/ / Seroloji testlərin keçirilməsi pandemiya ilə mübarizə strategiyasının tərkib hissəsi kimi mühüm əhəmiyyətə malikdir
Seroloji testlərin keçirilməsi pandemiya ilə mübarizə strategiyasının tərkib hissəsi kimi mühüm əhəmiyyətə malikdir
22.08.2020 [00:26]
Mütəxəssislər bildirirlər ki, əhali qrupları arasında bu testlərin aparılması asimptomatik olaraq COVID-19 xəstəliyini keçirmiş şəxsləri aşkarlamaq məqsədi daşıyır
Məlum olduğu kimi, ölkəmizdə COVID-19 pandemiyası ilə mübarizə tədbirləri çərçivəsində bu həftənin əvvəlindən əhali qrupları arasında seroloji testlərin keçirilməsinə başlanılıb. Qeyd edək ki, Azərbaycanda seroloji testlərin aparılması Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) dəstəyi və xüsusi proqramı ilə həyata keçirilir. Bu proses pandemiya ilə mübarizə strategiyasının mühüm tərkib hissəsidir və koronavirusla bağlı seroloji testlərin keçirilməsi layihəsinin əsas məqsədi əhali arasında COVID-19 xəstəliyini keçirmiş şəxslərdə yaranmış immunitet səviyyəsinin öyrənilməsidir.
Məsələyə münasibət bildirən Milli Məclisin deputatı Könül Nurullayeva deyib ki, koronavirusla bağlı seroloji testlərin keçirilməsi, ilk növbədə, əhali arasında COVID-19-a yoluxma haqqında təsəvvürlərin əldə olunması, xəstəliyi keçirmiş şəxslərdə yaranmış immunitet səviyyəsinin öyrənilməsi üçün vacibdir: “Ölkəmizdə seroloji testlərin keçirilməsi pandemiya ilə mübarizə strategiyasının vacib tərkib hissəsidir. Ən önəmlisi isə budur ki, məhz bu testlər vasitəsilə son 3 ay ərzində xəstəlik keçirmiş, immunitet qazanmış insanların sayı müəyyənləşəcək ki, bu da təhlükənin minimuma endirilməsi, qabaqlayıcı tədbirlərin görülməsi baxımından əhəmiyyətlidir. Çünki mütəxəssislərin gəldiyi qənaət də bundan ibarətdir ki, virusa qarşı formalaşmış immunitet səviyyəsinin öyrənilməsi pandemiya ilə mübarizədə adekvat yanaşmalar seçməyə imkan verəcək”.
Deputatın sözlərinə görə, artıq beynəlxalq miqyasda, müxtəlif ölkələrin şəhərlərində seroloji testlərlə bağlı ciddi tədqiqatlar aparılıb. “Azərbaycanda testlər təsadüfi seçilmiş əhali qrupları arasında könüllülük prinsipi ilə aparılır. Vətəndaşlar həm də hazırda öz durumları barədə məlumat əldə etmək, özləri üçün koronavirus təhlükəsini qiymətləndirmək imkanı qazanırlar. Nəzərə alsaq ki, qarşıda bizi respirator xəstəliklərin aktivləşdiyi mövsüm gözləyir. Bu mənada, vətəndaşlarımız tibb mütəxəssislərinin tövsiyələrinə ciddi yanaşaraq virusdan qoruyan bütün mümkün vasitələrin tətbiqinə dəstək olmalıdır”, - deyə Könül Nurullayeva bildirib.
İnfeksion xəstəliklər və klinik mikrobiologiya üzrə mütəxəssis, uzman həkim Nazxanım Qasımova isə deyib ki, seroloji testlər orqanizmin bu virusla qarşılaşıb-qarşılaşmaması və bədəndə virusa qarşı immunitetin formalaşması barədə məlumat verir: “Xəstəliyin ilk saatlarından etibarən öncə İgM formalaşır. Xəstəliyin 10-14-cü günündən etibarən isə İgM - İgG yə çevrilir və qanda dövr edir. Orqanizmdə COVID-19-a qarşı İgG formalaşır, yəni immun cavab yaranır. Bir şəxsdə qanda İgG-ni yalnız bədən bu virusla öncədən qarşılaşıbsa, aşkarlamaq olur. Yəni seroloji test daha çox bir şəxsin öncədən COVID-i keçirib-keçirməməsini yoxlamaq üçündür. Belə ki, seroloji testlər əsasən asimptomatik olaraq xəstəliyi keçirmiş şəxsləri aşkarlamaq məqsədi daşıyır. İgG, həmçinin xəstəliyə qarşı yaranmış immunitetin də göstəricisidir”.
Mütəxəssisin sözlərinə görə, insan viruslara yoluxduqdan sonra bədəndə anticisimlərin formalaşması üçün müəyyən vaxt tələb olunur, formalaşmış immunitetin neçə müddətə qədər qoruyuculuğunun olması da tam bəlli deyil. Ona görə də seroloji testlərin ən qısa müddətdə aparılması vacib hesab edilir.
Qaşqay RAMAZANOV
Xəbər lenti
Hamısına baxSiyasət
21 May 13:43
Siyasət
21 May 13:40
Dünya
21 May 13:16
Gündəm
21 May 12:57
Sosial
21 May 12:45
Gündəm
21 May 12:36
Sosial
21 May 12:33
Elm
21 May 12:20
Sosial
21 May 12:19
Gündəm
21 May 12:11
YAP xəbərləri
21 May 12:02
Siyasət
21 May 11:52
Siyasət
21 May 11:39
İqtisadiyyat
21 May 11:13
Gündəm
21 May 10:56
Gündəm
21 May 10:34
YAP xəbərləri
21 May 10:28
Analitik
21 May 10:12
İqtisadiyyat
21 May 09:55
Analitik
21 May 09:38
Sosial
21 May 09:14
Sosial
21 May 08:50
Sosial
21 May 08:31
Sosial
21 May 07:08
İdman
21 May 07:00
Sosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43
Xəbər lenti
20 May 18:30
Elanlar
20 May 18:26
Xəbər lenti
20 May 17:35
YAP xəbərləri
20 May 17:22
YAP xəbərləri
20 May 17:06
Xəbər lenti
20 May 16:28
YAP xəbərləri
20 May 16:02
YAP xəbərləri
20 May 15:44
Sosial
20 May 15:37
Xəbər lenti
20 May 15:19
YAP xəbərləri
20 May 15:02
Elm
20 May 15:01
Xəbər lenti
20 May 14:58
Sosial
20 May 14:55
Xəbər lenti
20 May 14:54
YAP xəbərləri
20 May 14:29
İqtisadiyyat
20 May 14:27
Sosial
20 May 14:23
Mədəniyyət
20 May 14:19
Gündəm
20 May 14:13
Hərbi
20 May 14:12
YAP xəbərləri
20 May 14:11
Sosial
20 May 13:50
Dünya
20 May 13:36
Gündəm
20 May 12:41
Sosial
20 May 12:40
Sosial
20 May 12:39
Gündəm
20 May 12:19
Xəbər lenti
20 May 12:13
Xəbər lenti
20 May 12:12
İqtisadiyyat
20 May 12:04
Dünya
20 May 12:03
Mədəniyyət
20 May 11:58
Gündəm
20 May 11:52

