/ / Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Mədəniyyət Nazirliyinin və YAP Gənclər Birliyinin dəstəyi ilə “Mələk” filmi nümayiş olunub
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Mədəniyyət Nazirliyinin və YAP Gənclər Birliyinin dəstəyi ilə “Mələk” filmi nümayiş olunub
10.12.2019 [09:50]
Dekabrın 9-da “Nizami” Kino Mərkəzində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Mədəniyyət Nazirliyinin və Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin dəstəyi ilə “Mələk” tammetrajlı bədii filmi nümayiş olunub.
Filmin təqdimat mərasimində çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov bu filmin “Qadın zorakılığına qarşı 16 günlük kampaniya” çərçivəsində hazırlandığını bildirib. Onun sözlərinə görə, “Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq” hər il 25 noyabr (Qadınlara Qarşı Zorakılıqla Beynəlxalq Mübarizə Günü) - 10 dekabr (Beynəlxalq İnsan Hüquqları Günü) tarixləri arasında keçirilən beynəlxalq kampaniyadır və gender əsaslı zorakılığın insan hüquqları pozuntusu olduğunu vurğulayır. Bütün dünyada fərdi şəxslər və təşkilatlar “16 günlük kampaniya” kimi geniş şəkildə tanınan bu tədbir vasitəsilə hamını qadınlara və qızlara qarşı zorakılığın qarşısını almağa və aradan qaldırmağa çağırır. Qadınlara qarşı zorakılığın yolverilməz olduğunu deyən E.Səfərov bu baxımdan filmin böyük əhəmiyyət kəsb etdiyini qeyd edib.
Çıxış edən YAP Gənclər Birliyinin sədri Seymur Orucov bildirib ki, qadınlara qarşı hər bir zorakılıq halı pislənilməlidir. Onun sözlərinə görə, son illərdə Azərbaycan dövlətinin bu sahədə həyata keçirdiyi təsirli tədbirlərə baxmayaraq, dünyanın bir çox ölkələrində olduğu kimi, qadınlara qarşı zorakılıq hələ də mövcuddur. Zorakılığa qarşı mübarizə ilə bağlı gənclər arasında maarifləndirmə işlərinə hər zaman ehtiyac olduğunu deyən S.Orucov qeyd edib ki, “Mələk” filmi cəmiyyətin maarifləndirilməsi baxımından çox önəmlidir.
“Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev isə qeyd edib ki, dövlətimizin siyasətində gender bərabərliyinin təmin olunması prioritet məsələdir. Onun sözlərinə görə, ölkəmizdə məişət zorakılığına qarşı mübarizə sahəsində mükəmməl hüquqi baza mövcuddur. Bununla belə, “Mələk” filmi kimi yaradıcılıq nümunələri ictimaiyyəti maarifləndirmək üçün zəruridir.
Çıxış edən YAP Cəbrayıl rayon təşkilatının sədri Arif Fərzəliyev də zorakılığa qarşı mübarizə ilə əlaqədar maarifləndirmə işlərinin gücləndirilməsinin vacib olduğunu söyləyib.
Tədbirdə həmçinin “Mələk” filminin baş prodüseri Kənan Aydın və quruluşçu rejissoru Elmar Məmmədov çıxış edərək filmin ərsəyə gəlməsində dəstək göstərən hər kəsə minnətdarlıq ediblər.
Sonra film nümayiş olunub.
Xəbər lenti
Hamısına baxSosial
20 May 13:50
Dünya
20 May 13:36
Gündəm
20 May 12:41
Sosial
20 May 12:40
Sosial
20 May 12:39
Gündəm
20 May 12:19
Xəbər lenti
20 May 12:13
Xəbər lenti
20 May 12:12
İqtisadiyyat
20 May 12:04
Dünya
20 May 12:03
Mədəniyyət
20 May 11:58
Gündəm
20 May 11:52
Siyasət
20 May 11:51
İdman
20 May 11:38
Gündəm
20 May 11:37
Sosial
20 May 11:36
Xəbər lenti
20 May 11:31
YAP xəbərləri
20 May 11:19
Gündəm
20 May 11:15
Gündəm
20 May 10:53
YAP xəbərləri
20 May 10:40
İqtisadiyyat
20 May 10:39
Siyasət
20 May 10:14
Müsahibə
20 May 10:14
Analitik
20 May 09:56
Sosial
20 May 09:12
Sosial
20 May 08:50
Sosial
20 May 08:37
Dünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45
Hadisə
19 May 20:22
Siyasət
19 May 20:09
Dünya
19 May 19:56
Dünya
19 May 19:30
Dünya
19 May 19:16
Elm
19 May 18:59
Dünya
19 May 18:29
Dünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
Gündəm
19 May 16:09
Ədəbiyyat
19 May 15:59
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41

