Qırğızıstan-Tacikistan sərhədində nə baş verir?
17.09.2022 [10:05]
İlqar Vəlizadə: Tərəflər arasında sərhəd münaqişəsinin həlli mexanizmi mövcud deyil
N.BAYRAMLI
Qırğızıstan-Tacikistan sərhədində vəziyyət yenidən gərginləşib. İki ölkənin sərhədçiləri arasında atışmalarda ağır hərbi texnikalardan da istifadə olunub. Qırğızıstan Milli Təhlükəsizlik Komitəsinin Sərhəd Xidmətinin məlumatına görə, hadisə yerində Qırğızıstan Milli Təhlükəsizlik Komitəsinin Sərhəd Xidmətinin Batken vilayəti üzrə regional şöbəsinin rəisi Tacikistanın Milli Təhlükəsizlik Komitəsinin Sərhəd Qoşunlarının Soqd vilayəti üzrə regional idarəsinin rəisi ilə görüşüb. Atəşkəs razılaşmasına baxmayaraq, toqquşmalar davam edib. Bişkek tərəfinin məlumatına görə, sentyabrın 14-də Tacikistan sərhədçiləri Qırğızıstanın Batken vilayətinin Bulaqbaşı rayonu yaxınlığında döyüş mövqeləri tutub və qarşı tərəfin ərazini tərk etmək tələbinə atəşlə cavab veriblər.
Qırğızıstan qarşı tərəfin tanklardan, BMP-lərdən və minaatanlardan istifadə etdiyini və 11 hərbçisinin yaralandığını bəyan edib. Tacikistan isə Qırğızıstan hərbçilərinin ağır silahlardan istifadə edərək yeddi kəndi və bir postu atəşə məruz qoyduğunu bildirib. Tacikistanın İsfara şəhərinin rəsmiləri 1 mülki şəxsin həlak olduğunu, daha üç nəfərin isə yaralandığını bildiriblər. Baş verən gərginliyə görə rəsmi Bişkek və Düşənbə bir-birlərini günahlandırır. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Stanislav Zas eskalasiya ilə əlaqədar Qırğızıstanın Təhlükəsizlik Şurasının katibi Marat İmanqulov və Tacikistan Təhlükəsizlik Şurasının katibi Nəsrulla Mahmudzadə ilə telefonla əlaqə saxlayıb, tərəfləri dərhal atəşkəs elan edərək danışıqların başlanılmasına çağırıb.
Məsələ ilə bağlı qəzetimizə açıqlama verən politoloq İlqar Vəlizadə bildirib ki, bu tipli münaqişələrin həlli mexanizmləri yoxdur. KTMT də bu tipli münaqişələrin həllində acizlik etdiyini deyən İ.Vəlizadənin sözlərinə görə, Mərkəzi Asiya ölkələrinin də problemin bu region çərçivəsində həlli ilə bağlı alətləri mövcud deyil: “Mərkəzi Asiya ölkələrinin liderləri vaxtaşırı görüşərək aktual məsələləri müzakirə edirlər. Yəqin ki, həmin görüşlərin gündəmində bu problemlər də dayanır. Amma müzakirələrin aparılmasına, prezidentlərin görüşməsinə baxmayaraq, sərhəd münaqişlərinin həlli mexanizmi yoxdur. Tərəflər öz mövqelərində dayanırlar. Kənar dairələrin isə bu prosesi tənzimləmək niyyətini görmürük. Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesində Moskva və Brüssel kimi oyunçular var ki, bizi ortaq məxrəcə gətirməyə çalışırlar. Amma Qırğızıstanla Tacikistanı ortaq məxrəcə gətirəcək vasitəçilər yoxdur”.
