Xurşidbanu ikən Natəvan olan Xan qızı
13.01.2022 [11:08]
El üçün yaşasa da, elə həmin elin qınağından qurtara bilmədi
İlhamə Rəsulova
Şuşaya səfər edərkən mənə ən doğma gələn məkan nədənsə Xan qızı, Xurşidbanu Natəvanın yurd yeri oldu. Bir zamanlar çal-çağırlı məclislərə ev sahibliyi etmiş sarayın, sadəcə xərabələri qalmışdı. Mülkün çinarlı həyətindən dayanıb Xankəndinə baxmaq olur və insanın könlünü qərib bir qubar doldurur. İstər-istəməz pıçıldayırsan - kimlər gəldi, kimlər getdi bu dünyadan...
Parlaq istedad və dövrünü qabaqlayan ideallar sahibiydi Xan qızı. Azərbaycan mədəniyyətində və ictimai həyatında özünəməxsus iz qoymuş, rəiyyətlə ünsiyyət forması adət edilmiş ənənələrdən kənara çıxmış, elin adamı olmağı bacarmışdı xan qızı. Amma necə deyərlər heç bir yaxşılıq cəzasız qalmır. Yaxşı insan olmağın da öz sınaqları varmış...
O, xan qızıydı. Bəlkə də, xan ailəsində doğulmaqla həyata bir addım öndə başlasa da, dövrün bütün qadınlara yaşatdığı möhnət onun da ömründən yan keçmədi. O da tənha qadınların yaşadığı keşməkeşlərin od-alovundan keçməklə Xurşidbanu (Günəş) ikən, Natəvan (tabsız, gücsüz) oldu.
Natəvanda iki böyük nəslin - Cavanşirlərin və Ziyadoğlu Qacarların qanı var idi. Mehdiqulu xan ona öz anasının adını vermişdi. Xan gözünün ağı-qarası bircə balasını “Dürrü yekta” (Tək inci) çağırardı, yaddaşlarda isə Xan qızı olaraq qaldı, el onu bu adla sevdi.
Mehdiqulu xanin qızı Xurşidbanu Natəvan 1832-ci il avqustun 6-da Şuşada anadan olmuşdu. İlk tərbiyəni xan sarayının mürəbbiyələrindən alır, daha sonra atasının əmri ilə dövrün alim və sənətkarları ona evdə dərs verir. Quran və dünyəvi elmləri mənimsəyir, ərəb və fars dillərini öyrənir.
Xurşidbanu 18 yaşında dağıstanlı knyaz Xasay xan Usmiyevlə ailə qurur. Bəzi ehtimallara görə, buna səbəb xarici və daxili siyasətdəki gərginlik olmuşdu. 1850-ci ilin payızında Xasay xan Şuşada toy etdikdən sonra Xan qızını əvvəl Dağıstana, daha sonra Tiflisə aparır. Tiflisdə keçən gənclik illəri onun gələcək şairə taleyində xüsusi rol oynayır. Bu şəhərdə rus, gürcü mədəni cəmiyyətlərinə qoşulur, üç dildə sərbəst danışması ilə elit cəmiyyətlərdə özünə qarşı maraq oyandırır. Ümumiyyətlə, o, Usmiyevlə birlikdə xeyli səyahətlərə çıxır və bu səfərlər onun dünyagörüşünü genişləndirir. 1858-ci ildə Xan qızı Bakıda məşhur fransız yazıçısı Aleksandr Düma ilə görüşüb. Xasay xanın mükəmməl fransız dili bilgisi nəticəsində onlar dostlaşmışdılar. A.Dümanın “Qafqaza səyahət” əsərində bu görüş haqqında da yazılıb.
Natəvan evləndikdən sonra dörd il övladı olmur. Xan qızı 1854-cü ildə əri ilə Bakıya gəlib, o zaman Şıx kəndi adlanan ərazidə yerləşən Bibiheybət məscidini ziyarət edir. Bu ziyarətdən bir il sonra 1855-ci ildə oğlu Mehdiqulu xan, 1856-cı ildə qızı Xanbikə dünyaya gəlir. Sonralar onun ikinci evliliyindən daha 3 oğlu doğulur.
