Şəhid Elgün İsmayılovun mənalı ömür yolu gənclərə örnəkdir
19.11.2019 [09:59]
“Azərbaycan” qəzetinin kollektivi iş yoldaşları Elgünün xatirəsini ehtiramla yad edib
Ömrünün 20-ci baharında Murovdağın zirvəsində şəhidlik məqamına yüksələn Elgün Dağbəyi oğlu İsmayılovun əziz və unudulmaz xatirəsi yalnız dünyaya göz açdığı ailədə, oxuduğu məktəbdə deyil, həm də çalışdığı “Azərbaycan” qəzeti redaksiyasında daim anılır, ehtiramla yad edilir.
AZƏRTAC xəbər verir ki, Elgün İsmayılovun doğum günündə - noyabrın 16-da “Azərbaycan” qəzetinin kollektivi onun xatirəsinə həsr edilmiş anım mərasimi keçirib. İkinci Şəhidlər xiyabanında Elgünün məzarı ziyarət olunub, ruhuna dualar oxunub.
1974-cü ildə Bakı şəhərində anadan olan, çalışdığı “Azərbaycan” qəzetində qısa müddət ərzində hamıya qaynayıb-qarışan, torpaqlarımızın mənfur ermənilər tərəfindən işğalına dözməyən Elgün 1993-cü ildə həqiqi hərbi xidmətə çağırıldı. O, həmin ilin oktyabrında “N” saylı hərbi briqadanın tərkibində cəbhə bölgəsinə - Füzuli rayonuna göndərildi. Horadizin düşməndən azad edilməsi uğrunda döyüşlərdə göstərdiyi şücaətə görə komandanlıq tərəfindən mükafatlandırıldı. 1994-cü ilin yanvarında hərbi briqadanın yeri Kəlbəcər bölgəsinə, Murov dağına dəyişdirildi.
Döyüşçü dostları Elgünü igid və qorxmaz əsgər kimi tanıyırdılar. Komandanlığın onun barəsində verdiyi arayışda göstərilir ki, Elgün İsmayılov mürəkkəb relyefə malik Murov dağında bölüyün keçirdiyi 20 əməliyyatdan 16-da iştirak edib. 1994-cü il aprelin axırlarında o, komandanlığın fəxri fərmanına layiq görülüb. Həmin il mayın 25-dən 26-na keçən gecə Murovun “Ömər” yüksəkliyində düşmən arxasına keçərək vacib məlumatları gətirməyə gedən 4 nəfərlik kəşfiyyat dəstəsinin tərkibində Elgün də var idi. Cəsur əsgər burada düşmənlə döyüşdə şəhidlik zirvəsinə yüksəlib. Bu gün 45-ci ad günü onsuz keçirilən Elgünün şəhidliyinin 25 ili tamam olur.
Redaksiyada davam etdirilən anım mərasimini “Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Bəxtiyar Sadıqov açaraq bildirib ki, ölkənin qüdrətini göstərən əsas cəhətlərdən biri onun güclü ordusu, əsgərinin vətənpərvərlik və döyüş ruhudur. Bu gün Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi müzəffər Azərbaycan Ordusunun hər bir əsgərinin döyüş əzmi, vətənpərvərlik ruhu ən yüksək səviyyədədir. Bu, son illərdə orduya göstərilən hərtərəfli diqqət və qayğının təcəssümüdür. Ən modern silah-sursat, hərbi texnika ilə təchiz edilmiş Azərbaycan Ordusu istənilən döyüş tapşırığını yerinə yetirməyə qadirdir.
“Azərbaycan” qəzetinin daim ordu quruculuğu prosesində aparılan islahatlardan, mütərəqqi yeniliklərdən, əsgər və zabitlərin yüksək döyüş əzmindən, cəbhənin ön xəttindən, qarlı zirvələrdən, döyüş səngərlərindən reportajlar hazırlayıb oxuculara təqdim etdiyini bildirən B.Sadıqov deyib: “Hər birimiz Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda qəhrəmanlıqla mübarizə aparan, xalqımızın azadlığını uca tutan, bu yolda həyatlarını qurban verən igidlərin xatirəsini anmağa daim borcluyuq. Onlar sonsuz ehtirama, sevgi və məhəbbətə layiqdirlər. Biz də jurnalist kimi bu işdə üzərimizə düşən vəzifənin məsuliyyətini dərk edirik və mənəvi borcumuzu layiqincə həyata keçiririk”.
Baş redaktor vurğulayıb ki, Azərbaycanın bütövlüyü uğrunda, torpaqlarımızın qorunmasında canlarından keçmiş şəhidlərimizin ömür yolu bugünkü gənclərə örnəkdir. Qarabağ döyüşlərində qəhrəmancasına şəhid olmuş Elgün İsmayılovun anadan olduğu gün isə onu tanıyanların hər biri üçün qürur doğuran tarixdir.
Şəhid Elgünün çox qısa, lakin mənalı həyat və döyüş yolundan söz açan B.Sadıqov diqqətə çatdırıb ki, 2003-cü ildən başlayaraq hər il redaksiyada Elgünün xatirəsinə həsr edilmiş ənənəvi yaradıcılıq müsabiqəsi keçirilir. Artıq 17-ci dəfə keçirilən müsabiqəyə təqdim olunan yazılar bir neçə aspektdən dəyərləndirilir. Eyni zamanda, müsabiqə həm də qəzet əməkdaşlarını vətənpərvərliyə, torpağa məhəbbət mövzusunda yazmağa ruhlandırır.
Müsabiqənin yekunlarına görə redaksiyanın dörd əməkdaşı - Rəşad Baxşəliyev, Elçin Cəfərov, Yasəmən Musayeva və Zöhrə Fərəcova qalib elan edilərək, fəxri diplom və pul mükafatları ilə təltif olunublar.
Qaliblər layiq görüldükləri mükafata görə təşəkkürlərini bildirib, bundan sonra da vətənpərvərlik mövzusunda yaradıcılıqlarını davam etdirəcəklərini deyiblər.
Xəbər lenti
Hamısına baxDünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13

