm
19 May 11:49
Gündəm
19 May 11:30
İqtisadiyyat
19 May 11:16
Siyasət
19 May 10:52
Analitik
19 May 10:35
Sosial
19 May 10:13
Ədəbiyyat
19 May 09:54
Analitik
19 May 09:31
Ədəbiyyat
19 May 09:17
Ədəbiyyat
19 May 08:50
Gündəm
19 May 08:49
Sosial
19 May 08:38
Sosial
19 May 07:03

