Azərbaycanda təhsilin inkişafı dövlət siyasətinin prioritetlərindən biridir
21.06.2019 [09:47]
Təhsil işçiləri Prezident İlham Əliyevin bu günlərdə imzaladığı müvafiq sərəncamları əhalinin sosial rifahının daha da yaxşılaşdırılması istiqamətində atılan inqilabi addımların davamı kimi qiymətləndirirlər
Məlum olduğu kimi, ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial siyasət, həmçinin sosial müdafiə sahəsində atılan mühüm addımlar əhalinin bütün kateqoriyalarını, o cümlədən müəllimləri də əhatə edir. Dövlət başçısının iyunun 18-də imzaladığı “Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin əməkhaqqının artırılması haqqında” və “Dövlət peşə təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin, idarəetmə və təlim fəaliyyəti ilə məşğul olan işçilərin əməkhaqlarının artırılması haqqında” sərəncamlar isə bu istiqamətdə atılan növbəti mühüm addımdır.
Xatırladaq ki, “Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin əməkhaqqının artırılması haqqında” Sərəncama əsasən həmin müəllimlərin aylıq vəzifə maaşları 2019-cu il sentyabrın 1-dən orta hesabla 20 faiz artırılacaq. Sərəncam ümumilikdə 160 minə yaxın müəllimi əhatə edir və onların orta aylıq əməkhaqqının 605 manata çatmasına imkan verir. Artımın təmin edilməsi üçün dövlət büdcəsindən əlavə olaraq illik 240 milyon manat, bu il (sentyabr-dekabr ayları) üzrə isə 73 milyon manat vəsait ayrılacaq.
Prezident İlham Əliyevin “Dövlət peşə təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin, idarəetmə və təlim fəaliyyəti ilə məşğul olan işçilərin əməkhaqlarının artırılması haqqında” Sərəncamı isə həmin təbəqədən olan müəllimlərin və işçilərin aylıq vəzifə maaşlarının 2019-cu il sentyabrın 1-dən orta hesabla 20 faiz artırılmasını nəzərdə tutur.
Beləliklə, “Yeni Azərbaycan” qəzeti olaraq, sözügedən sərəncamlarla bağlı Bakı şəhərində və regionlarda fəaliyyət göstərən müəllimlərin fikirlərini öyrəndik. Qeyd edək ki, təhsil işçiləri son sərəncamları əhalinin rifahının yaxşılaşdırılması istiqamətində atılan inqilabi addımların davamı kimi qiymətləndirirlər.
Məsələn, Sabunçu rayonu Fikrət Tağıyev adına 72 nömrəli məktəb-liseyin direktoru Fərqanə Abbasova deyib ki, Azərbaycanda həyata keçirilən təhsil islahatları və təhsil işçilərinin sosial rifah halının yaxşılaşdırılması sahəsində görülən işlər davamlı xarakter daşıyır. Onun sözlərinə görə, bir neçə gün öncə dövlət başçısı tərəfindən imzalanan yeni sərəncamlar da bunu bir daha təsdiqləyir: “Çox sevinirik ki, zəhmətimiz daim qiymətləndirilir. Biz müəllimlər hər zaman dövlətimizin diqqət və qayğısını öz üzərimizdə hiss edirik. Ölkəmizdə təhsilin inkişafı ilə bağlı həyata keçirilən tədbirlər deməyə əsas verir ki, Azərbaycan öz gələcəyini daha etibarlı və inamlı görmək əzmindədir. Prezident İlham Əliyevin təhsilin inkişafına göstərdiyi diqqət və qayğı bu mühüm amilin dövlət siyasətinin mühüm strateji istiqamətlərindən biri olduğunu bir daha təsdiqləyir”.
F.Abbasova deyib ki, bu gün elm və təhsil sahəsində yüksəkixtisaslı kadrların hazırlanması, onlara daim qayğı göstərilməsi, cəmiyyətdə alimlərin, elm və təhsil işçilərinin nüfuzunun artırılması istiqamətində bir sıra mühüm qərarların qəbul edilməsi dövlətin müəyyənləşdirdiyi təhsil strategiyasının tələbidir: “Biz də çalışırıq ki, şagirdlərimizdə milli və vətənpərvərlik ruhunun daha da gücləndirilməsi, mənəvi dəyərlərin təbliği istiqamətində müxtəlif tədbirlər həyata keçirək. Həmçinin gənclərimizi dərin və hərtərəfli biliyə, bacarığa, yüksək mədəniyyətə, mütərəqqi dünyagörüşünə malik şəxsiyyətlər kimi yetişdirməyə çalışırıq”.
Səbail rayonu 189-190 nömrəli məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Təranə Rzayeva isə öncə Ulu Öndər Heydər Əliyevin “Mən dünyada müəllimdən şərəfli ad tanımıram” kəlamını xatırladıb. O deyib ki, insanın taleyi, gələcəyi, öz ailəsinə, cəmiyyətə, dövlətə xidməti valideynlərin verdiyi tərbiyə ilə yanaşı, məktəbin və müəllimlərin verdiyi bilik və vərdişlərdən də bilavasitə asılıdır. Bu baxımdan müəllimlər, sözün həqiqi mənasında, həm insanın, həm cəmiyyətin, həm də dövlətin inkişafında çox mühüm vəzifəni yerinə yetirirlər.
Təranə Rzayeva əlavə edib ki, Azərbaycanda müəllimlərin sosial vəziyyətinin daha da yaxşılaşdırılması istiqamətində ardıcıl işlər görülür: “Ölkədə davamlı olaraq aparılan məktəb tikintisi, müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi nəticəsində əməkhaqqı artımı, işə qəbulun şəffaf təşkili bu peşəyə marağı ilbəil artırır”.
