Bakıdan dünyaya mesaj: Dayanıqlı şəhər inkişafında yeni mərhələ
20.05.2026 [14:29]
Bayram Aslanov,
YAP İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri
Azərbaycanın paytaxtı Bakı şəhəri dünyanın ən mühüm beynəlxalq tədbirlərindən birinə - Ümumdünya Şəhərsalma Forumunun (WUF13) 13-cü Sessiyasına ev sahibliyi etdi. Əsas məqsədi urbanizasiya prosesləri, dayanıqlı şəhər inkişafı, ekoloji təhlükəsizlik və müasir şəhərsalma modelləri ilə bağlı qlobal müzakirələrin aparılması olan Forumun müxtəlif ölkələrindən dövlət və hökumət nümayəndələrini, şəhərsalma üzrə ekspertləri, memarları, alimləri və beynəlxalq təşkilatların təmsilçilərini bir araya gətirdi. COP29-un uğurlarından dərhal sonra belə nəhəng bir forumun, dünyanın şəhərsalma üzrə ən böyük platformasının ölkəmizə həvalə edilməsi Azərbaycanın dünyada etibarlı tərəfdaş imicini bir daha təsdiq etdi.
Prezident İlham Əliyev WUF13-ün açılışındakı çıxışında əvvəlcə Azərbaycanın beynəlxalq tədbirlərə uğurla ev sahibliyi etdiyini vurğulayaraq, Bakının artıq qlobal siyasi, iqtisadi və humanitar dialoq mərkəzlərindən birinə çevrildiyini qeyd edib. Dövlət başçısı bildirib ki, Azərbaycanda həyata keçirilən müasir inkişaf strategiyası şəhərsalma sahəsində də özünü aydın şəkildə göstərir. Son illərdə Bakı şəhərində və regionlarda həyata keçirilən genişmiqyaslı tikinti-quruculuq layihələri ölkənin sosial-iqtisadi inkişafının mühüm göstəricilərindən biridir.
İşğaldan azad olunmuş ərazilərdə aparılan bərpa və yenidənqurma işlərindən ətraflı bəhs edən ölkə Prezideni cənab İlham Əliyev qeyd edib ki, uzun illər ərzində Ermənistanın işğalı nəticəsində Azərbaycanın şəhər və kəndləri tamamilə dağıdılmış, tarixi və mədəni abidələr məhv edilmişdir. Lakin Vətən müharibəsindən sonra Azərbaycan həmin ərazilərdə geniş quruculuq prosesinə başlamışdır. Dövlət başçısı vurğulamışdır ki, Qarabağ və Şərqi Zəngəzur bölgələrində həyata keçirilən layihələr müasir şəhərsalma prinsiplərinə əsaslanır və bu layihələrdə innovativ texnologiyalardan geniş istifadə olunur.
Dövlət baçşısı cənab İlham Əliyev xüsusilə “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarının əhəmiyyətindən danışaraq, qeyd edib ki, azad edilmiş ərazilərdə salınan yaşayış məntəqələri rəqəmsal idarəetmə sistemləri, alternativ enerji mənbələri, ekoloji təmiz nəqliyyat infrastrukturu və müasir kommunal xidmətlərlə təmin edilir. Bu yanaşmanın əsas məqsədi insanlara rahat, təhlükəsiz və dayanıqlı yaşayış mühiti yaratmaqdır. Prezident bildirmişdir ki, gələcəyin şəhərləri yalnız iqtisadi baxımdan deyil, həm də ekoloji və sosial baxımdan davamlı olmalıdır.
Günümüzdə Azərbaycan dövlətinin qarşısında duran əsas vəzifələrdən, Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulmasından danışan xalqımızın Lideri cənab İlham Əliyev bildirib ki, bu ərazi 30 il müddətində erməni işğalı altında idi və tamamilə dağıdılaraq məhv edilmişdir. Beynəlxalq müşahidəçilər və ziyarətçilər Ağdamı Xirosima ilə müqayisə edirdilər, onlar Ağdamı "Qafqazın Xirosiması" adlandırırdılar. Çünki şəhər, sadəcə, mövcud deyildi. Şəhər tamamilə yerlə yeksan edilmişdir və o, Xirosimadan fərqli olaraq, atom bombasının atılması nəticəsində bir günə bu vəziyyətə düşməmişdir. Bu, 30 illik işğal ərzində edilmişdir və bu zaman binalar, tarixi binalar və ictimai binalar, evlər tamamilə sökülərək dağıdılmışdır.
