Dövlət imtahanı ləğv edilsin? - Ekspert “HƏ” deyir...
02.06.2022 [10:40]
Yeganə Bayramova
Son zamanlar ölkəmizdəki ali məktəblərdə dövlət imtahanının ləğvi məsələsi gündəmdədir. Ali məktəblərin sonuncu kurs tələbələri dövlət imtahanının ləğv olunmasını tələb edirlər. Sosial şəbəkələrdə 30 mindən çox tələbə də bu çağırışa qoşulub. Səbəb isə dərslərin 3 semestr distant, bir semestr isə hibrid formada keçirilməsidir.
Tələbələr bildiriblər ki, pandemiya səbəbindən dərslər distant və hibrid formada keçirilib. Buna baxmayaraq, onlar dövlət imtahanı verməlidirlər. Bu isə düzgün qərar deyil.
Təhsil Nazirliyi məsələ ilə bağlı açıqlama yayıb. Qurumun İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirib ki, “Ali təhsil pilləsinin dövlət standartı və proqramı” Nazirlər Kabinetinin 2010-cu il 23 aprel tarixli, 75 nömrəli qərarı ilə təsdiq edilib: “Bu sənədə əsasən (bənd 7.4) ali təhsil proqramları təhsilalanların dövlət attestasiyası ilə yekunlaşır. Dövlət attestasiyası bütün təhsilalanlar üçün məcburidir. Bu sənədin qüvvədə olma müddəti 6 ildir. Lakin yeni sənəd qəbul edilənə qədər qeyd olunan sənəd qüvvədədir.
Belə ki, hazırda da bu sənəd Ədliyyə Nazirliyinin Hüquqi aktların vahid elektron bazasında qüvvədə olan sənəd kimi yerləşdirilib.
Bununla yanaşı, Nazirlər Kabinetinin 2010-cu il 24 iyun tarixli 117 nömrəli qərarı ilə təsdiq edilmiş “Bakalavriat (əsas (baza ali) tibb təhsili) təhsilinin məzmunu və təşkili QAYDALARI”nda da (bənd 2.13, 2.15, 2.16) qeyd olunub ki, “2.13. Bakalavriat səviyyəsində ixtisaslar üzrə təhsil proqramları təhsilalanların dövlət attestasiyası ilə yekunlaşır”.
Eyni zamanda həmin sənədə əsasən, “2.15. Yekun attestasiya bütün təhsilalanlar üçün məcburidir, onun hazırlanmasına və təşkilinə ayrılan müddət 6 həftədir. 2.16. Yekun attestasiya ixtisas üzrə buraxılış yekun dövlət imtahanı (fənlərarası) və ya buraxılış işinin müdafiəsindən ibarətdir”.
Təhsil eksperti Kamran Əsədov “Yeni Azərbaycan”a açıqlamasında dövlət imtahanlarının ləğv edilməsi ilə bağlı çağırışların düzgün olduğunu söyləyib.
Onun sözlərinə görə, dərslər 2021-ci ilin sentyabr ayına qədər onlayn formada keçirilirdi. Bu da tələbələrin müəyyən fənləri mənimsəməsi ilə bağlı ciddi problem yaradıb: “Nəzərə alsaq ki, bütün tələbələr hər fəndən semestr imtahanı verirlər və növbəti kursa keçid edirlər, semestr tam başa çatandan sonra tələbələrin təkrar olaraq 4-cü kursda dövlət imtahanına cəlb edilməsinin heç bir mənası yoxdur. Yəni eyni tələbələr iki dəfə yoxlanmış olur, bu da normal deyil”.
Dünya təcrübəsi nə deyir?
K.Əsədov qeyd edib ki, dünyada qəbul edilmiş təcrübəyə görə tələbələr orta müvəfəqiyyət göstəricilərinə əsasən diplom alırlar:
“Düzdür, Azərbaycanda ali təhsil müəssisələrinin yekun attestasiya qaydaları dəyişib və indi 2-ci kursda oxuyan tələbələr nə dövlət, nə də buraxılış imtahanı verəcəklər. Ancaq hazırda 4-cü kursda oxuyanlar imtahanlara cəlb edilirlər. Ölkəmizdə pandemiyanın tamamilə başa çatmadığını, ali təhsil müəssisələrində tələbələrin təhsili ilə bağlı müəyyən məhdudiyyətlərin olduğunu nəzərə alsaq, ümumi orta müvəfəqiyyət göstəricisini əsas götürməliyik. Təhsil əlçatan olmalıdır. Tələbələrə ümumi göstəriciləri əsasında diplomun verilməsi yeganə çıxış yoludur”.
Xəbər lenti
Hamısına baxDünya
12 May 10:35
Dünya
12 May 10:18
Dünya
12 May 09:40
Hadisə
12 May 09:12
Hadisə
12 May 08:49
Sosial
12 May 08:31
Dünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40
Dünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
YAP xəbərləri
10 May 19:54
Sosial
10 May 19:23
YAP xəbərləri
10 May 18:52
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Xəbər lenti
10 May 15:48
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
YAP xəbərləri
09 May 18:46
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54

