Son zəng, biz səninləyik bir həyat yarışında...
14.06.2022 [10:53]
91 mindən çox şagird məzun oldu
MÜŞFİQƏ
Daha çağırmayacaq dərslərə bu zəng bizi
Hər zaman göynədəcək həsrət qəlbimizi
Ah, necə kövrəlmişik bu ayrılıq çağında
Yaşa dolduq on bir il məktəbin qucağında
Son zəng, biz səninləyik bir həyat yarışında
Səni eşidəcəyik zirvələrin başında.
Bu gün 14 iyun - “Son zəng” günüdür. Şagirdlər uzun illərdir ki, müstəqil olacağı günü gözləyirdilər. Həftələr, hətta aylar öncədən unudulmaz günə hazırlaşırdılar. Nəhayət o gün yetişdi... Azərbaycanda bütün ümumtəhsil müəssisələrində onbirillik məktəb həyatının “Son zəng”i çalınır. 2021-2022-ci tədris ilində respublikanın ümumtəhsil məktəblərinin 91 188 nəfər şagirdi bu il məzun adını daşıyır. Onlardan 42 005 nəfəri qız, 49 183 nəfəri isə oğlandır. Bu barədə Təhsil Nazirliyindən məlumat verilib.
Əlamətdar gün münasibəti ilə məktəblərdə canlanma, şagirdlərdə sevinc ilə qarışıq nisgil hissləri yaranır. Onbirincilər bu günə xüsusi olaraq hazırlaşırlar. Siniflər bir-birindən əlvan bəzədilir, hər kəs bir nəfər kimi ağ köynək geyinir. Həmin köynəklər bir neçə saat sonra arzular və xoş sözlərlə yazılacaq. Küsülülər barışacaq, dostlar qucaqlaşacaq, öz müəllimlərini dövrələrinə alıb bu günü ömürboyu hafizələrinə yazacaqlar.
“Son zəng”in ən önəmli anı birincilərlə məzunların görüşüdür, desək, yanılmarıq. Məzunlar birincilərə həm öz partalarını əmanət edirlər, həm də onların könlünü oxşayan hədiyyələr bağışlayırlar. Balacalar isə bunun müqabilində gül dəstələri bağışlayırlar. Estafet bununla da tamamlanır. Ardınca məktəbin ən balacası “Son zəng”i məktəbin məzununun çiyinlərində çalır. Bununla da iki nəsil yeni bir həyata qədəm qoyur.
Nazirlikdən o da bildirilib ki, ölkə üzrə IX sinfi isə 133 422 şagird bitirir. Bitirənlərdən 61 400 nəfəri qız, 72 022 nəfəri oğlandır. Respublika üzrə ümumtəhsil məktəblərində fəaliyyət göstərən 5896 məktəbəhazırlıq qrupunu 100 529 nəfər uşaq başa vurub.
“Məzun günü” tarixi necə yarandı?
Adətən “Son zəng”i MDB ölkələrində qeyd edirlər. Bir sıra ölkələrdə bu gün “Vida”, “Əlvida”, “Məzun günü”, “Sonuncu gün” və s. adlansa da, “Son zəng” ifadəsi əsasən, Azərbaycan, Türkiyə və Rusiyada işlənir. Məlum olduğu kimi, “Son zəng” SSRİ dövründə və dövlət müstəqilliyinin bərpasından sonra 2005-ci ilə qədər mayın 25-i qeyd olunurdusa, 2005-ci ildən 2016-cı ilə qədər isə mayın 31-də keçirilir. Bu illər ərzində tarixlər və qaydalar dəyişsə də, mahiyyət eynidir. Əvvəllər son dərs günü məzunlar üçün bayrama çevrilirdi. Məktəblərdə xüsusi mərasimlər təşkil olunur, ziyafətlər verilir, məzunlar şəhərə, Bakı məktəbliləri xüsusən Dənizkənarı Milli Parka çıxıb əylənirdilər. İnsanları dövriyyələrinə alıb, onlardan şeirlər, mahnılar oxumalarını istəyirdilər. Məktəb yoldaşları ilə birlikdə səhərin doğuşunu izləyirdilər. Yarım əsr də keçsə, hər kəs sinif müəllimlərinin və yoldaşlarını adlarını əzbər bilərdilər. Əfsuslar olsun ki, hamısı tarix oldu.
