Böyük ehtiramın və dəstəyin göstəricisi
29.04.2024 [11:23]
ADA Universitetində keçirilən “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda 30 ölkədən 64 nümayəndə iştirak edirdi.
Forumda dövlətimizin başçısı sualları cavablandırarkən bir daha Azərbaycan həqiqətlərini, mövcud reallıqları diqqətə çatdırıb, COP29-un əhəmiyyətindən və məsuliyyətindən, ölkəmizin Ermənistanla hazırkı durumundan bəhs edib.
Prezident İlham Əliyev çıxışında COP29-un beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycana olan böyük ehtiramın və dəstəyin göstəricisi olduğunu bildirib və əlavə edib ki, Azərbaycan üçün COP29 çox böyük məsuliyyətdir.
Ölkə başçısı qonaqlara forum çərçivəsində Laçına səfər edəcəklərini, orada irimiqyaslı inkişafın getdiyini, şəhərinin və onun yaxınlığındakı bir kəndin yenidən qurulması onlara Qarabağın və Şərqi Zəngəzurun gələcəkdə tam bərpa edilmiş simasının şahidi olmaq imkanı verəcəyini vurğulayıb. 30 ildən sonra ötən ilin may ayında Laçın şəhərinə qayıdan ilk sakinlərə evlərinin açarlarını təqdim etdiyini diqqətə çatdıran cənab Prezident bildirib ki, hazırda növbəti sakinlər oraya qayıdırlar və doğma yurdlarına geri qayıtmaq arzusunda olan məcburi köçkünlərin faiz nisbəti gözlədiyimizdən də artıqdır. Dövlətimizin başçısı onu da xüsusi olaraq vurğulayıb ki, hətta oranı heç vaxt görməyən gənc nəsil belə orada olmaqdan həzz alır. Bu, Azərbaycan xalqının öz köklərinə həqiqətən də nə qədər bağlı olduğunu nümayiş etdirir.
Prezident İlham Əliyev çıxışında 2023-cü ilin sentyabr ayında suverenliyimizin tam bərpa olunmasından sonra əldə edilən uğurlardan bəhs edib. Ölkə başçısı ərazi bütövlüyümüz bərpa edildikdən sonra işğaldan azad edilmiş ərazilərdə görülən bərpa – quruculuq işlərini, orada innovativ texnologiyaların tətbiq edildiyini və yaşıl enerji zonaları yaradıldığını, “ağıllı şəhər”lər və “ağıllı kənd”lərin qurulduğunu, bir müddət öncə Qazaxın 4 kəndinin geri qaytarıldığını, Rusiya sülhməramlıları Azərbaycanı tərk etdiyini bildirib.
“Ermənistan istisna olmaqla, Avrasiya İqtisadi İttifaqının bütün üzvləri ilə Azərbaycanın sıx tərəfdaşlıq münasibətləri var” – deyən dövlətimizin başçısı qeyd edib ki, Avrasiya İqtisadi İttifaqı ilə daha sıx əməkdaşlıq planlarına, Azərbaycan özünü təmin edən iqtisadiyyata malikdir və hətta böhran dövründə dayanıqlı artım nümayiş etdirir. Cənab Prezident qeyd edib ki, Azərbaycanın xarici borcu olduqca aşağı səviyyədədir və hazırda ÜDM-in 8 faizindən aşağıdır. Ölkə başçısı bu göstərici üzrə Azərbaycanın aparıcı dövlətlər sırasında olduğunu bildirib.
Prezident cənab İlham Əliyev sualları cavablandırarkən Azərbaycan və Ermənistan arasında sülh danışıqları prosesinə toxunaraq, məsələnin hazırki vəziyyəti haqqında ətraflı məlumat verib. Ölkə başçısı ciddi irəliləyişə nail olmaq ehtimalının yüksək olması qənaətində olduğunu bildirib. Sülh prosesinin təşəbbüskarının məhz Azərbaycan olduğunu diqqətə çatdırıb.
Dövlətimizin başçısı çıxışında “Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, biz oturub gözləyə bilmərik. Özü də onlar bunu açıq və nümayişkaranə şəkildə edirlər və hətta çalışırlar ki, bununla bizə nə isə sübuta yetirsinlər. Biz bu mövqeyi açıq şəkildə Ermənistan hökumətinə və Ermənistanın bu gün qayğısına qalmağa çalışan tərəflərə bildirmişik. Əgər özümüzə ciddi təhdid görsək, biz ciddi tədbirlər görməli olacağıq”- deyərək Ermənistanı silahlandıran bu ölkələrə ciddi mesaj göndərdi.
Beləliklə, ADA-da keçirilən “COP-29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda keçirilən beynəlxalq forum və bu tədbirdə Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər, verdiyi ciddi mesajlar əhəmiyyət kəsb etdiyi kimi, eyni zamanda Azərbaycan həqiqətlərini beynəlxalq aləmə çatdırılması baxımından da olduqca mühüm tədbir kimi yadda qaldı.
Sahib Şükürov
YAP Göyçay rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxSiyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45
Hadisə
19 May 20:22
Siyasət
19 May 20:09
Dünya
19 May 19:56
Dünya
19 May 19:30
Dünya
19 May 19:16
Elm
19 May 18:59
Dünya
19 May 18:29
Dünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
Gündəm
19 May 16:09
Ədəbiyyat
19 May 15:59
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41
Xəbər lenti
19 May 13:33
Xəbər lenti
19 May 13:32
Xəbər lenti
19 May 13:28
Sosial
19 May 13:27
Sosial
19 May 13:26
Xəbər lenti
19 May 13:24
Dünya
19 May 13:18
Dünya
19 May 12:54
Gündəm
19 May 12:22
YAP xəbərləri
19 May 12:09
YAP xəbərləri
19 May 12:07
Sosial
19 May 12:06
Sosial
19 May 12:05
Sosial
19 May 12:03
Elm
19 May 12:03
Gündəm
19 May 11:49
Gündəm
19 May 11:30
İqtisadiyyat
19 May 11:16
Siyasət
19 May 10:52
Analitik
19 May 10:35
Sosial
19 May 10:13
Ədəbiyyat
19 May 09:54
Analitik
19 May 09:31
Ədəbiyyat
19 May 09:17
Ədəbiyyat
19 May 08:50
Gündəm
19 May 08:49
Sosial
19 May 08:38
Sosial
19 May 07:03
Gündəm
19 May 00:09
Dünya
18 May 23:46
Dünya
18 May 23:30

