Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xarici siyasət / Krım platformasında Ukraynaya tam dəstək

Krım platformasında Ukraynaya tam dəstək

25.08.2022 [07:37]

Bu ölkənin ərazi bütövlüyü bir daha tanınıb

P.İSMAYILOV

Avqustun 23-də “Krım platforması”nın yaradılmasının birinci ildönümü münasibətilə Zirvə toplantısı keçirilib. Onlayn qaydada baş tutan Zirvə toplantısında bir sıra ölkələrin rəsmi nümayəndələri, dövlət və hökumət başçıları, beynəlxalq təşkilatların rəhbərləri çıxış ediblər. Qeyd edək ki, Krım platforması Ukrayna Prezidenti Vladimir Zelenskinin yaratdığı diplomatik təşəbbüsdür. Platforma 2014-cü ildə Krımın Rusiya Federasiyası tərəfindən ilhaqını ləğv etmək və Rusiya-Ukrayna münasibətlərini bərpa etmək üçün 2021-ci ildə beynəlxalq koordinasiya mexanizmi olaraq hazırlanmışdı. Keçirilən ilk sammitdə Krım tatarlarının hüquqlarının qorunması, ətraf mühitin pozulması, Qara və Azov dənizi bölgəsindəki ticarətin qarşısının alınması əsas müzakirə predmetləri olmuşdu. Bu dəfəki sammitin əsas mövzusu isə Krımın Ukraynaya qaytarılması ilə yanaşı, Rusiya-Ukrayna müharibəsi və onun gedişatı olub.

Türkiyə Krımın ilhaqını tanımır

Tədbirdə videomüraciətlə çıxış edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Krım məsələsinin dinc vasitələrlə və daha effektiv həlli üçün yaradılmış platformanı dəstəklədiklərini bildirib. Prezident Ərdoğan bu dəstəyi ötən il platformanın təsis sammitində xarici işlər naziri səviyyəsində iştirakıyla təsdiqlədiklərini önə çəkib: “Qarşıdakı dövrdə də platformanın fəaliyyətinə bütün səviyyələrdə töhfə verməyə davam edəcəyik. Türkiyə Krımın ilhaqını tanımır və ilk gündən bu addımın qeyri-qanuni, beynəlxalq hüquqa zidd olduğunu açıq şəkildə bəyan edir”.

Türkiyə Prezidenti bu dəstəyi həm də mənəvi əsasları olan prinsipial mövqe adlandırıb. Onun sözlərinə görə, Ukraynanın ayrılmaz parçası olan Krımın qaytarılması mahiyyətcə beynəlxalq hüququn tələbidir. “Ukraynanın ərazi bütövlüyü, suverenliyi və siyasi birliyinin qorunması təkcə regional deyil, həm də qlobal təhlükəsizlik və sabitlik üçün vacibdir. Krımın yerli xalqlarından olan Krım tatarlarının təhlükəsizliyinin və rifahının təmin edilməsi də Türkiyənin prioritetləri sırasındadır”, - deyən Ərdoğan əlavə edib ki, Türkiyə vətəndaşı olan Krım tatarları da Krımda gedən prosesləri yaxından izləyirlər. O qeyd edib ki, tarix boyu böyük iztirablara məruz qalan Krım tatarları öz vətənlərində sülh içində yaşamaq üçün mübarizə aparırlar. Türkiyə bu prosesdə Ukrayna hökumətinin və Krım tatarlarının yanında olmağa davam edəcək”.

Öz çıxışında Ukrayna-Rusiya müharibəsinə də toxunan prezident Ərdoğan, müharibənin sona çatması istiqamətində diplomatik fəaliyyətlərini davam etdirəcəklərini də vurğulayıb. Dövlət başçısı deyib ki, 24 fevraldan başlayan müharibənin ədalətli sülhlə sona çatmasını arzulayır: “Müharibə Ukraynanın ərazi bütövlüyü və suverenliyi əsasında nəticələnməlidir. Türkiyə dövləti olaraq diplomatiya prosesinin bu məqsədə xidmət etməsi üçün çox səy göstərmişik. Mart ayında Antalyada keçirilən xarici işlər nazirlərinin görüşü, İstanbulda ev sahibliyi etdiyimiz sülh danışıqları və nəhayət, taxılla bağlı saziş kimi mühüm və nəzərəçarpacaq nailiyyətlər əldə etmişik”.

