Mərkəzi Seçki Komissiyası bələdiyyə seçkiləri ilə əlaqədar Şəkidə seminar-müşavirə təşkil edib
15.11.2019 [10:02]
2019-cu il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkiləri ilə əlaqədar seçki mübahisələrinin həllinə dair növbəti regional seminar-müşavirə Mərkəzi Seçki Komissiyasının maarifləndirmə proqramına uyğun olaraq Şəkidə gerçəkləşdirilib.
AZƏRTAC xəbər verir ki, noyabrın 14-də Şəki şəhərindəki “ASAN xidmət” mərkəzində keçirilən və seçki hüquqlarının pozulmasına dair şikayətlərin məhkəmə qaydasında həlli mövzusuna həsr olunan seminar-müşavirədə Mərkəzi Seçki Komissiyasının nümayəndələri, müvafiq məhkəmə orqanlarının təmsilçiləri, eləcə də Şəki və ətraf regionların 17 seçki dairəsi üzrə dairə seçki komissiyalarının sədrləri iştirak ediblər.
Operativlik, şəffaflıq, nəzakətlilik və məsuliyyət prinsipləri ilə vətəndaş rahatlığı üçün uğurla fəaliyyət göstərərək ölkəmizin hüdudlarından kənarda da kifayət qədər tanınan və öyrənilən “ASAN xidmət”in digər mərkəzləri kimi, Şəki “ASAN xidmət” mərkəzindəki hərtərəfli şərait tədbirin keyfiyyətlə təşkil olunub keçirilməsinə öz töhfəsini verib.
Seminar-müşavirə MSK katibi Mikayıl Rəhimov, Ali Məhkəmənin hakimi Kəmaləddin Bədəlov və Şəki Apellyasiya Məhkəməsinin sədri Mübariz Əkbərovun açılış nitqləri ilə başlayıb.
Sonra tədbir MSK, Ali Məhkəmə və Şəki Apellyasiya Məhkəməsinin təmsilçilərinin seçki mübahisələrinin həlli ilə bağlı müxtəlif aktual məsələlər - “Vətəndaşların seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onların araşdırılması qaydası”, “Seçki hüquqlarının müdafiəsi ilə bağlı qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi” və “Məhkəmədə seçki hüquqlarının müdafiəsi ilə bağlı işlər üzrə icraat” mövzularında məruzələri ilə davam edib.
Təqdimatlardan sonra əhatə olunan məsələlər ətrafında aparılan müzakirələrdə iştirakçıların sualları cavablandırılıb və seminar-müşavirə başa çatıb.
Xatırladaq ki, Mərkəzi Seçki Komissiyasının maarifləndirmə proqramı əsasında seçki mübahisələrinin həllinə dair növbəti regional seminar-müşavirələrin noyabrın 15-də Şirvanda və 18-də Naxçıvan Muxtar Respublikasında keçirilməsi nəzərdə tutulur.
Xəbər lenti
Hamısına baxGündəm
20 May 10:53
YAP xəbərləri
20 May 10:40
İqtisadiyyat
20 May 10:39
Siyasət
20 May 10:14
Müsahibə
20 May 10:14
Analitik
20 May 09:56
Sosial
20 May 09:12
Sosial
20 May 08:50
Sosial
20 May 08:37
Dünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45
Hadisə
19 May 20:22
Siyasət
19 May 20:09
Dünya
19 May 19:56
Dünya
19 May 19:30
Dünya
19 May 19:16
Elm
19 May 18:59
Dünya
19 May 18:29
Dünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
Gündəm
19 May 16:09
Ədəbiyyat
19 May 15:59
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41
Xəbər lenti
19 May 13:33
Xəbər lenti
19 May 13:32
Xəbər lenti
19 May 13:28
Sosial
19 May 13:27
Sosial
19 May 13:26
Xəbər lenti
19 May 13:24
Dünya
19 May 13:18
Dünya
19 May 12:54
Gündəm
19 May 12:22
YAP xəbərləri
19 May 12:09
YAP xəbərləri
19 May 12:07
Sosial
19 May 12:06
Sosial
19 May 12:05
Sosial
19 May 12:03
Elm
19 May 12:03
Gündəm
19 May 11:49
Gündəm
19 May 11:30
İqtisadiyyat
19 May 11:16
Siyasət
19 May 10:52

