İqtisadi platformada siyasi gəlişmələr
09.07.2022 [11:51]
MÜBARİZ
İyulun 7-8-də İndoneziyanın Bali adasında keçirilən G20 ölkələrinin xarici işlər nazirlərinin görüşü başa çatsa da, belə görünür ki, tədbirlə bağlı müzakirələr hələ uzun müddət bitməyəcək. Söhbət heç də sammit çərçivəsində baş tutan sessiyalarda qlobal iqtisadiyyatın ayrı-ayrı məsələləri ətrafında aparılan müzakirələrdən getmir. Əsasən, beynəlxalq iqtisadi platforma kimi səciyyələndirilən G20-nin budəfəki sammiti, həm də iştirakçıların siyasi gəlişmələri ilə yadda qaldı.
Dünyanın G20-dən gözləntiləri
G20 ölkələrinin xarici işlər nazirlərinin budəfəki toplantısı bütün dünya üçün çox həssas olan bir dönəmə təsadüf etdi. İqlim dəyişiklikləri, qlobal pandemiya, Rusiya-Ukrayna müharibəsi və bu kimi digər hadisələr beynəlxalq birlik üçün ciddi təhdidlər yaradıb.
Dünyada müşahidə edilən mənfi təzahürlərin fonunda G20-nin mötəbər tədbirindən gözləntilər böyük idi. Hamı o ümiddə idi ki, yaranan qlobal çağırışlara adekvat olaraq dünyanın iqtisadi güc mərkəzləri məhz qlobal həmrəylik nümayiş etdirərək birgə çıxış yolları arayacaq və səylərin, fəaliyyətlərin əlaqələndirilməsinə hesablanan mesajlar verəcəklər.
G20 samitindən belə gözləntilər heç də əbəs yerə yaranmayıb. Burada təmsil olunan ölkələrin siyahısına ABŞ, Argentina, Avstraliya, Almaniya, Braziliya, Böyük Britaniya, Kanada, İndoneziya, İtaliya, Fransa, Hindistan, Meksika, Rusiya, Səudiyyə Ərəbistanı, Cənubi Afrika Respublikası, Cənubi Koreya, Çin, Türkiyə və Yaponiya daxildir. Adıçəkilən ölkələri dünyanın iqtisadi inkişaf trendlərini müəyyənləşdirən dövlətlər kimi də səciyyələndirmək mümkündür. Bütövlükdə, G20 ölkələri dünya iqtisadiyyatının 80 faizini, əhalinin üçdə ikisini və qlobal ticarətin dörddə üçünü birləşdirir. Statistikaya istinadən deyə bilərik ki, qlobal iqtisadiyyat əsasən G20-də formalaşır.
İqtisadi platformada siyasi çatlar
Rusiya-Ukrayna müharibəsinin dünyanı iki yerə böldüyünü hər kəs təsdiqləyə bilər. Bu, G20 görüşündə də açıq-aydın hiss olundu. Tədbir iştirakçıları bir sıra məqamlarda müzakirələrin mövzusunu, G20 platformasının iqtisadi mahiyyətini unudaraq Rusiyanı müharibə düyməsini basdığına görə, tənqid etdilər. Ayrı-ayrı ölkələrin xarici işlər nazirləri rusiyalı həmkarları ilə görüşməkdən ümumiyyətlə imtina etdilər. Sessiyalarda Rusiyanın G20 platformasından kənarlaşdırılması mesajları bir daha eşidildi. Böyük Britaniya, Almaniya, Fransa, Kanada, ABŞ, İtaliya və Yaponiyanın xarici işlər nazirləri rusiyalı həmkarlarıyla bir masada oturmamaq üçün ev sahibinin təşkil etdiyi ziyafətə belə qatılmadılar.
Tədbirdə iştirak edən ayrı-ayrı dövlətlərin xarici işlər nazirləri isə adıçəkilən ölkələrdən olan həmkarlarının mövqeyini bölüşmək istəməyiblər. Məsələn, Çin Xalq Respublikasının xarici işlər naziri Van İ Avropa Komissiyasının rəsmisi Jozef Borellə görüşdə bəyan edib ki, Ukrayna böhranının həllinə nail olmaq üçün daha real yanaşma tələb olunur. Bununla da o, ölkəsinin tərəflər arasında bərabərlik işarəsi qoyduğu qənaətini bütün dünyanın diqqətinə çatdırıb. Beləliklə, iqtisadi platformanın siyasi məsələlərə görə parçalandığı göz qabağındadır.