Avqustun 18-də Lvova səfəri zamanı bu mövqeyi bir daha nümayiş etdirdiyini dilə gətirən Prezident Ərdoğan başlanan prosesin daimi nəticələrə çevrilməsinin tərəflərin sülh yolunda atacağı addımlardan asılı olacağını vurğulayıb. “Biz yorulmadan sülhün bərqərar olması istiqamətində vasitəçilik səylərimizi davam etdiririk. Müharibənin bitməsi və Qara dəniz hövzəsində sülh və sabitliyin əldə olunması təkcə region üçün deyil, bütün dünya üçün əhəmiyyətlidir. Krım da daxil olmaqla Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyimizi bir daha bildirirəm və ümid edirəm ki, regionumuz tezliklə sülhə qovuşacaq”, -deyə Prezident Ərdoğan öz çıxışını yekunlaşdırıb.

Britaniya Ukraynaya dəstək verməyə davam edəcək

Sammitdə çıxış edən Böyük Britaniyanın Baş naziri Boris Conson dünya liderlərini Kremlin Ukraynanın digər bölgələrində Krımın ilhaqını təkrarlamasına imkan verməməyə çağırıb. Baş nazir müttəfiqləri Rusiya qoşunları Ukraynanın bütün ərazilərindən çəkilənə qədər onu dəstəkləməyə davam etməyə çağırıb. “Putin Krıma etdiklərini Ukraynanın digər bölgələrinə - əslində bütün Ukraynaya etməyi planlaşdırır. Rusiya rəhbərliyi daha çox ilhaqlar və daha çox saxta referendumlar hazırlayır. Rusiyanın Krımı və ya hər hansı digər Ukrayna ərazisini ilhaqı heç vaxt tanınmamalıdır”, - deyə Boris Conson vurğulayıb.

Polşa Prezidenti Andjey Duda isə Qərb ölkələrinin Rusiyaya qarşı siyasətlərini dəyişməli və “Şimal axını - 2” kəmərini sökməli olduğunu deyib. O, həmin qaz kəmərindən tam xilas olmağa çağırış edib.

Yeni yardım paketi aktivləşdirilib

Almaniya kansleri Olaf Şo?ts isə çıxışında Rusiyanı Ukraynaya qarşı “imperialist” müharibə aparmaqda ittiham edərək  Kiyev administrasiyasına  öz suverenliyini müdafiə etmək üçün daha güclü dəstək vəd edib. Şolts  Ukrayna xalqının ölkəsini müdafiə etmək üçün  fövqəladə cəsarət göstərdiyini bildirib. O vurğulayıb ki, rəsmi Moskva 2014-cü ildə Krımı ilhaq edərək və son vaxtlar daha çox Ukrayna ərazisini ilhaq etməyə cəhd göstərərək beynəlxalq hüquq normalarını pozub. “Biz bir daha vurğulamaq  istəyirik ki, beynəlxalq ictimaiyyət Rusiyanın Ukrayna ərazisini qanunsuz ilhaqını heç vaxt qəbul etməyəcək”,-deyə Olaf Şolts qeyd edib. Almaniya kansleri deyib: “Bizim mesajımız aydındır. Ukrayna ərazilərinin bir hissəsinin statusunu dəyişdirməyə yönəlmiş hər hansı saxta referendum və ya digər cəhdlər heç vaxt tanınmayacaq”.

Olaf Şolts onu da vurğulayıb ki, Almaniya hökuməti Ukraynaya maliyyə və hərbi dəstək verməyə davam edəcək. Kansler müasir hava hücumundan müdafiə sistemləri, reaktiv yaylım atəşi sistemləri, pilotsuz uçuş aparatlarına qarşı yeni silahlar və tonlarla sursatdan ibarət yeni yardım paketini aktivləşdirdiklərini də bildirib.

Yaponiya Ukrayna hökuməti və xalqı ilə həmrəydir

Krım Platformasında çıxış edən Yaponiyanın Baş naziri Fumio Kişida da ölkəsinin Ukrayna hökuməti və xalqı ilə həmrəy olduğunu deyib. Rusiyanın Ukraynaya təcavüzünü qəbuledilməz hərəkət adlandıran baş nazir bu aktın beynəlxalq hüququn əsaslarını yalnız Avropada deyil, həm də Asiyada silkələdiyini vurğulayıb: “Yaponiya Krım da daxil olmaqla Ukraynanın ərazi bütövlüyünü və suverenliyini ardıcıl şəkildə dəstəkləyib. Biz status-kvonun dəyişdirilməsi üçün birtərəfli cəhdlərə qarşıyıq. Hirosimadan gələn bir Baş nazir kimi mən heç vaxt nüvə silahlarından istifadə ilə bağlı təhdidə və ya onun istifadəsinə tolerantlıq göstərməyəcəyəm”.

