Ölüm saçan minalar...
22.07.2022 [10:19]
M.FEYİZLİ
Minalar müharibələrin fəsadları barədə konkret təsəvvür yaradır. Bu qurğuları basdırmaq asan olsa da, onları təmizləmək çox çətin və uzun sürən bir prosesdir. Zərərsizləşdirilməmiş minalar isə ölüm saçır, hərbiçiləri və mülki insanları ayırd etmədən onların həyatına son qoyur. BMT-nin hesabatına görə, təkcə son bir ildə dünyada 7 minə yaxın insan mina partlayışlarından həlak olub və ya yaralanıb.
Azərbaycan mina təhlükəsindən əziyyət çəkən ölkədir
İşğalçı Ermənistan tərəfindən müharibəyə cəlb olunan Azərbaycan da mina təhlükəsindən əziyyət çəkən ölkədir. Mənfur düşmən ərazilərimizi işğal altında saxladığı üç onillik ərzində şəhər və kəndlərimizi dağıtmaqla yanaşı, həm də ən ağlagəlməyən yerləri belə minalayıb. Təsadüfi deyildir ki, hazırda Azərbaycan bütün dünya üzrə minalarla ən çox çirklənmiş ölkələr sırasında yer alır. Ərazilərimizin minalanması erməni vandalizminin bariz nümunəsidir.
Ermənilər Azərbaycan torpaqlarında minabasdırma əməliyyatlarının növbəti mərhələsini 10 noyabr 2020-ci il tarixində üçtərəfli Bəyanat imzalandıqdan sonra həyata keçirdilər. Sözügedən sənədə əsasən, Azərbaycan növbəti dəfə humanizm nümayiş etdirərək qarşı tərəfə ərazilərimizdən çıxmağa möhlət verdi və sonradan bu möhlət müddəti ayrı-ayrı ərazilər üzrə bir qədər də artırıldı. Ancaq Ermənistana məxsus hərbi birləşmələr bundan sui-istifadə edərək torpaqlarımızda kütləvi şəkildə minalar basdırdılar. 44 günlük müharibə 2020-ci il noyabrın 10-da başa çatsa da, işğaldan azad olunmuş ərazilərdə mənfur düşmən tərəfindən basdırılan minalar can almaqda davam edir. Bütövlükdə, indiyədək mülki şəxslər də daxil olmaqla təxminən 200 nəfər minaların partlaması nəticəsində həyatını itirib.
İlk vəzifə ərazilərin minalardan təmizlənməsidir
Azərbaycan 2030-cu ilədək olan dövrü əhatə edən yeni strateji mərhələdə Vətən müharibəsində işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışı təmin etməyi özünün 5 əsas prioritetindən biri kimi müəyyənləşdirib. Lakin bu strateji hədəfə çatmaq üçün ilk növbədə ərazilər minalardan təmizlənməlidir. Bunu Prezident İlham Əliyev hökumətin qarşısına əsas vəzifələrdən biri kimi qoyub. Hazırda işğaldan azad olunmuş ərazilərdə minatəmizləmə işləri müvafiq qurumlar tərəfindən koordinasiyalı şəkildə həyata keçirilir. Prezident İlham Əliyevin 2021-ci il 15 yanvar tarixli 1251 saylı Fərmanı ilə 1998-ci ildə ümummilli lider Heydər Əliyevin sərəncamı ilə təsis edilmiş Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin əsasında publik hüquqi şəxs statuslu Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) yaradılıb. ANAMA ölkə daxilində həyata keçirilən bütün minatəmizləmə ilə bağlı olan fəaliyyəti əlaqələndirmək, nəzarət etməklə bərabər, həm də səlahiyyətli orqan olaraq, hökumətin bu sahə üzrə əsas icraçı qurumudur. Onun başlıca məqsədi Azərbaycan Respublikasının işğaldan azad edilən və müharibənin təsirinə məruz qalan ərazilərinin mina və partlamamış hərbi sursatların təhlükəsindən azad etmək, sosial-iqtisadi və humanitar inkişafa dəstək göstərməkdir. İyirmi dörd illik müddət ərzində ANAMA 70 437,9 hektar ərazi olmaqla, 845 min 180 ədəd mina və partlamamış hərbi sursat aşkar edərək təmizləyib. Bu günlərdə qurum işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən minatəmizləmə əməliyyatları barədə həftəlik məlumatı açıqlayıb. Bildirilir ki, iyulun 11-dən 16-dək Tərtər, Ağdam, Şuşa, Xocavənd, Füzuli, Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarının ərazilərində aparılmış minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 111, tank əleyhinə 10 mina və 178 ədəd partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib. Bütövlükdə, həftə ərzində 849,2 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib.
