Qaydalara hörmətlə yanaşmaq və əməl etmək hər bir vətəndaşın borcudur
10.06.2020 [09:18]
Koronavirus pandemiyasının dünyada yayılmağa başladığı ilk gündən etibarən ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə vətəndaşlarımızın təhlükəsizliyi və sağlamlığının qorunması istiqamətində mühüm addımlar atılmışdır. Qısa müddət ərzində Operativ Qərargahın yaradılması, təhsil müəssisələrinin fəaliyyətinin tamamilə dayandırılması, böyük ticarət mərkəzlərinin, qonşu ölkələrlə sərhədlərin bağlanması və xarici ölkələrdəki vətəndaşlarımızın mərhələli şəkildə Azərbaycana gətirilməsi bu kontekstdə bir neçə nümunədir. Atılan uğurlu addımların nəticəsidir ki, ilkin mərhələdə insanların yoluxma sayını məhdud sayda saxlamaq mümkün olmuşdur. Lakin xüsusi karantin rejiminin yumşaldılması ilə vətəndaşlar tərəfindən müəyyən tələblərə əməl edilməməsi azalmaqda olan yoluxma sayını artırmış, sağalanlara nisbətdə mənfi fərq yaradaraq ölüm sayının da artmasına gətirib çıxarmışdır.
Yoluxma sayının qarşısının alınması məqsədilə 6-7 iyun tarixlərində 2 günlük sərt karantin rejiminin tətbiq olunması vacib idi. Çünki bu günə qədər bir sıra ölkələrdə, o cümlədən qardaş ölkə Türkiyədə belə bir addımın atılması müsbət nəticələrə gətirib çıxarmışdır. Buna görə də ölkəmizdə tətbiq olunan həftə sonu sərtləşdirilmiş karantin rejimi insanların sağlamlığının qorunması üçün atılan növbəti addımdır. Bu addım infeksiyasının yayılma sürətinin azaldılması, habelə onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə atılıb. Ümid edirik ki, sərt karantin rejiminin tətbiq olunması gələcəkdə virusun yayılmasının qarşısını alan önəmli vasitələrdən biri olacaq. Hər bir kəs bu vacib günlərdə vətəndaş məsuliyyətini dərk etməli və dövlət tərəfindən qoyulan qaydalara riayət etməlidir. Virusun yayılmasının qarşısının alınması da, yoluxma sayının artmaması da insanlardan asılıdır və hər kəs bunu anlayaraq sosial məsuliyyət nümayiş etdirməlidir.Virusdan qorunmaq üçün yeganə vasitə sosial məsafəni qorumaq, tibbi maskalardan istifadə etmək və eləcə də Nazirlər Kabineti yanında Operativ Qərərgahın tövsiyə və tapşırıqlarına birmənalı olaraq əməl etməkdir. Bu, pandemiya ilə əsas mübarizə formasıdır.
Qeyd edək ki, cənab Prezident İlham Əliyevin 3 iyun tarixində Tərtərdə Dövlət Rəmzləri Muzeyinin açılışı zamanı qoruyucu maskadan istifadə etməsi cəmiyyət üçün çox yaxşı nümunədir. Belə ki, hər birimiz dövlət başçısından nümunə götürərək tibbi maskadan istifadə etməliyik. Eyni zamanda, biz, qaydaların sağlamlığımızın qorunması üçün tətbiq olunduğunu anlamalıyıq. Bundan əlavə, xüsusi karantin rejimində bizi qorumaq üçün fasiləsiz xidmət göstərən dövlət orqanları, səhiyyə təşkilatları və xüsusilə də Daxili İşlər Nazirliyinin əməkdaşlarının əziyyətini yerdə qoymayaraq, bu istiqamətdə atılan addımlara dəstək olaraq özümüzü və yaxınlarımızı qorumalıyıq. Qaydalara hörmətlə yanaşmaq və əməl etmək hər bir Azərbaycan vətəndaşının borcudur.
Manaf Manafov
Pirallahı rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəisi
Xəbər lenti
Hamısına baxDünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45
Hadisə
19 May 20:22
Siyasət
19 May 20:09
Dünya
19 May 19:56
Dünya
19 May 19:30
Dünya
19 May 19:16
Elm
19 May 18:59
Dünya
19 May 18:29
Dünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
Gündəm
19 May 16:09
Ədəbiyyat
19 May 15:59
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41
Xəbər lenti
19 May 13:33
Xəbər lenti
19 May 13:32
Xəbər lenti
19 May 13:28
Sosial
19 May 13:27
Sosial
19 May 13:26
Xəbər lenti
19 May 13:24
Dünya
19 May 13:18
Dünya
19 May 12:54
Gündəm
19 May 12:22
YAP xəbərləri
19 May 12:09
YAP xəbərləri
19 May 12:07
Sosial
19 May 12:06
Sosial
19 May 12:05
Sosial
19 May 12:03
Elm
19 May 12:03
Gündəm
19 May 11:49
Gündəm
19 May 11:30
İqtisadiyyat
19 May 11:16
Siyasət
19 May 10:52
Analitik
19 May 10:35
Sosial
19 May 10:13
Ədəbiyyat
19 May 09:54
Analitik
19 May 09:31
Ədəbiyyat
19 May 09:17
Ədəbiyyat
19 May 08:50
Gündəm
19 May 08:49
Sosial
19 May 08:38
Sosial
19 May 07:03

