Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xarici siyasət / Əhməd Məsud dialoq təklif edir

Əhməd Məsud dialoq təklif edir

16.07.2022 [10:16]

Taliban hakimiyyətinin mövqeyi necə olacaq?

N.BAYRAMLI

Talibanın hakimiyyətə gəlməsindən sonra Əfqanıstanda qarşıdurmalar davam edir. Talibana qarşı mübarizə aparan əsas qüvvə isə Əhməd Məsudun liderlik etdiyi Milli Müqavimət Cəbhəsidir. Bəs Əhməd Məsud kimdir? O, tacik əsilli Əfqanıstan siyasətçisi, keçmiş SSRİ qoşunları, sonra isə Talibanla uğurlu mübarizəsi ilə tanınan səhra komandiri Əhməd Şah Məsudun oğlu və varisidir. Əhməd Məsud 1989-cu ildə Əfqanıstanın şimal-şərqindəki Təxar vilayətinin Piyu şəhərində anadan olub. İranda orta məktəbi bitirdikdən sonra Məsud bir il Sandhurstdakı Kral Hərbi Akademiyasında hərbi kurslarda təhsil alıb. O, 2012-2015-ci illərdə London Kral Kollecində Hərbi Araşdırmalar Bölməsində təhsilini davam etdirib. 2016-cı ildə London Şəhər Universitetində Beynəlxalq Siyasət üzrə magistr dərəcəsi alıb. 2016-cı ildə Əhməd Məsud Əfqanıstana qayıdıb və “Məsud Fondu”nun baş direktoru təyin edilib. 2019-cu ilin mart ayından etibarən rəsmi olaraq siyasətlə məşğul olmağa başlayıb.

Atasının Əfqanıstanda daxili hakimiyyət münasibətlərinin İsveçrə modeli ideyasını dəstəkləyərək, mərkəzsizləşdirilmiş hökumətin resurslarının və səlahiyyətlərin daha səmərəli bölgüsünə gətirib çıxaracağını və bununla da ölkəyə rifah və sabitliyin gətirəcəyini əminliklə bildirmişdi. Lakin Talibanın hakimiyyəti ələ alması onun planlarını pozdu. 2021-ci ildə, Taliban tərəfindən hərbi uğurlar fonunda Məsud, Əfqanıstanın şimalında, Taliban əleyhinə olan etnik könüllülərin koalisiyası olan Pəncşir Müqavimətini qurdu. Kabilin süqutundan sonra, Birinci vitse-prezident Əmrulla Salehlə müttəfiq olaraq Taliban rejiminə müqavimət göstərmək qərarı verdi.

Əhməd Məsud hələ ötən ilin avqustunda Talibanla mübarizəni dayandırmağa və siyasətə müdaxilə etməməyə hazır olduğunu bildirmişdi və bunun üçün şərtlər irəli sürmüşdü. Məsudun şərtinə görə, o, mübarizəni taliblər inklüziv hökumət quracağı və ölkədə insan haqlarına riayət olunmasını təmin edəcəyi halda dayandıra bilər. “Əgər taliblər hakimiyyəti hamı ilə bölüşdürmək və ədaləti bərqərar etmək, bütün Əfqanıstanda hamıya bərabər hüquq və azadlıq vermək niyyətindədirsə, onda mən geri çəkiləcəyəm və siyasətdən gedəcəyəm”, - deyə müqavimət lideri bəyan etmişdi. Lakin Taliban hakimiyyəti bu şərtləri rədd etdiyi üçün qarşıdurma davam edir. Məsudun qüvvələri Taliban qüvvələrinin bir neçə hücumunu dəf edə bilsə də, Pənc?ir əyaləti qısa müddət sonra taliblərin əlinə keçdi.

Mübarizəni müxtəlif formalarda aparan Əhməd Məsud bu günlərdə Əfqanıstanın mövcud problemlərinin həlli üçün siyasi dialoqun zəruriliyini vurğulayıb. Bununla belə, o deyib ki, İslam Əmirliyi razılığa gələnə qədər onlara qarşı durmaqdan başqa çarə yoxdur: “Biz Əfqanıstanla bağlı bütün qərb və şərq ölkələri ilə narahatlığımızı bölüşdük. Əfqanıstanın vəziyyəti ciddi qiymətləndirilməlidir, ona ciddi diqqət lazımdır. Əfqanıstan istənilən təzyiqlə siyasi sabitliyə nail olmalıdır. “Taliban” və ya hər hansı digər qrup Əfqanıstanın problemlərini həll etmək üçün region və dünya ilə əməkdaşlıq edərək siyasi həll yolu tapmalıdır, əks halda, Əfqanıstandakı problemlər yenidən regiona və dünyaya yayıla bilər”. Amma yerli ekspertlər hesab edirlər ki, xaricilər Əhməd Məsudun mübarizəsini dəstəkləyir, lakin yerli əhali onu müdafiə etmir. Buna əsas səbəblərdən biri kimi Məsudun milliyyətcə əfqan yox, tacik olması göstərilir.