Anasının vəfatından sonra ailəsinin təkidi ilə Xasay Usmiyev vətəni Dağıstana döndüyü zaman həyat yoldaşı Xurşidbanunu da özü ilə aparmaq istəyib. Lakin Xan qızı Dağıstanda həmişəlik yaşamağı qəbul etməyib və onlar 1864-cü ildə ayrılıblar. Natəvan ikinci dəfə 1869-cu ildə rəiyyət içərisindən çıxmış Seyid Hüseyn adlı şuşalıya ərə gedir. Deyilənə görə, Seyid Hüseyn sadə bir papaqçı idi. Xan qızı bu hərəkəti ilə bəy və mülkədarları qəzəbləndirir və ömür boyu bitməyən qınaqla üz-üzə qalır. Şəhərin zadəganları Seyid Hüseyni Natəvanın nökəri, faytonçusu adlandırırdılar. İş o yerə çatır ki, birinci nikahdan olan oğlu Mehdiqulu xan evdən baş götürüb gedir. O zamanlar Mehdiqulunun 14 yaşı var idi. Bu, o Mehdiqulu xan idi ki, sonralar Xurşidbanu ona qırx gün qırx gecə toy çaldırıb. Toy xalqın yaddaşında Xan qızının səxavəti ilə qalıb. Xan qızı qırx gün qırx gecə Qarabağın bütün kasıb kəndlilərinə yemək paylayıb, hər kasıb qonağına bəxşiş bağışlayıb. Toyda xələt yığılmayıb, əksinə, Xurşidbanu özü qonaqlara hədiyyələr paylayıb.
Xurşidbanu Natəvan zəmanəsinin görkəmli şəxsiyyətlərindən idi, təkcə Azərbaycanda deyil, bütün Zaqafqaziyada xeyirxahlığı və mesenatlığı ilə tanınırdı. O, Şuşaya su kəməri çəkdirmişdi və indi də Xan qızının mülkü qarşısında Natəvan bulağı çağlamaqdadır.
Natəvan yaradıcılığa 1850-ci illərin əvvəllərində başlayıb. İlk şeirlərini təxəllüssüz, öz adıya yazır. Bu əsərlər günümüzə gəlib çıxmayıb. Xurşidbanunun şeirləri məzmun cəhətdən aşiqanə, təbiət gözəlliklərinə həsr edilmiş şeirlər, müasirlərinə yazdığı mənzumələr, hüznlü şeirlərə bölünürdü. Natəvanın yaradıcılığı şeirlə məhdudlaşmır. O, rəssamlıqla da məşğul olur, həmçinin, nəfis əl işləri, tikmələri ilə də tanınırdı. Seyid Hüseyndən olan oğlu Mir Abbas 17 yaşında vəfat etdikdən sonra Xan qızı uzun müddət bu dərddən özünə gələ bilmir. Oğlunun ölümündən sonra kədərli şeirlər yazmağa başlayır və özünə Natəvan təxəllüsünü götürür...
Şairənin həyatının son illəri çox kədərli olub. O zamanlar dərc edilən “Bakı quberniya xəbərləri” qəzetində Xan qızının maddi çətinliklər üzündən, ev əşyalarını, zinət əşyalarını satışa qoyduğu yazılıb. Birinci ərindən olan övladları ilə ikinci ərindən olan uşaqları arasında torpaq-mülk ixtilafları Natəvanı çətin vəziyyətə salır. Üstəlik, evindən xeyirxah məqsədlər üçün ayrılmış bir sandıq qızıl pul oğurlanır. Buna görə, Natəvanın Arazdan Mil düzünə çəkdirməyə başladığı arx yarımçıq qalır. Natəvan uzun sürən xəstəliklərdən sonra (ağlamaqdan, hətta gözlərinin nurunu da itirir) 1897-ci il oktyabr ayının 1-də Şuşada vəfat edib. Deyilənə görə, dəfn mərasimində iştirak edən kəndlilər şairənin cənazəsini Şuşadan Ağdama qədər piyada aparıb. Xan qızı Ağdamda “İmarət” deyilən ailə qəbiristanlığında dəfn olunub.
Azərbaycan Prezidenti İlham Əliyev “Xurşidbanu Natəvanın anadan olmasının180 illik yubileyinin keçirilməsi haqqında” 3 aprel 2012-ci il tarixli Sərəncam imzalayıb. Bu il şairənin 190 illik yubileyi olacaq. Onun büstü yenidən Şuşa şəhərinə aparılıb. Natəvan bulağı yenidən çağlayır. Görüləcək tədbirlər arasında xan qızının mülkünün bərpa işləri də var. Sevdiyi Şuşanı qoyub getməmək üçün sevdiyi insandan ayrılan xan qızının ruhu yenidən azad Şuşaya qovuşmaqla şad olub yəqin. Onun Şuşasında yenidən muğamlar səslənir. Şuşa öz dirilişini yaşayır.
Xəbər lenti
Hamısına bax
Sosial
01 Oktyabr 23:41

