“İki sahil” qəzeti redaksiyasının kollektivinə
10.07.2021 [09:58]
Bu gün çağdaş Azərbaycan mətbuatının inkişafında özünəməxsus yeri və rolu olan “İki sahil” qəzetinin ilk sayının işıq üzü görməsindən 30 il keçir. Qəzet bu müddət ərzində zəngin və şərəfli inkişaf yolu keçərək üzərinə düşən vəzifələri layiqincə yerinə yetirib, milli maraqların müdafiəsinə, sağlam ictimai rəyin formalaşmasına, tarixi ənənələrimizin və milli-mənəvi dəyərlərimizin qorunmasına mühüm töhfələr verib.
Xüsusi qeyd etmək lazımdır ki, müstəqilliyin ilk illərində ölkəmizdə xaos, anarxiya, böhran və tənəzzülün hökm sürdüyü bir şəraitdə “İki sahil” mətbu orqan kimi tarixi missiya yerinə yetirib, milli maraqların ətrafında sıx birləşmiş vətənpərvər şəxsiyyətlərin real tribunasına çevrilib. Ən əsası, “İki sahil” Azərbaycan xalqının ölkəmizin xilası və qurtuluşu naminə ulu öndər Heydər Əliyevə çağırışını, məşhur “91-lər”in ölkəmizin ictimai-siyasi həyatında mühüm rol oynayan Yeni Azərbaycan Partiyasının yaradılması ilə bağlı Ümummilli Liderə müraciətini və Ulu Öndərin bu müraciətə cavabını öz səhifələrində dərc edən ilk mətbu nəşrlərdən biri olub.
Dövlətçiliyə xidmət etməyi fəaliyyətinin əsas prinsipi kimi müəyyənləşdirən bu mətbu orqan ulu öndər Heydər Əliyevin milli maraqlara əsaslanan inkişaf siyasətinin, Ümummilli Liderimizin zəngin ideyalarının və əbədiyaşar irsinin fəal təbliğatçısı olub. “İki sahil”, eyni zamanda, görkəmli dövlət xadimi Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyasının fəaliyyətini geniş işıqlandırmaqla Azərbaycan dövlətçiliyinə xidmət vəzifəsini uğurla yerinə yetirib. Təsadüfi deyil ki, ulu öndər Heydər Əliyev Yeni Azərbaycan Partiyasının yaradılmasının 2-ci ildönümü münasibətilə keçirilən ümumrespublika müşavirəsində “İki sahil” qəzetinin fəaliyyətini və rolunu yüksək dəyərləndirib.
Bu gün müasir nəşr nümunəsi olan bu mətbu orqan tarixi missiyasından irəli gələn məqsədyönlü fəaliyyəti çərçivəsində Prezident İlham Əliyevin milli maraqlara əsaslanan siyasətinin, ümumxalq partiyası olan YAP-ın fəaliyyətinin, azərbaycançılıq ideologiyasının təbliğində, Azərbaycan həqiqətlərinin ölkə və dünya ictimaiyyətinə çatdırılmasında çox mühüm rol oynayır. Jurnalistikanın təməl prinsiplərinə hər zaman hörmətlə və sədaqətlə yanaşan, cəmiyyətin informasiya tələbatının ödənilməsi ilə əlaqədar insanlara doğru, dəqiq və operativ xəbər çatdıran “İki sahil” qəzeti 44 günlük Vətən müharibəsi dövründə də Azərbaycan reallıqlarını geniş işıqlandırmaq və erməni yalanlarını ifşa etmək istiqamətində öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirib.
Bir sözlə, “İki sahil” qəzetinin səhifələrində son 30 ildə müstəqillik dövrümüzün tarixi salnaməsi əks olunub. Əminliklə söyləmək olar ki, milli mətbuatımızın nümunəvi nəşrlərindən olan və müasir çağırışlara uyğun məqsədyönlü fəaliyyəti ilə fərqlənən qəzet bundan sonra da Azərbaycanın tarixi nailiyyətlərinin müjdəçisi olacaq, informasiya platformasında ümummilli mənafenin qorunması işində aktiv rol oynayacaq.
“İki sahil” qəzeti redaksiyasının bütün kollektivini 30 illik yubiley münasibətilə səmimi qəlbdən təbrik edir, yeni yaradıcılıq uğurları və davamlı müvəffəqiyyətlər arzu edirik.
Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatı
09 iyul 2021-ci il
Xəbər lenti
Hamısına baxGündəm
20 May 12:41
Sosial
20 May 12:40
Sosial
20 May 12:39
Gündəm
20 May 12:19
Xəbər lenti
20 May 12:13
Xəbər lenti
20 May 12:12
İqtisadiyyat
20 May 12:04
Dünya
20 May 12:03
Mədəniyyət
20 May 11:58
Gündəm
20 May 11:52
Siyasət
20 May 11:51
İdman
20 May 11:38
Gündəm
20 May 11:37
Sosial
20 May 11:36
Xəbər lenti
20 May 11:31
YAP xəbərləri
20 May 11:19
Gündəm
20 May 11:15
Gündəm
20 May 10:53
YAP xəbərləri
20 May 10:40
İqtisadiyyat
20 May 10:39
Siyasət
20 May 10:14
Müsahibə
20 May 10:14
Analitik
20 May 09:56
Sosial
20 May 09:12
Sosial
20 May 08:50
Sosial
20 May 08:37
Dünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45
Hadisə
19 May 20:22
Siyasət
19 May 20:09
Dünya
19 May 19:56
Dünya
19 May 19:30
Dünya
19 May 19:16
Elm
19 May 18:59
Dünya
19 May 18:29
Dünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
Gündəm
19 May 16:09
Ədəbiyyat
19 May 15:59
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41
Xəbər lenti
19 May 13:33
Xəbər lenti
19 May 13:32