Prezident İlham Əliyev çıxışında beynəlxalq əməkdaşlıq məsələlərinə də geniş yer verərək, bildirib ki, qlobal urbanizasiya problemləri bütün dünya ölkələrinin qarşısında duran ümumi çağırışlardır. İqlim dəyişiklikləri, əhali artımı, resurs çatışmazlığı və ekoloji problemlər beynəlxalq əməkdaşlığı zəruri edir. Azərbaycan bu sahədə beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edir və müxtəlif ölkələrlə təcrübə mübadiləsi aparır.
Forum iştirakçılarını Azərbaycanın inkişaf modeli ilə yaxından tanış olmağa çağıran dövlət başçısı vurğulayıb ki, Bakı şəhərinin müasir memarlıq görünüşü, nəqliyyat infrastrukturu və urbanizasiya layihələri Azərbaycanın dinamik inkişafını nümayiş etdirir. Son illərdə paytaxtda həyata keçirilən abadlıq və yenidənqurma işləri Bakını regionun ən müasir şəhərlərindən birinə çevirmişdir.
Ümumdünya Şəhərsalma Forumunun Bakıda keçirilməsi Azərbaycanın beynəlxalq nüfuzunun göstəricisidir. Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası Azərbaycanın beynəlxalq mövqeyinin möhkəmlənməsinə, ölkənin urbanizasiya və şəhərsalma sahəsində həyata keçirdiyi uğurlu siyasətin nümayiş etdirilməsinə mühüm töhfə oldu.
Xəbər lenti
Hamısına baxSosial
11 İyun 14:00
Siyasət
11 İyun 13:56
YAP xəbərləri
11 İyun 13:55
İqtisadiyyat
11 İyun 13:46
Hadisə
11 İyun 13:44
YAP xəbərləri
11 İyun 13:34
İqtisadiyyat
11 İyun 13:14
İqtisadiyyat
11 İyun 13:12
Sosial
11 İyun 12:58
YAP xəbərləri
11 İyun 12:53
YAP xəbərləri
11 İyun 12:50
İqtisadiyyat
11 İyun 12:46
Sosial
11 İyun 12:45
Sosial
11 İyun 12:28
İdman
11 İyun 12:16
YAP xəbərləri
11 İyun 12:02
YAP xəbərləri
11 İyun 12:01
YAP xəbərləri
11 İyun 12:00
YAP xəbərləri
11 İyun 11:53
YAP xəbərləri
11 İyun 11:52
Gündəm
11 İyun 11:49
YAP xəbərləri
11 İyun 11:41
Gündəm
11 İyun 11:25
Ədəbiyyat
11 İyun 11:01
Sosial
11 İyun 10:54
Gündəm
11 İyun 10:51
İqtisadiyyat
11 İyun 10:45
Gündəm
11 İyun 10:36
İqtisadiyyat
11 İyun 10:13
YAP xəbərləri
11 İyun 09:40
Analitik
11 İyun 09:33
Analitik
11 İyun 09:17
Sosial
11 İyun 08:54
Mədəniyyət
11 İyun 08:30
Daxili siyasət
10 İyun 23:31
Dünya
10 İyun 22:46
İqtisadiyyat
10 İyun 22:19
YAP xəbərləri
10 İyun 22:11
İdman
10 İyun 21:54
Dünya
10 İyun 21:20
Dünya
10 İyun 21:09
Dünya
10 İyun 20:42
Dünya
10 İyun 20:33
YAP xəbərləri
10 İyun 20:28
Dünya
10 İyun 20:17
YAP xəbərləri
10 İyun 19:53
Dünya
10 İyun 19:51
İqtisadiyyat
10 İyun 19:25
Dünya
10 İyun 19:10
YAP xəbərləri
10 İyun 18:28
Maraqlı
10 İyun 18:23
YAP xəbərləri
10 İyun 17:52
Dünya
10 İyun 17:35
YAP xəbərləri
10 İyun 16:33
Dünya
10 İyun 16:20
YAP xəbərləri
10 İyun 16:20
YAP xəbərləri
10 İyun 16:10
Sosial
10 İyun 16:07
Sosial
10 İyun 16:05
YAP xəbərləri
10 İyun 16:02
10 İyun 16:00
Siyasət
10 İyun 15:58
Dünya
10 İyun 15:53
Elm
10 İyun 15:53
YAP xəbərləri
10 İyun 15:49
Siyasət
10 İyun 15:21
İdman
10 İyun 15:18
Dünya
10 İyun 15:13
Sosial
10 İyun 15:13
İqtisadiyyat
10 İyun 15:13

