Xarici işlər nazirlərinin növbəti görüşü...
21.09.2022 [10:15]
ABŞ Ermənistanın törətdiyi hərbi təxribatları pisləməlidir
BMT Baş Assambleyasının 77-ci sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində ABŞ dövlət katibi Entoni Blinkenin təşəbbüsü və iştirakı ilə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında görüş keçirilib.
Görüşdə nazir Ceyhun Bayramov postmünaqişə dövründə bölgədə sülhün təmin olunması və bu istiqamətdə zəruri addımlar barədə Azərbaycanın mövqeyini diqqətə çatdırıb. Ceyhun Bayramov sentyabrın 12-14-də Ermənistanın Azərbaycana qarşı təxribatlar və hücumlar həyata keçirməklə toqquşmalara səbəb olduğunu, bir neçə saat ərzində əldə edilmiş ilkin atəşkəsin də Ermənistan tərəfindən pozulması faktını və bununla əlavə itkilərə səbəb olduğunu vurğulayıb. Azərbaycanın bölgədə genişmiqyaslı yenidənqurma işləri həyata keçirən və keçmiş məcburi köçkünləri bölgədə yerləşdirən tərəf kimi sabitliyin pozulmasında maraqlı olmadığını bildirib.
Nazir Ermənistanın 30 il ərzində ölkəmizin beynəlxalq tanınmış ərazilərinin işğalının törətdiyi dərin fəsadlara baxmayaraq, 44 günlük Vətən müharibəsindən dərhal sonra sülh müqaviləsi imzalanması təklifini irəli sürdüyünü və bu istiqamətdə ardıcıl təşəbbüslərlə çıxış etdiyini xatırladıb. Azərbaycanın Ermənistanla normallaşma prosesi, kommunikasiyaların açılması, sərhədlərin delimitasiyası və demarkasiyası, habelə humanitar istiqamətlərdə səy göstərməsinə baxmayaraq, Ermənistanın proseslərə maneçilik törətdiyini, üçtərəfli bəyanatlar çərçivəsində öhdəliklərini kobud şəkildə pozduğunu bildirib. O, liderlər arasında üçtərəfli bəyanatlara və Brüssel görüşünün nəticələrinə uyğun olaraq davamlı sülhün təmin edilməsi istiqamətində təxirəsalınmaz danışıqlarına hazırlığını bir daha diqqətə çatdırıb.
ABŞ dövlət katibi Entoni Blinken isə deyib ki, iki ölkənin sərhədində döyüşlərin dayandırılması və son bir neçə gündə heç bir əlavə hərbi əməliyyatın olmaması müsbət haldır. “Həm Azərbaycan Prezidenti İlham Əliyevlə, həm də Ermənistanın baş naziri Nikol Paşinyanla son telefon söhbətlərimdə hər iki lider mənə sülhə hazır olduqlarını bildirdilər. Güclü, davamlı diplomatik əlaqə hamı üçün ən yaxşı yoldur. Ermənistanla Azərbaycan arasında fikir ayrılıqlarını diplomatiya yolu ilə həll edən davamlı sülhə aparan yol var. Birləşmiş Ştatlar bu səyləri dəstəkləmək üçün əlindən gələni etməyə hazırdır”, - deyə Blinken vurğulayıb.
ABŞ Dövlət Departamentinin bəyanatında isə bildirilir ki, dövlət katibi Entoni Blinken Nyu-Yorkda danışıqlar aparan Ermənistan və Azərbaycanın xarici işlər nazirlərini sentyabrın sonunadək yenidən görüşməyə dəvət edib. “Blinken insan itkisinə görə başsağlığı verib və gələcək döyüşlərin qarşısının alınmasının vacibliyini vurğulayıb. Onlar növbəti addımları müzakirə ediblər və dövlət katibi tərəfləri ayın sonuna qədər yenidən görüşməyə çağırıb”, - deyə, bəyanatda qeyd olunur.
Nazirlərin görüşü ilə bağlı gözləntiləri şərh edən Milli Məclisin deputatı Ramil Həsən qəzetimizə açıqlamasında bildirib ki, BMT Baş Assambleyasının 77-ci sessiyası çərçivəsində baş tutan görüş müsbət qiymətləndirilməlidir. Çünki Azərbaycan sülhə sadiqdir və bu yolda danışıqlara həmişə hazırdır. Onun sözlərinə görə, beynəlxalq birlik Azərbaycanın Cənubi Qafqazda sülh və əməkdaşlıq təşəbbüslərini dəstəkləyir. Ona görə də, Ermənistan mövcud reallıqların, irəli sürülən təşəbbüslərin önəmini anlamalı, qeyri-konstruktiv mövqeyindən əl çəkməlidir.