Zamanla “Son zəng” yalnız məktəbdaxili qeyd edilirdi. Məsələn, ötən iki il ərzində ölkəmizdə koronavirus pandemiyası ilə əlaqədar bütün kütləvi tədbirlər kimi “Son zəng” tədbirinin də keçirilməsinə icazə verilmədi. Ötən il ilk dəfə virtual “Son zəng” çalındı. Tədbir isə televiziyada canlı yayımlanıb. Bəs bu il?
Ənənəvi qaydada keçiriləcək
Təhsil naziri hər il olduğu kimi bu il də “Ümumtəhsil məktəblərində “Son zəng” tədbirinin keçirilməsi haqqında” əmr imzalayıb. Əmrə əsasən, “Son zəng” tədbiri hər bir ümumi təhsil müəssisəsinin həyətyanı sahəsində, həyətyanı sahəsi olmayan ümumi təhsil müəssisələrinin idman və ya akt zallarında təşkil olunacaq. “Son zəng” tədbirində valideyn komitələri, valideyn-müəllim assosiasiyaları və ictimaiyyətin nümayəndələri iştirak edə bilər. “Son zəng” müddətində şagirdlərin təhlükəsizliyinin təmin olunması istiqamətində zəruri tədbirlər görüləcək.
Səbəbkarları - məzunlarımızı təbrik edir, yeni yolun astanasında qərar tutan yeniyetmələrə uğurlar arzulayırıq. Məktəbin son, gələcəyinizin isə ilk günü yolunuz açıq, addımlarınız uğurlu olsun.
Xəbər lenti
Hamısına baxDünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05
Sosial
08 İyul 16:01
Gündəm
08 İyul 15:23
Mədəniyyət
08 İyul 15:18
Dünya
08 İyul 15:18
YAP xəbərləri
08 İyul 15:17
Hərbi
08 İyul 15:03
Dünya
08 İyul 14:58
Dünya
08 İyul 14:20
Dünya
08 İyul 14:04
Sosial
08 İyul 13:58
Siyasət
08 İyul 13:42
Dünya
08 İyul 13:32
Dünya
08 İyul 13:09
Sosial
08 İyul 13:04
Sosial
08 İyul 13:03
İqtisadiyyat
08 İyul 13:02
İqtisadiyyat
08 İyul 12:41
YAP xəbərləri
08 İyul 12:23
İqtisadiyyat
08 İyul 12:19
İqtisadiyyat
08 İyul 12:05
Gündəm
08 İyul 11:53
İqtisadiyyat
08 İyul 11:50
Siyasət
08 İyul 11:45
Siyasət
08 İyul 11:25
Gündəm
08 İyul 10:58
Gündəm
08 İyul 10:49
Siyasət
08 İyul 10:31
YAP xəbərləri
08 İyul 10:20
Analitik
08 İyul 10:17
Elanlar
08 İyul 10:15
Analitik
08 İyul 09:56
Siyasət
08 İyul 09:30
İdman
08 İyul 09:27
Analitik
08 İyul 09:12
Sosial
08 İyul 08:54
Sosial
08 İyul 08:39
Dünya
08 İyul 07:43
Dünya
08 İyul 07:37
Dünya
08 İyul 07:36
Sosial
08 İyul 07:29
Müsahibə
07 İyul 23:21
Dünya
07 İyul 22:37
İdman
07 İyul 22:10
Dünya
07 İyul 21:44
Hadisə
07 İyul 21:19
Elm
07 İyul 20:41
İqtisadiyyat
07 İyul 20:17
Siyasət
07 İyul 20:09
Xəbər lenti
07 İyul 20:08
Elm
07 İyul 19:55
Dünya
07 İyul 19:50
Dünya
07 İyul 19:23

