Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Əcnəbi tələbələr Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində təcrübə keçirlər

Əcnəbi tələbələr Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində təcrübə keçirlər

28.02.2020 [09:34]

Azərbaycan Texniki Universitetində (AzTU) təhsil alan əcnəbi tələbələr Koreya peşə təhsili standartları əsasında qurulan Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində istehsalat təcrübəsinə başlayıblar.
Təcrübənin ilk günü AzTU-nun nümayəndə heyəti Mərkəzlə yaxından tanış olub.
Mərkəzdə veb-dizayner, avtomobil üzrə elektrik, avtomobillərin təmiri çilingəri, avtomotonəqliyyat vasitələrinin texniki vəziyyətinin yoxlayıcısı, kompüterlərin təmiri və xidməti üzrə texniklər hazırlanır. Tədris prosesi Koreyada təlim keçmiş ixtisaslı mütəxəssislər tərəfindən təşkil olunub.
Mərkəzin müəllimi, AzTU-nun məzunu Tural Göyüşov və digər təlimçilər texniki avadanlıqların iş prinsipi və əmək fəaliyyətinin təhlükəsizliyi haqqında nümayəndə heyətinə ətraflı məlumat veriblər.
Mərkəzin direktor müavini Orxan Rəhimov bildirib ki, hazırda tədris olunan ixtisaslar üzrə ali təhsilli, ingilis dilini bilən kadrların Mərkəzdə işlə təmin olunması üçün vakansiya var.

Paylaş:
Baxılıb: 360 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31