“Gənclərin seçimi Yeni Azərbaycan Partiyasıdır!”
13.08.2024 [19:22]
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 109 saylı Qazax seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Səməd Seyidovun ilk dəfə səs verəcək gənclərlə görüşü keçirilib.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.
YAP Qazax rayon təşkilatının sədri Anar Nəbiyev ölkədə tarixi ənənələrə, milli-mənəvi dəyərlərə, dövlətçilik maraqlarına və zamanın çağırışlarına uyğun gənclər siyasətinin həyata keçirildiyini, bunun nəticəsində mütərəqqi düşüncəli, intellektual, möhkəm əqidəli, sağlam və zəngin mənəviyyatlı vətənpərvər Azərbaycan gəncliyinin formalaşdığını diqqətə çatdırıb.
Çıxış edən deputatlığa namizəd Səməd Seyidov YAP-ın seçki platformasında əksini tapan hədəflərdən danışıb. O bildirib ki, milli-mənəvi dəyərlərə sadiq vətənpərvər gəncliyin formalaşdırılması istiqamətində məqsədyönlü fəaliyyətin davam etdirilməsi, Azərbaycan gəncliyinin fiziki və mənəvi inkişafı əsas prioritetlərdəndir: “Gənclərin təhsil və peşə hazırlığı səviyyəsinin yüksəldilməsi, məşğulluğu və karyera quruculuğu, elmi, mədəni, innovativ və yaradıcılıq potensialının artırılması, könüllülər hərəkatının inkişafı üzrə tədbirlərin davam etdirilməsi də yeni dövrün yeni hədəfləri sırasındadır”.
Səməd Seyidov çıxışında gəncləri parlament seçkilərində fəal iştirak etməyə və ən layiqli namizədə səs verməyə çağırıb. “Əminik ki, bu dəfə də gənclərin seçimi Yeni Azərbaycan Partiyası olacaqdır”, - deyə vurğulanıb.
Görüşdə Xatın Hüseynxanova, Barat Alıyev, Pəri İbrahimova, Məmməd Yusifov, Bəsti Ələkbərova, Elxan Abdullayev və digərləri çıxış edərək uğurlarımızın davamı naminə seçiciləri parlament seçkilərində YAP-ın namizədinə səs verməyə çağırıblar.
Qeyd edək ki, həmin gün deputatlığa namizəd Səməd Seyidovun Kosalar kəndində də seçicilərlə görüşü olub.
Xəbər lenti
Hamısına baxGündəm
13 İyun 23:20
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30
İqtisadiyyat
12 İyun 15:23
Dünya
12 İyun 15:06
Dünya
12 İyun 14:45
İqtisadiyyat
12 İyun 14:43
İdman
12 İyun 14:42
Dünya
12 İyun 14:41
Dünya
12 İyun 14:41
YAP xəbərləri
12 İyun 14:40
YAP xəbərləri
12 İyun 14:30
YAP xəbərləri
12 İyun 14:28
Dünya
12 İyun 14:19
YAP xəbərləri
12 İyun 14:04
Dünya
12 İyun 13:57
YAP xəbərləri
12 İyun 13:54
Dünya
12 İyun 13:35
Elm
12 İyun 12:48
Sosial
12 İyun 12:48
YAP xəbərləri
12 İyun 12:37
Xəbər lenti
12 İyun 12:37
Siyasət
12 İyun 12:22
Gündəm
12 İyun 12:21
YAP xəbərləri
12 İyun 12:13
Sosial
12 İyun 12:11

