Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Mövcud qanunlar və karantin rejimi ilə bağlı tətbiq edilən qaydalar hər kəs üçün əsas olmalıdır

Mövcud qanunlar və karantin rejimi ilə bağlı tətbiq edilən qaydalar hər kəs üçün əsas olmalıdır

08.07.2020 [09:21]

Ekspertlər hesab edirlər ki, bu istiqamətdə görülən bütün işlər xalqımızın sağlamlığının qorunmasına xidmət edir
Məlum olduğu kimi, son günlər dünyada yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayı yenidən artmaqdadır. Belə ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) gündəlik hesabatlarında əksini tapan məlumatlar dünya üzrə yoluxma sayının artan templə davam etdiyini göstərir. Təəssüf ki, bu xoşagəlməz tendensiya ölkəmizdə də özünü ifadə edir. May ayının əvvəlindən karantin rejiminin yumşaldılmasından sonra bir çox vətəndaşların sosial məsuliyyətini dərk etməməsi səbəbindən infeksiyaya yoluxma halları yenidən artmağa başlayıb. Bununla əlaqədar olaraq Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən Bakıda və bır sıra bölgələrdə karantin rejimi yenidən sərtləşdirilib. Yeri gəlmişkən iyulun 6-da Bakının Xətai rayonunda Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli hospitalının açılışından sonra Azərbaycan Televiziyasına, İctimai Televiziyaya və “Xəzər” Televiziyasına müsahibəsində bu məqama da toxunan Prezident İlham Əliyev bildirib ki, mövcud qanunlar və karantin rejimi ilə bağlı tətbiq edilən qaydalar hər kəs üçün əsas olmalıdır.
Öz növbəsində sözügedən məsələyə münasibət bildirən Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev deyib ki, yeni növ koronavirus infeksiyasının ölkəmizdə geniş yayılmasının qarşısını almaq üçün ilk günlərdən dövlət bütün addımları atır. Onun sözlərinə görə, hazırda Bakıda və digər bır sıra bölgələrimizdə karantin rejimi yenidən sərtləşdirilib: “İyulun 6-da Prezident İlham Əliyevin yerli televizayalara müsahibəsində dediyi kimi xəstəliyin yayılmasının başlıca səbəbi bəzi insanların məsuliyyətsizliyidir. Ona görə də, karantin rejimi sərtləşdirilib, müvafiq yerlərdə tibbi maskadan istifadə etmək məcburidir və qaydalara əməl etməyənlər cərimələnir. Bəzi hallarda karantin rejimini pozanlara qarşı sərt addımlar atmaq məcburiyyəti yaranır. Bu da təbii haldır. Çünki bütün qaydalar insanların, o cümlədən karantin rejimini pozanların sağlamlığının qorunmasına hesablanıb. Bu səbəbdən, polis orqanları tərəfindən bütün pozuntulara adekvat reaksiya verilməlidir. Dövlət başçısının qeyd etdiyi kimi, heç kim qanundan üstün deyil, biz xalqımızıın sağlamlığını qorumalıyıq”.
Bəzi vətəndaşlarımızın hələ də bu məsələdə məsuliyyətsizliyi davam etdirdiyini deyən komitə sədri qeyd edib ki, belə məsuliyyətsiz adamlara qarşı qanun çərçivəsində lazımi tədbirlər bundan sonra da görülməlidir. Prezident İlham Əliyevin Azərbaycan polisinin fəaliyyətinin də yüksək qiymətləndirdiyini deyən T.Rzayev diqqətə çatdırıb ki, polislərimiz pandemiya şəraitində fasiləsiz işləyir, insanları qorumaq üçün gecə-gündüz xidmətdədirlər. Çünki karantin rejiminin qaydalarının əməl olunmasında əsas nəzarət polis orqanlarının üzərinə düşür. Polislərimiz də bu vəzifənin öhdəsindən layiqincə gəlməyə çalışırlar.
“Bu gün Azərbaycan dövləti koronavirus pandemiyasının təsirlərinin azaldılması, insanların sağlamlığının qorunması istiqamətində ardıcıl fəaliyyətini davam etdirir”. Bu fikirləri isə Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib. S.Vəliyeva bildirib ki, hazırda demək olar ki, bütün dünya ölkələri yenidən sərtləşdirməyə gedirlər: “Son vaxtlar Çində, Hindistanda, İsraildə, Almaniyada, İspaniyada, Portuqaliyada, Bolqarıstanda yenidən məhdudiyyətlər tətbiq edilir. Öncədən də deyilirdi ki, koronavirus pandemiyası ölkələr, xalqlar arasında seçim etmir. Pandemiya dünyanı spontan yaxaladığı üçün bu gün bir çox hallarda nümunə kimi göstərilən ölkələrin də səhiyyə sistemini çökdürüb. Bu mənada, inkişaf etmiş ölkələrdəki vəziyyətin acınacaqlı olmasını nəzərə aldıqda Azərbaycandakı situasiyanı normal hesab etmək olar. Amma bu o demək deyil ki, Azərbaycanda pandemiyanın təsiri zəifdir. Xeyr. Çox təəssüflər olsun ki, dövlətin atdığı bütün addımlara adekvat olaraq bəzi insanlarımızın məsuliyyətsiz hərəkətləri ilə cavab vermələri bu gün virusa yoluxanların sayının 500 ətrafında hərəkətinə səbəb olub. Təsəvvür edin ki, qaydaları pozanlar cəzalandırılır, cərimələr artırılır, lakin insanlar yenə də məsuliyyətsizlik etməkdə davam edirlər”.
Millət vəkilinin fikrincə, bu səbəbdən də, Azərbaycanda gündəlik virusa yoluxanların sayı 500-dən aşağı enmir: “Doğrudur, polis bu cür hallara qarşı mübarizə aparır. Amma nəzərə alaq ki, polislərimiz də insandırlar. Əgər pandemiya şəraitində qarşılıqlı anlayış və hörmət olmasa, dünya düşməni olan koronavirusa necə qalib gələcəyik? İyulun 6-da Prezident İlham Əliyevin yerli televiziyalara verdiyi müsahibədə dediyi kimi, qaydaları pozan insanlar daha məsuliyyətli olarlarsa və nizam-intizama riayət edərlərsə, pandemiyanı nəzarətdə saxlamaq mümkün olacaq”.
Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 374 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

İqtisadiyyat

Ədəbiyyat

Analitik

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31