Onun sözlərinə görə, dövlət başçısının əməkhaqlarının artırılması ilə bağlı müvafiq sərəncamları ölkənin bütün pedaqoji kollektivi üçün sevindirici bir xəbərdir: “Bu artım ilk dəfə deyil, inanırıq ki, son da olmayacaq. Deyə bilərəm ki, məzuniyyət öncəsi bizim üçün sürpriz oldu. Xoş təəssüratla yay tətilinə ayrılırıq. Növbəti tədris ilinə güc toplayıb, bizə göstərilən bu etimadı nəzərə alıb daha böyük səylə çalışacağıq”.
Yuxarıda da qeyd etdiyimiz kimi, dövlət başçısının son sərəncamları paytaxtla yanaşı, region müəllimləri tərəfindən də sevinclə qarşılanıb. Ümumi qənaət budur ki, istər müvafiq sərəncamların imzalanması, istərsə də paytaxt və rayon mərkəzləri ilə yanaşı, ən ucqar yaşayış məntəqələrində də müasir məktəb binalarının tikilməsi, mövcud məktəblərin təmir edilməsi və ya yenidən qurulması təhsilə göstərilən diqqət və qayğının bariz göstəricisidir.
Öz növbəsində Yevlax şəhəri 2 nömrəli tam orta məktəbin direktoru Sədaqət Şükürova Azərbaycanda bütün sahələr kimi, təhsil sahəsinə də dövlət tərəfindən diqqət və qayğı göstərildiyini deyib. Onun sözlərinə görə, Prezident İlham Əliyev tərəfindən müəllimlərin əməyinə yüksək qiymət verilir, bu peşə sahiblərinin sosial rifahının daha da yaxşılaşdırılması üçün davamlı tədbirlər həyata keçirilir.
Sədaqət Şükürova bildirib ki, ölkəmizdə müvafiq sahədə həyata keçirilən tədbirlər təhsilin inkişafının dövlət siyasətinin əsas prioritetlərindən olduğunu bir daha təsdiqləyir: “Bu prosesi nəinki paytaxtda, həm də bölgələrdə, o cümlədən Yevlax rayonunda aydın müşahidə etmək mümkündür. Ölkəmizdə təhsil sistemində geniş islahatların aparılması və yüksək demokratik dəyərlərin əsas götürülməsi, təhsil işçilərinin sosial vəziyyətinin daha da yaxşılaşdırılması, ümumtəhsil məktəblərinin maddi-texniki bazasının möhkəmləndirilməsi bizi ürəkdən sevindirir, eyni zamanda, daha böyük məsuliyyət hissi ilə işləməyə sövq edir”.
“Dövlət başçısı tərəfindən müvafiq sərəncamların imzalanması təhsilin inkişafına yönələn siyasətin bariz nümunəsidir. Bu, bir daha təhsilin inkişafının diqqət mərkəzində olduğunu təsdiqləyir. Biz müəllimlər də çalışacağıq ki, öz işimizlə dövlətimizin qayğısına layiqincə cavab verək, şagirdlərin, yetişdirdiyimiz gənc nəslin xalqımız üçün yararlı vətəndaş kimi böyümələri üçün üzərimizə düşən vəzifənin öhdəsindən layiqincə gələk”.
Bu fikirləri isə Şəki şəhəri 11 saylı tam orta məktəbin tarix müəllimi Zaur Müslümov qəzetimizə açıqlamasında söyləyib. Onun sözlərinə görə, təhsilə və müəllimlərə qayğı xalqımızın savadlı gələcəyinə yatırım deməkdir: “Həm işlədiyim məktəbin kollektivi, həm də ümumilikdə böyük müəllim ordusu adından daim təhsilin və təhsil işçilərinin qayğısına qaldığı üçün dövlət başçımıza təşəkkürümü bildirirəm”.
Zaur Müslümov onu da bildirib ki, çalışdığı 11 saylı tam orta məktəb üçün 960 şagird yerlik yeni binanın tikintisinə başlanılıb. Prezident İlham Əliyevin ötən il oktyabrın 29-da imzaladığı Sərəncama əsasən inşa edilən yeni məktəb binasının tikintisi üçün Prezidentin ehtiyat fondundan Təhsil Nazirliyinə ilkin olaraq 1 milyon manat ayrılıb.
Müşfiqə BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45
Hadisə
19 May 20:22
Siyasət
19 May 20:09
Dünya
19 May 19:56
Dünya
19 May 19:30
Dünya
19 May 19:16
Elm
19 May 18:59
Dünya
19 May 18:29
Dünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
Gündəm
19 May 16:09
Ədəbiyyat
19 May 15:59
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41
Xəbər lenti
19 May 13:33
Xəbər lenti
19 May 13:32
Xəbər lenti
19 May 13:28
Sosial
19 May 13:27
Sosial
19 May 13:26
Xəbər lenti
19 May 13:24
Dünya
19 May 13:18
Dünya
19 May 12:54
Gündəm
19 May 12:22
YAP xəbərləri
19 May 12:09
YAP xəbərləri
19 May 12:07
Sosial
19 May 12:06
Sosial
19 May 12:05
Sosial
19 May 12:03
Elm
19 May 12:03
Gündəm
19 May 11:49
Gündəm
19 May 11:30
İqtisadiyyat
19 May 11:16
Siyasət
19 May 10:52
Analitik
19 May 10:35
Sosial
19 May 10:13
Ədəbiyyat
19 May 09:54
Analitik
19 May 09:31
Ədəbiyyat
19 May 09:17
Ədəbiyyat
19 May 08:50
Gündəm
19 May 08:49
Sosial
19 May 08:38
Sosial
19 May 07:03

