Pandemiya bitir?
16.03.2022 [10:14]
Nicat DİLQƏMLİ
Qarlı, şaxtalı soyuq günləri yavaş-yavaş geridə qoyuruq. Bu isə ömrümüzün artıq bir hissəsinə çevrilən, bəzən həyatımızı onsuz təsəvvür edə bilmədiyimiz koronavirus pandemiyasının təsir gücünü əhəmiyyətli dərəcədə azaldır. Beləliklə də, bir sıra məhdudiyyətlər aradan qaldırılır, sərbəst həyat bərpa olunur. Cari ilin fevral ayından dünya ölkələrinin bir çoxunda koronavirus pandemiyası ilə bağlı tətbiq edilən karantin rejimində yumşalmalar, eyni zamanda virusa yoluxma hallarının sayında azalmalar müşahidə edilir.
Qardaş ölkə Türkiyədə karantin rejimi yumşaldılıb. Tam doza vaksin olunmayan şəxslər üçün qüvvədə olan bir çox qadağalar artıq ləğv olunub. Artıq onlara ictimai nəqliyyatdan və digər məkanlardan istifadə etmək üçün peyvənd sertifikatı lazım olmayacaq. Bununla yanaşı, qardaş ölkənin vətəndaşları konsertlərə, kinoteatr və teatrlara, tədbirlərə heç bir şey tələb olmadan gedə biləcəklər.
Yoluxma sayının yüksək olmasına baxmayaraq, Avropanın 5 ölkəsində - Finlandiya, Böyük Britaniya, İsveç, Norveç və Danimarkada bütün koronavirus məhdudiyyətləri ləğv edilib və ya əhəmiyyətli hissəsi yumşaldılıb. Buraya insanların toplaşması üçün nəzərdə tutulan say və vaxt məhdudiyyətləri, ara məsafəsi, PZR testi və peyvənd sertifikatı və digərləri aiddir. Yerdə qalan qadağalara isə bu ayın sonuna kimi tamamilə xitam verilməsi nəzərdə tutulur.
Rusiyada da sözügedən tendensiya davam edir. Belə ki, dünən Moskva meri Sergey Sobyaninin qərarı ilə maska qadağası götürülüb. Müəssisə və təşkilatlarda məcburi anti-COVID tədbirləri ləğv edilir. Siyahıya işçilərin bədən istiliyinin müntəzəm ölçülməsi, iş yerlərində bölücü arakəsmələrin quraşdırılması və s. daxildir. Sobyanin qeyd edib ki, bu qərar həm də “artıq ciddi sanksiya təzyiqi yaşayan” biznesi dəstəkləmək məqsədi daşıyır.
Bu, qadağaların ləğv edildiyi ölkələrin cəmi bir hissəsidir. Siyahıya daxil olan ölkələrin sayı isə hər gün artır.
Ölkəmizdə də Baş nazir Əli Əsədovun imzaladığı müvafiq qərara əsasən 2022-ci il 6 mart tarixindən bəzi qadağalar ləğv olunub. Siyahıya dövlət orqanlarında (qurumlarında) vətəndaşların yerində qrup və fərdi qaydada qəbuluna, dini ritual xidmətlərinin, eləcə də mərasim zallarında, çadırlarda və digər qapalı məkanlarda yas mərasimlərinin təşkilinə və keçirilməsinə, bütün kütləvi tədbirlərin, o cümlədən idman tədbirlərinin keçirilməsinə, ictimai iaşə obyektlərində qəlyan avadanlıqlarından istifadəyə, masaj xidmətlərinin göstərilməsinə, sərnişinləri qarşılayan və yola salan şəxslərin hava limanının terminalına girişinə qoyulan qadağaların, say və vaxt məhdudiyyətlərinin ləğvi daxildir.
Yuxarıda sadalananlara nəzər yetirdikdə təbii olaraq pandemiyanın yaxın zamanda tamamilə məhv olacağı ümidi yaranır. Bəs bu fikirdə həqiqət payı nə qədərdir? Əvvəlki həyatımız geri dönürmü?
Virusoloq Təyyar Eyvazov “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, virus dövriyyədə qalacaq: “Klinist olaraq deyə bilərəm ki, virus dövriyyədə qalacaq və biz onun vaxtaşırı müxtəlif mutasiyaları ilə üzləşəcəyik”.
Virusun nə vaxt yox olacağı dəqiq bilinməsə də, effektiv qorunma yolları hər kəsə məlumdur. Elə bu səbəbdən də sadə gigiyenik qaydalara əməl edərək sağlamlığımızı qorumalı, koronadan qorunmalıyıq.
Xəbər lenti
Hamısına baxGündəm
13 İyun 23:20
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30
İqtisadiyyat
12 İyun 15:23
Dünya
12 İyun 15:06
Dünya
12 İyun 14:45
İqtisadiyyat
12 İyun 14:43
İdman
12 İyun 14:42
Dünya
12 İyun 14:41
Dünya
12 İyun 14:41
YAP xəbərləri
12 İyun 14:40
YAP xəbərləri
12 İyun 14:30
YAP xəbərləri
12 İyun 14:28
Dünya
12 İyun 14:19
YAP xəbərləri
12 İyun 14:04
Dünya
12 İyun 13:57
YAP xəbərləri
12 İyun 13:54
Dünya
12 İyun 13:35
Elm
12 İyun 12:48
Sosial
12 İyun 12:48
YAP xəbərləri
12 İyun 12:37
Xəbər lenti
12 İyun 12:37
Siyasət
12 İyun 12:22
Gündəm
12 İyun 12:21
YAP xəbərləri
12 İyun 12:13
Sosial
12 İyun 12:11