Gündəm
01 Oktyabr 23:29

YAP xəbərləri
01 Oktyabr 23:19

İdman
01 Oktyabr 23:13

Dünya
01 Oktyabr 22:48

YAP xəbərləri
01 Oktyabr 22:32

Elm
01 Oktyabr 22:09

Xəbər lenti
01 Oktyabr 21:46

YAP xəbərləri
01 Oktyabr 21:30

Sosial
01 Oktyabr 21:15

YAP xəbərləri
01 Oktyabr 20:41

Dünya
01 Oktyabr 20:14

Hadisə
01 Oktyabr 20:04

Dünya
01 Oktyabr 19:53

YAP xəbərləri
01 Oktyabr 19:36

YAP xəbərləri
01 Oktyabr 19:10

Gündəm
01 Oktyabr 18:58

YAP xəbərləri
01 Oktyabr 18:19

YAP xəbərləri
01 Oktyabr 18:05

YAP xəbərləri
01 Oktyabr 17:18

YAP xəbərləri
01 Oktyabr 17:10
YAP xəbərləri
01 Oktyabr 16:41

Hadisə
01 Oktyabr 16:37

YAP xəbərləri
01 Oktyabr 16:29

Gündəm
01 Oktyabr 16:21

Dünya
01 Oktyabr 15:40

Dünya
01 Oktyabr 15:21

Analitik
01 Oktyabr 15:17

YAP xəbərləri
01 Oktyabr 15:07

Gündəm
01 Oktyabr 14:55

Dünya
01 Oktyabr 14:39

Dünya
01 Oktyabr 14:17

Elm
01 Oktyabr 13:47

Sosial
01 Oktyabr 13:45

Hadisə
01 Oktyabr 13:43

İqtisadiyyat
01 Oktyabr 13:41

İqtisadiyyat
01 Oktyabr 13:39

Siyasət
01 Oktyabr 13:37

Dünya
01 Oktyabr 13:26

Dünya
01 Oktyabr 13:04

Dünya
01 Oktyabr 12:56

İqtisadiyyat
01 Oktyabr 12:19

Sosial
01 Oktyabr 11:47

Analitik
01 Oktyabr 11:24

Analitik
01 Oktyabr 10:48

Analitik
01 Oktyabr 10:15

MEDİA
01 Oktyabr 09:43

Analitik
01 Oktyabr 09:20

Sosial
01 Oktyabr 08:52

Sosial
01 Oktyabr 08:37

İdman
01 Oktyabr 08:00

İdman
01 Oktyabr 07:58

Elm
01 Oktyabr 07:58

Dünya
01 Oktyabr 07:45

Dünya
01 Oktyabr 07:12

Dünya
30 Sentyabr 23:35

YAP xəbərləri
30 Sentyabr 23:14

Xəbər lenti
30 Sentyabr 22:41

YAP xəbərləri
30 Sentyabr 22:18

Dünya
30 Sentyabr 21:45

Gündəm
30 Sentyabr 21:41

İqtisadiyyat
30 Sentyabr 21:32

Gündəm
30 Sentyabr 21:19

YAP xəbərləri
30 Sentyabr 21:15

Dünya
30 Sentyabr 20:50

YAP xəbərləri
30 Sentyabr 20:32

YAP xəbərləri
30 Sentyabr 20:08

Gündəm
30 Sentyabr 19:57

Sosial
30 Sentyabr 19:49

YAP xəbərləri
30 Sentyabr 19:23