Baş nazir Kişida deyib ki, Yaponiya Ukraynaya humanitar və maliyyə dəstəyi verib, Rusiyaya qarşı sərt sanksiyalar tətbiq edib. O xatırladıb ki, gələn il G7-ə sədrlik Yaponiyaya keçir və onun ölkəsi Ukraynaya sülhün gəlməsi və ölkənin müharibədən sonra bərpası üçün addımlar atacaq.

Aİ Krımın və Sevastopolun qeyri-qanuni ilhaqını tanımır və tanımayacaq

Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel isə çıxışında bildirib ki, Krım Ukraynadır, Aİ Krımın və Sevastopolun qeyri-qanuni ilhaqını tanımır və tanımayacaq. O vurğulayıb ki, Rusiyanın Ukraynaya qarşı aqressiyası bu ilin fevralında başlamayıb, bu təcavüz 2014-cü ildə Krımın ilhaqı ilə başlayıb. Şarl Mişel deyib ki, müharibə milyonlarla ukraynalının, Ukrayna ailələrinin böyük ağrılarına, itkilərinə səbəb olub: “Rusiya Krımdan baza kimi istifadə edərək Ukraynanın cənub torpaqlarına hücum edərək işğal edib, Krımdan mülki infrastrukturlara raket zərbələri endirib. Rusiya həm də Krımdan tranzit kimi istifadə edir və minlərlə ukraynalını Krım vasitəsilə “filtrasiya kamplarına” göndərir, Ukrayna limanlarını blokadaya alır və biz bunun həm Ukrayna iqtisadiyyatına, həm də qlobal ərzaq təhlükəsizliyinə ciddi təhlükƏlərinin şahidi olmaqdayıq. Biz, həmçinin Zaporojiye AES-in davamlı zərbələrə məruz qalmasından dərin narahatlıq keçiririk.”

Aİ Şurasının Prezidenti onu əlavə edib ki, Aİ hər zaman Ukraynanı dəstəkləyib: “Biz Rusiyanın təcavüzünü ən sərt şəkildə pisləyirik və bu ölkənin beynəlxalq hüquqa hörmət etməsini tələb edirik. Aİ Ukraynaya maliyyə dəstəyi, hərbi dəstək verir”.

“Biz Ukraynanın parlaq gələcəyinin qurulmasına sadiqik. Aİ Ukraynanın Avropa ailəsinə aid olduğunu bəyan edib. Sizin gələcəyiniz Aİ-dədir. Sizin yanınızdayıq və həmişə yanınızda olacağıq”, Mişel çıxışında vurğulayıb.

Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen də Krımın Ukrayna torpağı olduğunu bildirib. “Aİ ilk gündən bu mövcudluq mübarizəsində Ukraynanın yanı?dadır və ehtiyac olduğu müddətdə də sizin yanınızda olmağa davam edəcəyik. Putin sizin, ukraynalıların gələcəyə olan inamınızı məhv etmək istədi, ancaq bacara bilmədi. Biz azad, demokratik Ukraynaya sadiqik”, -von der Leyen vurğulayıb.

62 şəxsə və bir müəssisəyə qarşı yeni sanksiyalar

Kanadanın Baş naziri Castin Trüdo isə Rusiyaya qarşı yeni sanksiyaların tətbiq edildiyini açıqlayıb. Siyahıya 62 fiziki şəxs və bir müdafiə sektoruna aid şirkət daxildir. “Bu gün biz 62 şəxsə və müdafiə sektorundan bir müəssisəyə qarşı yeni sanksiyalar elan edirik”, -deyə Trüdo Ukrayna Prezidenti Vladimir Zelenskinin təşkil etdiyi Krım Platforması sammitində çıxışı zamanı bildirib.

O əlavə edib ki, Kanada da Ukraynanın müdafiə təşkilatlarına lazımi ləvazimatları verməklə və texniki dəstək göstərməklə əlavə yardım göstərəcək.

Paylaş:
Baxılıb: 151 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Qızıl bahalaşıb

30 Sentyabr 12:44

Xəbər lenti

Xəbər lenti

Ədəbiyyat

Xarici siyasət

Maraqlı

Prezident bu gün

Prezident bu gün

30 Sentyabr 10:27

Ədəbiyyat

MEDİA

İqtisadiyyat

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30