Millət vəkilinin fikrincə, Ermənistan hazırda bölgədə təxribatlar törətməklə məşğuldur: “Azərbaycan isə bölgədə reallıqların tamamilə fərqindədir. Bu gün rəsmi Bakının təklif etdiyi model bölgəyə rifah və gələcək vəd edir. Azərbaycanın addımları beynəlxalq birlik tərəfindən də təqdir olunur. Bütün siyasi güclər fərqindədir ki, Azərbaycanın təşəbbüsləri sülh və əməkdaşlığa xidmət edir. Amma təəssüflər olsun ki, Ermənistanın bugünkü qeyri-konstruktivliyinin səbəbkarı olan beynəlxalq güclər də var”. Həmsöhbətimiz deyib ki, bəzi dairələr hələ də Ermənistandan təzyiq vasitəsi kimi istifadə etməyə çalışırlar: “Rəsmi İrəvanın hələ də Qarabağın “statusu” və Minsk qrupu ilə bağlı sayıqlamaları təsadüf sayıla bilməz. Bu səbəbdən də ABŞ Ermənistanı sülhə gətirmək üçün öz təsir imkanlarından istifadə etməlidir. ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin İrəvana gəlib Azərbaycanın əleyhinə əsassız bəyanatlar verməsi qəbulolunmazdır. Nazirlərin görüşünə vasitəçilik edən dövlət katibi Blinken də Ermənistanın təxribatlara son qoymağa, sülh razılaşmalarına əməl etməyə çağırmalıdır. Rəsmi Vaşinqtonun İrəvana təsir imkanları böyükdür”.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
07 İyun 14:27
Dünya
07 İyun 13:31
Dünya
07 İyun 12:25
Dünya
07 İyun 11:19
Dünya
07 İyun 10:21
Dünya
07 İyun 09:50
Hadisə
07 İyun 08:39
Dünya
06 İyun 21:43
Dünya
06 İyun 20:35
YAP xəbərləri
06 İyun 19:31
Dünya
06 İyun 19:17
Siyasət
06 İyun 18:58
Dünya
06 İyun 18:22
Dünya
06 İyun 17:31
Maraqlı
06 İyun 16:40
Maraqlı
06 İyun 15:54
Dünya
06 İyun 15:28
Mədəniyyət
06 İyun 14:32
Dünya
06 İyun 14:10
Dünya
06 İyun 13:58
Dünya
06 İyun 13:22
Dünya
06 İyun 12:45
Gündəm
06 İyun 12:37
Gündəm
06 İyun 11:50
Siyasət
06 İyun 11:21
Siyasət
06 İyun 11:20
İqtisadiyyat
06 İyun 10:58
Analitik
06 İyun 10:35
Analitik
06 İyun 10:12
İqtisadiyyat
06 İyun 09:54
Analitik
06 İyun 09:30
Sosial
06 İyun 09:16
Ədəbiyyat
06 İyun 08:59
Ədəbiyyat
06 İyun 08:32
Dünya
06 İyun 07:45
İdman
06 İyun 07:26
Dünya
05 İyun 23:49
Dünya
05 İyun 23:25
Dünya
05 İyun 23:10
Dünya
05 İyun 22:41
Dünya
05 İyun 22:37
İqtisadiyyat
05 İyun 22:16
Dünya
05 İyun 21:55
MEDİA
05 İyun 21:49
Dünya
05 İyun 21:27
Dünya
05 İyun 21:05
Xəbər lenti
05 İyun 21:00
Dünya
05 İyun 20:42
Sosial
05 İyun 20:36
Dünya
05 İyun 20:19
Dünya
05 İyun 19:51
Siyasət
05 İyun 19:26
İqtisadiyyat
05 İyun 19:23
Dünya
05 İyun 19:10
Dünya
05 İyun 18:15
Xəbər lenti
05 İyun 18:14
Sosial
05 İyun 17:59
Müsahibə
05 İyun 17:21
Siyasət
05 İyun 16:36
Sosial
05 İyun 16:30
İdman
05 İyun 16:28
Sosial
05 İyun 15:56
Siyasət
05 İyun 15:38
Siyasət
05 İyun 15:29
Gündəm
05 İyun 15:26
Gündəm
05 İyun 15:25
Dünya
05 İyun 15:19
Sosial
05 İyun 14:52
Dünya
05 İyun 14:45
Siyasət
05 İyun 14:44