Məsələ ilə bağlı qəzetimizə açıqlama verən politoloq Ramiz Alıyev bildirib ki, indiyə qədər yeni hakimiyyət dəfələrlə müxalifləri qarşıdurmadan  əl çəkib İslam Əmirliyinə qoşulmağa çağırsa da, Milli Müqavimət Cəbhəsinin lideri Əhməd Məsud bunu qəbul etmir. Onun sözlərinə görə, bir sıra beynəlxalq QHT-lərin hesabatlarında göstərilir ki, Əfqanıstanın şimalındakı Pəncşir əyalətində Taliban təhlükəsizlik qüvvələri müxalif silahlı qrupla əlaqədə ittiham olunan sakinləri qanunsuz olaraq həbs edib və onlara işgəncələr verib. Talibanın öz sıralarında ciddi sui-istifadələrə görə məsuliyyət daşıyanları uzun müddətdir cəzalandırmaması daha çox mülki vətəndaşı risk altına qoyur.

Politoloq xatırladıb ki, bir neçə ay öncə Taliban mühacirətdə olan Əfqanıstan siyasətçiləri və hərbçilərinin geri qayıtmaları üçün 15 maddədən ibarət qanun layihəsi hazırlayıb. Əfqanıstanın Keçmiş Məmurları və Siyasətçiləri ilə bağlı Qayıdış və Əlaqələr Komissiyası əfqan siyasətçiləri və hərbçilərinin geri qayıtdıqları təqdirdə müvəqqəti yaşayış yerlərinin nəzərdən keçirilməsi və qanuni tələblərinin yerinə yetirilməsi ilə əlaqədar müddəaları özündə əks etdirən siyahısını açıqlayıb. Bu, “Əfqandaxili barışıq” planı hesab olunur. Sözügedən qanun layihəsində Əfqanıstana qayıtmaq istəyən insanların müəyyən edilməsinə və həvəsləndirilməsinə ciddi diqqət yetirilib. Qeyd olunur ki, əgər onlar geri qayıtsalar, komissiya onların əmlakını, həyatını və reputasiyasını qoruyacağına söz verib. Eyni zamanda, lazım gələrsə, geri qayıdanların təhlükəsizliyi üçün mühafizəçilərlə təmin etməyə hazır olduqları bildirilir. Lakin hələ ki, həmin qanunun taleyindən bir xəbər yoxdur.

R.Alıyev qeyd edib ki, Taliban öz hakimiyyətinin dünya birliyi tərəfindən tanınmasına çalışır: “Artıq Rusiya belə bir addım atıb. Rəsmi Moskva “Taliban”la diplomatik münasibətlər qurub və Əfqanıstanın yeni hökumətinin diplomatları akkreditə olunub. Təbii ki, Rusiya üzləşdiyi sanksiyalarla əlaqədar Asiyada öz tərəfdaşlarını artırmağa çalışır. Taliban rejimi ilə diplomatik münasibətlərin qurulması da bu kontekstdə izah oluna bilər. Amma dünyanın aparıcı ölkələrinin, o cümlədən Qərbin anoloji addım atması hələ ki, sual altındadır. Belə bir şəraitdə Taliban rejimi beynəlxalq birlik tərəfindən legitim hakimiyyət kimi tanınması üçün radikal mövqeyini bir qədər yumşaltmalı, müxalifətlə dialoqa getməli, Əhməd Məsudun təklifləri diqqətə alınmalıdır”.

Paylaş:
Baxılıb: 135 dəfə
Multi-media

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Prezident bu gün

Prezident bu gün

08 Avqust 11:08

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Ədəbiyyat

İqtisadiyyat

İqtisadiyyat

Xəbər lenti

Müsahibə

Xəbər lenti

8 avqust 1991-ci il...

06 Avqust 10:12

Prezident bu gün

Prezident bu gün

06 Avqust 10:08

Siyasət

Səfirliyimizə hücum...

06 Avqust 10:05  

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31