/ / Baş Prokurorluq: Ermənistanın hüquq-mühafizə orqanları bu ölkə hərbçilərinin törətdikləri cinayətlərlə bağlı beynəlxalq hüquqa uyğun araşdırma aparmalıdır
Baş Prokurorluq: Ermənistanın hüquq-mühafizə orqanları bu ölkə hərbçilərinin törətdikləri cinayətlərlə bağlı beynəlxalq hüquqa uyğun araşdırma aparmalıdır
29.12.2020 [09:10]
Əvvəllər məlumat verildiyi kimi, bəzi kütləvi informasiya vasitələrində və sosial media səhifələrində Azərbaycan və Ermənistan hərbi qulluqçuları tərəfindən törədilməsi güman edilən, döyüş əməliyyatları zamanı həlak olmuş hərbçilərin, mülki şəxslərin meyitləri üzərində təhqiredici hərəkətlər edilməsi, habelə əsir götürülmüş hərbçilər və mülki vətəndaşlarla qeyri-insani rəftarı əks etdirən çoxsaylı videogörüntülər yayılıb.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan Respublikasının Baş Prokurorluğu və Hərbi Prokurorluq tərəfindən aparılmış təhlillər zamanı saxta videoçarxlar istisna olunaraq reallığı əks etdirməsinə ciddi şübhələr yaranan videogörüntülər, o cümlədən bəzi hallarda əsir düşmüş şəxslərin baş və boğaz nahiyəsinin kəsilməsi yolu ilə qətlə yetirilməsi faktlarının hər biri üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.
Həmin hadisələr üzrə Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən cinayət işlərinin başlanaraq təqsirkar şəxslərin məsuliyyətə cəlb olunması və digər şəxslərin müəyyənləşdirilməsi istiqamətində əməliyyat-istintaq tədbirlərinin davam etdirilməsi barədə iki dəfə rəsmi məlumat verilməsinə baxmayaraq, qarşı tərəfdən həmin faktlarla bağlı hər hansı açıqlamanın verilməməsi onu təsdiq edir ki, bu cinayətlər Ermənistan hüquq-mühafizə orqanları tərəfindən araşdırılmır və Ermənistan rəhbərliyinin bundan sonra da siyasi iradə nümayiş etdirməyərək cinayət törətmiş şəxslərin cəzalandırılması istiqamətində hər hansı bir addım atmaq niyyəti yoxdur.
Döyüş əməliyyatları zamanı həlak olmuş Azərbaycan hərbi qulluqçularının meyitləri üzərində təhqiredici hərəkətlər, əsir düşmüş azərbaycanlı hərbçilərlə qeyri-insanı rəftarı əks etdirən videögörüntülər, mülki Azərbaycan vətəndaşlarının öldürülməsi və onlara xəsarət yetirilməsi faktları ilə bağlı Ermənistan hüquq-mühafizə orqanları tərəfindən tədbir görülməsi, üzərinə düşən beynəlxalq öhdəliklərin yerinə yetirilməsi, cinayət faktları üzrə açıq və ədalətli araşdırma aparılması üçün Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən beynəlxalq təşkilatlara müraciət edilib.
Hazırda Azərbaycan hərbi qulluqçularına qarşı qanunazidd hərəkətlər, 101 mülki Azərbaycan vətəndaşının öldürülməsi, 423 nəfərə xəsarət yetirilməsi ilə bağlı bütün cinayət işləri üzrə Azərbaycan Respublikasının prokurorluq orqanları tərəfindən zəruri və intensiv istintaq hərəkətləri aparılır.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırıq və tövsiyələrinə müvafiq olaraq, işini şəffaf və açıq quran Azərbaycan Respublikası Baş Prokurorluğu bir daha bəyan edir ki, təqsirli şəxslərin müəyyən edilərək mövcud hüquqi mexanizm və beynəlxalq hüquq normaları çərçivəsində məsuliyyətə cəlb olunmasından ötrü mümkün olan bütün tədbirlər görülməklə ictimaiyyətə bundan sonra da geniş məlumat veriləcək.
Baş Prokurorluq hesab edir ki, Ermənistan hüquq-mühafizə orqanları öz ölkəsinin hərbçiləri tərəfindən törədilmiş cinayət hadisələri ilə bağlı beynəlxalq hüquq normalarının tələblərinə uyğun olaraq araşdırma aparmalı və dünya ictimaiyyətinə ətraflı məlumat verməlidir.
Xəbər lenti
Hamısına baxDünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05
Sosial
08 İyul 16:01
Gündəm
08 İyul 15:23
Mədəniyyət
08 İyul 15:18
Dünya
08 İyul 15:18
YAP xəbərləri
08 İyul 15:17
Hərbi
08 İyul 15:03
Dünya
08 İyul 14:58
Dünya
08 İyul 14:20
Dünya
08 İyul 14:04
Sosial
08 İyul 13:58
Siyasət
08 İyul 13:42
Dünya
08 İyul 13:32
Dünya
08 İyul 13:09
Sosial
08 İyul 13:04
Sosial
08 İyul 13:03
İqtisadiyyat
08 İyul 13:02
İqtisadiyyat
08 İyul 12:41
YAP xəbərləri
08 İyul 12:23
İqtisadiyyat
08 İyul 12:19
İqtisadiyyat
08 İyul 12:05
Gündəm
08 İyul 11:53
İqtisadiyyat
08 İyul 11:50
Siyasət
08 İyul 11:45
Siyasət
08 İyul 11:25
Gündəm
08 İyul 10:58
Gündəm
08 İyul 10:49
Siyasət
08 İyul 10:31
YAP xəbərləri
08 İyul 10:20
Analitik
08 İyul 10:17
Elanlar
08 İyul 10:15
Analitik
08 İyul 09:56
Siyasət
08 İyul 09:30
İdman
08 İyul 09:27
Analitik
08 İyul 09:12
Sosial
08 İyul 08:54
Sosial
08 İyul 08:39
Dünya
08 İyul 07:43
Dünya
08 İyul 07:37
Dünya
08 İyul 07:36
Sosial
08 İyul 07:29
Müsahibə
07 İyul 23:21
Dünya
07 İyul 22:37
İdman
07 İyul 22:10
Dünya
07 İyul 21:44
Hadisə
07 İyul 21:19
Elm
07 İyul 20:41
İqtisadiyyat
07 İyul 20:17
Siyasət
07 İyul 20:09
Xəbər lenti
07 İyul 20:08
Elm
07 İyul 19:55
Dünya
07 İyul 19:50
Dünya
07 İyul 19:23