İ.Vəlizadə xatırladıb ki, ötən il tərəflər arasında münaqişə şiddətlənən zaman Özbəkistan uğurlu vasitəşilik edə bildi. Lakin problemin birdəfəlik həllində real imkanlar mövcud deyil. “Təəssüf olsun ki, hadisələr yenə də təkrarlana bilər. Bütün bu münaqişələr sovet dövründən miras qalıb. Bəlkə də məqsədli şəkildə tərtib olunub ki, hansısa mərkəzin iştirakı olmadan həll edilməsin. Sovetlər dönəmində bu mərkəz Moskva idi. İndi isə belə mərkəz yoxdur. Nəzərə almaq lazımdır ki, Qırğızıstanla Tacikistanın sərhəddində baş verən bu dəfəki toqquşma Şanxay Əməkdaşlıq Təşkilatının sammitinin keçirildiyi dövrə təsadüf edir. Bəlkə də, tərəflər təşkilat çərçivəsində problemin həlli mexanizmini fikirləşə bilərlər. Çünki regionun aparıcı oyunçuları bu münaqişənin alovlanmasını istəmirlər. Onların səyləri nəticə etibari ilə tərəfləri sülh istiqamətinə yönəldə bilər”,-deyə politoloq vurğulayıb.
Xəbər lenti
Hamısına baxDünya
07 İyun 13:31
Dünya
07 İyun 12:25
Dünya
07 İyun 11:19
Dünya
07 İyun 10:21
Dünya
07 İyun 09:50
Hadisə
07 İyun 08:39
Dünya
06 İyun 21:43
Dünya
06 İyun 20:35
YAP xəbərləri
06 İyun 19:31
Dünya
06 İyun 19:17
Siyasət
06 İyun 18:58
Dünya
06 İyun 18:22
Dünya
06 İyun 17:31
Maraqlı
06 İyun 16:40
Maraqlı
06 İyun 15:54
Dünya
06 İyun 15:28
Mədəniyyət
06 İyun 14:32
Dünya
06 İyun 14:10
Dünya
06 İyun 13:58
Dünya
06 İyun 13:22
Dünya
06 İyun 12:45
Gündəm
06 İyun 12:37
Gündəm
06 İyun 11:50
Siyasət
06 İyun 11:21
Siyasət
06 İyun 11:20
İqtisadiyyat
06 İyun 10:58
Analitik
06 İyun 10:35
Analitik
06 İyun 10:12
İqtisadiyyat
06 İyun 09:54
Analitik
06 İyun 09:30
Sosial
06 İyun 09:16
Ədəbiyyat
06 İyun 08:59
Ədəbiyyat
06 İyun 08:32
Dünya
06 İyun 07:45
İdman
06 İyun 07:26
Dünya
05 İyun 23:49
Dünya
05 İyun 23:25
Dünya
05 İyun 23:10
Dünya
05 İyun 22:41
Dünya
05 İyun 22:37
İqtisadiyyat
05 İyun 22:16
Dünya
05 İyun 21:55
MEDİA
05 İyun 21:49
Dünya
05 İyun 21:27
Dünya
05 İyun 21:05
Xəbər lenti
05 İyun 21:00
Dünya
05 İyun 20:42
Sosial
05 İyun 20:36
Dünya
05 İyun 20:19
Dünya
05 İyun 19:51
Siyasət
05 İyun 19:26
İqtisadiyyat
05 İyun 19:23
Dünya
05 İyun 19:10
Dünya
05 İyun 18:15
Xəbər lenti
05 İyun 18:14
Sosial
05 İyun 17:59
Müsahibə
05 İyun 17:21
Siyasət
05 İyun 16:36
Sosial
05 İyun 16:30
İdman
05 İyun 16:28
Sosial
05 İyun 15:56
Siyasət
05 İyun 15:38
Siyasət
05 İyun 15:29
Gündəm
05 İyun 15:26
Gündəm
05 İyun 15:25
Dünya
05 İyun 15:19
Sosial
05 İyun 14:52
Dünya
05 İyun 14:45
Siyasət
05 İyun 14:44
Xəbər lenti
05 İyun 14:27