Foto qalmaqalı
G20 görüşündə müzakirələrə yol açan məqamlardan biri də foto qalmaqalıdır. Bütün dünyada qəbul edilən rəsmi etiket G20 tədbirində yenə də siyasi ambisiyalara görə pozulub. Belə ki, görüşdə G20 ölkələrinin xarici işlər nazirləri Rusiya XİN-in rəhbəri Sergey Lavrovla foto çəkdirməkdən imtina ediblər. Bu barədə “Kyodo” agentliyi məlumat yayıb. Bildirilir ki, iki gün davam edən Bali görüşündə xatirə fotosu çəkilməyib, buna səbəb bir sıra diplomatların, o cümlədən ABŞ Dövlət katibi Entoni Blinkenin Rusiya xarici işlər naziri Sergey Lavrovla şəkil çəkdirməkdən imtina etməsi olub.
G20 görüşünün yekunlarını dəyərləndirən Rusiyanın xarici işlər naziri Sergey Lavrov isə öz növbəsində Qərb ölkələrini qlobal iqtisadiyyatdakı problemlərlə bağlı müzakirələr aparmaq əvəzinə, Rusiyanın ünvanına ittihamlar yaratmağa üstünlük vermələrinə görə qınayıb. Rusiya XİN-in rəhbərinin foto qalmaqalına münasibəti də özünü çox gözlətməyib. O, məsələyə münasibətini “Mən heç kəsi birlikdə foto çəkdirməyə dəvət etmədim” ifadəsi ilə bildirib. Rusiya XİN-in rəhbəri G20-ni “siyasi klub” kimi səciyyələndirib.
Xəbər lenti
Hamısına baxAnalitik
17 Aprel 09:33
Elm
17 Aprel 09:14
Sosial
17 Aprel 08:51
Sosial
17 Aprel 08:30
Gündəm
17 Aprel 08:15
Hərbi
17 Aprel 07:42
Siyasət
17 Aprel 07:32
Siyasət
17 Aprel 07:31
Dünya
16 Aprel 23:12
Dünya
16 Aprel 22:43
Dünya
16 Aprel 22:16
Elm
16 Aprel 21:59
Dünya
16 Aprel 21:20
İqtisadiyyat
16 Aprel 21:09
Dünya
16 Aprel 20:45
Dünya
16 Aprel 20:33
Sosial
16 Aprel 20:18
Dünya
16 Aprel 19:51
Dünya
16 Aprel 19:31
Dünya
16 Aprel 19:27
Gündəm
16 Aprel 18:59
Dünya
16 Aprel 18:23
YAP xəbərləri
16 Aprel 17:55
Siyasət
16 Aprel 17:32
YAP xəbərləri
16 Aprel 17:20
Dünya
16 Aprel 17:19
Sosial
16 Aprel 17:16
Hadisə
16 Aprel 16:28
Dünya
16 Aprel 16:09
Sosial
16 Aprel 15:52
Siyasət
16 Aprel 15:50
Dünya
16 Aprel 15:32
Siyasət
16 Aprel 15:22
Sosial
16 Aprel 15:20
Siyasət
16 Aprel 15:10
Gündəm
16 Aprel 14:51
Sosial
16 Aprel 14:41
Sosial
16 Aprel 14:15
Siyasət
16 Aprel 13:53
Sosial
16 Aprel 13:34
Gündəm
16 Aprel 12:51
Sosial
16 Aprel 12:42
İqtisadiyyat
16 Aprel 12:42
İqtisadiyyat
16 Aprel 12:41
Gündəm
16 Aprel 12:27
Siyasət
16 Aprel 12:15
İqtisadiyyat
16 Aprel 11:53
İqtisadiyyat
16 Aprel 11:30
Gündəm
16 Aprel 11:12
Siyasət
16 Aprel 10:49
İqtisadiyyat
16 Aprel 10:35
MEDİA
16 Aprel 10:11
Analitik
16 Aprel 09:58
Gündəm
16 Aprel 09:31
Gündəm
16 Aprel 09:15
Sosial
16 Aprel 08:50
Elm
16 Aprel 08:39
Dünya
15 Aprel 23:25
Dünya
15 Aprel 23:10
Dünya
15 Aprel 22:41
Dünya
15 Aprel 22:19
YAP xəbərləri
15 Aprel 22:18
Dünya
15 Aprel 21:54
Sosial
15 Aprel 21:28
YAP xəbərləri
15 Aprel 21:23
YAP xəbərləri
15 Aprel 21:19
İdman
15 Aprel 20:45
Elanlar
15 Aprel 20:39
Siyasət
15 Aprel 20:26
Dünya
15 Aprel 20:17