Beynəlxalq qurumların biganəliyi
Minalanmış ərazilər humanitar fəlakət zonası sayılır. Dünya təcrübəsindən bəlli olduğu kimi, müharibələr zamanı minalarla çirkləndirilmiş ərazilər müvafiq beynəlxalq təşkilatların, donor ölkələrin köməyi ilə təmizlənir. Üç onilliyi əhatə edən uzun bir dövrdə işğal faktı ilə üzləşən Azərbaycan isə minaların təmizlənməsində beynəlxalq birliyin dəstəyini az hiss edir. Prezident İlham Əliyev müxtəlif auditoriyalarda çıxışlarında minatəmizləmə işində Azərbaycanın beynəlxalq dəstəyə ehtiyac duyduğu ilə bağlı mesajlarını diqqətə çatdırıb. Kəlbəcərdə ikisi jurnalist olmaqla, 3 nəfərin mina partlaması nəticəsində həlak olması dünya üçün bir həyəcan siqnalı idi. Hadisə ilə bağlı respublikanın baş prokuroru Kamran Əliyev BMT, Avropa Şurası da daxil olmaqla, beynəlxalq təşkilatlara, o cümlədən “Amnesty International” və “Human Rights Watch” kimi insan haqları təşkilatlarına müraciət edərək, Ermənistan silahlı qüvvələrini Azərbaycan ərazilərini minalamaqla humanitar normaları və prinsipləri pozmaqda günahlandırıb. Avropa Şurasının İnsan Haqları Komissarı Dunja Mijatoviçin hadisə ilə bağlı sosial şəbəkə hesabında yaydığı bəyanatda deyilir: “Kəlbəcərdə mina partlaması nəticəsində ikisi jurnalist olmaqla 3 nəfərin həlak olması, bir neçə nəfərin yaralanması göstərdi ki, Dağlıq Qarabağ münaqişəsindən təsirlənmiş ərazilərin beynəlxalq əməkdaşlıq vasitəsilə minalardan təmizlənməsinə təcili ehtiyac var...”
Düzdür, BMT müvafiq qurumu vasitəsilə böyük mina təhlükəsi ilə üz-üzə qalan respublikamıza müəyyən texniki və maliyyə dəstəyi göstərib. Lakin dünyanın digər bölgələrinə göstərilən yardımlarla müqayisədə respublikamıza verilən dəstək, necə deyərlər, dəryada damla misalındadır.
Qardaş Türkiyənin minatəmizləmə işində ölkəmizə verdiyi dəstək isə daha real və əhatəli məzmuna malikdir. Mina və partlayıcı qurğuların zərərsizləşdirilməsi üzrə Türkiyənin hərbi istehkamçılarının ilk qrupu Azərbaycana 2020-ci il noyabrın 30-da, yəni müharibə başa çatdıqdan cəmi 20 gün sonra göndərilib. Qrup Azərbaycan Ordusuna işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsində kömək göstərməyə başlayıb. Qardaş Türkiyə Azərbaycana 25 ədəd “MEMMAT” (Mexaniki Mina Təmizləmə Təchizatı) mina təmizləyən maşın göndərib. Bu texnikanın üstünlüyü ondan ibarətdir ki, 500 metr məsafədən idarə olunur və artıq onun işlədiyi əraziyə insanın girməsinə ehtiyac qalmır. Partlayış da baş verərsə, insan faktoru kənarda qalmış olur. Bunlardan əlavə, Türkiyə Milli Müdafiə Nazirliyi Azərbaycanın Fövqəladə Hallar Nazirliyinə 10 xüsusi təlim keçmiş minaaxtaran it hədiyyə edib. Azərbaycan kinoloqları Türkiyədə mina axtarışı və təmizlənməsi üzrə təlimlərə cəlb olunublar.
Ən böyük donor - Aİ
Azərbaycanla strateji tərəfdaşlıq münasibətlərini inkişaf etdirən Avropa İttifaqı respublikamıza ərazilərin minalardan təmizlənməsinə dəstək verən böyük donor qismində çıxış edir. Avropa İttifaqı ANAMA-ya 2,5 milyon avro məbləğində yardım göstərib. Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen mətbuata bəyanatlarla təmsil etdiyi qurumun yeni dəstək paketindən bəhs edib. “Biz bu məqsəd üçün 4.25 milyon avroluq yeni yardım paketini elan etdik. Bununla yanaşı, biz bu mühüm sahədə avadanlıq və təcrübə təklif edirik”, - deyə qurum rəsmisi bildirib.
Əməkdaşlıq çərçivəsində respublikamıza yardım edənlər arasında, həmçinin ABŞ-ın Marşal İrsi İnstitutunu və Böyuk Britaniyanı qeyd edə bilərik. ABŞ-ın Marşal İrsi İnstitutu vasitəsilə minaaxtaran itlərin alınmasına dəstək verilib. Böyuk Britaniya tərəfindən isə partlayıcı sursatların təhlükəsinə dair maarifləndirmə tədbirlərinə dəstək göstərilib.
Xəbər lenti
Hamısına baxXəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
Sosial
10 May 19:23
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04

