Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xarici siyasət / 7-ci paketdə nələr var?

7-ci paketdə nələr var?

15.07.2022 [10:24]

Rusiyaya qarşı yeni sanksiyalar...

Nicat PAŞA

Rusiya-Ukrayna müharibəsi səbəbindən Avropa İttifaqında ( Aİ ) artıq bir aydan çoxdur ki, Rusiyaya qarşı 7-ci sanksiyalar paketi müzakirə edilir. Xarici mətbuatın yazdığına görə, Brüssel yaxın bir neçə həftə içərisində yeni sanksiyalar paketi barədə ictimaiyyətə məlumat verəcək. Bu paketdə Rusiya neftinə qiymət limitinin müəyyənləşdirilməsi, Rusiya qızılının birlik dövlətlərinə idxalının dayandırılması, eyni zamanda Rusiyadan olan 65 nəfər fiziki və 18 nəfər hüquqi şəxslərin adının “qara siyahı”ya əlavə edilməsi kimi tədbirlər olacağı gözlənilir. Bununla yanaşı, bəzi birlik üzvləri Rusiya qazının idxalının məhdudlaşdırılmasını təklif edirlər, amma üzv ölkələrin böyük əksəriyyəti buna qarşıdır.

Rusiya hökuməti yeni qadağalar paketi ilə bağlı açıqlamasında baş verənlərin qanundan kənar olduğunu diqqətə çatdırıb: “Rusiya hakimiyyəti məhdudlaşdırıcı tədbirləri qeyri-qanuni hesab edir”,  Kreml ölkənin “tarixdə ən böyük sanksiya yükü” olduğunu bildirib.

Bəzi mənbələrin verdiyi məlumata əsasən, hazırda Aİ blok daxilində anti-Rusiya sanksiyalarına nəzarət məsələsinin üzərində iş aparır. Ölkələr hazırda mövcud olan boşluqları doldurmaq, sanksiyaların tətbiqini sərtləşdirmək və dövlətlər arasında məlumat mübadiləsini yaxşılaşdıra biləcək yeni tədbirləri müzakirə edirlər. Bildirilir ki, sanksiyalara məruz qalan rusiyalıların 14 milyard dollardan çox məbləğdə aktivləri üzv ölkələrdə dondurulub.

Əlavə məlumat üçün qeyd edək ki, qızıla qarşı embarqo təklifi ilk dəfə iyunda G7 ölkələrinin xarici işlər nazirlərinin görüşündə müzakirə edilib. Belə bir təkliflə məhsulun ən böyük alıcısı olan Böyük Britaniya çıxış edib. Qızıl (qiymətli metallar) Rusiyanın ixrac strukturunda enerjidən sonra ən çox gəlir gətirən ikinci bölmədir. Rusiya ötən ildə 302,2 ton qızıl satıb və 17,4 milyard dollar gəlir əldə edib. Bu qızılın 266,1 tonunu (15,4 milyard dollar) Böyük Britaniya alıb. Məhz bu ölkə ilk addım ataraq Rusiyadan qızıl alışına qadağa qoyulacağını bəyan edib. Britaniya hökumətinin bununla bağlı açıqlamasında bildirilir ki, Rusiyanın əsas ixrac məhsullarından biri olan qızıl həm də Putin hakimiyyətinə yaxın oliqarxların beynəlxalq sanksiyalardan yayınmaq üçün yatırım etdikləri əsas əmtəədir. Böyük Britaniyadan sonra ABŞ, Kanada və Yaponiya da Rusiya qızılının idxalını qadağan ediblər. Qadağa iyun ayının 28-dən sonra Rusiyadan ixrac edilən qızıllara şamil olunur.

Önəmli məsələlərdən biri də Rusiya oliqarxlarının, eyni zamanda məhdudiyyətlərdən yayınmağa çalışan Rusiya şirkətlərinin aktivlərinin müsadirə edilərək Ukraynaya verilməsini mümkün edəcək direktivin qəbul olunmasıdır. 

“Oktyabrda mən Avropa Birliyinin sanksiyalarından yayınmağı cinayət məsuliyyəti hesab edəcək direktivi təqdim edəcəm. Bu direktiv Avropa Birliyi ölkələrinin məhkəmələrinə aktivləri müsadirə etməyə imkan verəcək. Daha sonra həmin aktivlər Ukraynaya yardım fonduna köçürüləcək” - deyə Avropa komissarı qeyd edib.

Diqqət çəkən digər məqam isə Çexiyanın Baş naziri Petr Fialanın yeddinci paketlə bağlı dedikləridir. O bildirib ki, Rusiyaya qarşı yeni sanksiyalar paketinə təbii qaz tədarükü ilə bağlı məhdudiyyətlər daxil edilməyəcək. Onun sözlərinə görə, Aİ-yə üzv olan ölkələrin əksəriyyəti Rusiyadan təbii qazın tədarükündən imtina edilməsinə tez bir zamanda uyğunlaşa bilməyəcək.

O, yeddinci sanksiyalar paketinin hazırlandığı barədə məlumat verib.

P.Fiala onu da bildirib ki, çexiyalılar Rusiyanın enerji resursundan asılılığı azaltmaq üçün əllərindən gələni edirlər.

Xatırladaq ki, iki ay öncə Aİ Rusiyaya qarşı 6-ci paketi tətbiq etmişdi. Ötən saylarımızda da yazdığımız kimi, bu barədə Fransanın Strasburq şəhərində keçirilən Avropa Parlamentinin (AP) Baş Assambleyasında fevralın 24-dən bəri davam edən “Rusiya-Ukrayna müharibəsinin Aİ üçün iqtisadi və sosial nəticələri” mövzusunda keçirilən sessiyada Aİ Komissiyasının sədri Ursula fon der Leyen çıxışı zamanı məlumat vermişdi. 6-cı paket sanksiyalara əsasən, Rusiyanın ən böyük bankı olan Sberbankı və digər iki böyük bankı “SWIFT”dən (valyuta transferi bankı) çıxarıldı, 3 dövlət kanalına yayım qadağası qoyuldu, Avropadan Rusiyanın mühasiblərə və müxtəlif məsləhətçilərə çıxışı dayandırdı və eyni zamana Rusiya şirkətlərinə bu cür xidmətlərin göstərilməsi qadağan edildi.

Kreml tətbiq edilməkdə olan qadağa paketlərini qanunsuz adlandırır, bütün bunların beynəlxalq aləmdə mənfi presedentə çevriləcəyini iddia edir.

Paylaş:
Baxılıb: 155 dəfə
Multi-media

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Dünya

Xəbər lenti

Xarici siyasət

İqtisadiyyat

İqtisadiyyat

İqtisadiyyat

Prezident bu gün

Prezident bu gün

18 Avqust 10:30

Siyasət

Bu da sübut!

18 Avqust 10:29

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Gündəm

Xəbər lenti

Xəbər lenti

Sosial

Xəbər lenti

Sümük köçü

17 Avqust 10:47

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31