“Yeni Azərbaycan reallığı milli qürur mənbəyimizdir”
14.08.2024 [17:20]
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 51 saylı Şirvan seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Heydər Əsədovun Şirvan şəhər Mədəniyyət Mərkəzində seçicilərlə görüşü keçirilib.
YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov Yeni Azərbaycan Partiyasının əldə etdiyi nailiyyətlərdən bəhs edib. O, parlament seçkilərində YAP-ın növbəti qələbə qazanmasının xalqımızın parlaq gələcəyi naminə çox əhəmiyyətli olduğunu bildirib.
Çıxış edən deputatlığa namizəd Heydər Əsədov YAP-ın seçki platforması haqqında ətraflı məlumat verib. O qeyd edib ki, Ulu Öndər Heydər Əliyev öz zəngin dövlətçilik təcrübəsi ilə Azərbaycanı müstəqillik yolunda inkişaf etdirməyə, müstəqilliyi daimi, dönməz və əbədi etməyə nail olub, xalqımıza çoxsaylı tarixi nailiyyətlər qazandırmaqla yeni, müasir və müstəqil Azərbaycan reallığını yaradıb: “Müasir müstəqil Azərbaycan Heydər Əliyevin zəngin milli-mənəvi dəyərlərə və çoxəsrlik dövlətçilik ənənələrinə malik xalqımıza ən böyük tarixi və mənəvi-siyasi mirasıdır. Zamanın Ulu Öndərə başa çatdırmağa imkan vermədiyi işləri onun siyasi varisi cənab İlham Əliyev müvəffəqiyyətlə yerinə yetirib, Heydər Əliyevin arzuları reallığa çevrilib. Bu gün Azərbaycan tərəqqi və Zəfər yolunda əmin addımlarla irəliləyir”.
Tədbirdə təşviqat qrupunun üzvləri Əbülfət İsmayılov, Vasif Əlizadə, Elçin Məlikov, Namidə Quluzadə və Adəm Hüseynov çıxış edərək hər bir seçicini parlament seçkilərində fəal iştirak etməyə, yeni dövrün hədəflərinə nail olmaq üçün Yeni Azərbaycan Partiyasının namizədinə səs verməyə çağırıblar.
Görüşdə çıxış edən seçicilər Alma Cəfərova, Şahmar Abdullayev və İlham Salmanov YAP-ın namizədinə səs verəcəklərini bildiriblər. “Yeni Azərbaycan reallığı milli qürur mənbəyimizdir”, - deyə vurğulanıb.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30
İqtisadiyyat
12 İyun 15:23
Dünya
12 İyun 15:06
Dünya
12 İyun 14:45
İqtisadiyyat
12 İyun 14:43
İdman
12 İyun 14:42
Dünya
12 İyun 14:41
Dünya
12 İyun 14:41
YAP xəbərləri
12 İyun 14:40
YAP xəbərləri
12 İyun 14:30
YAP xəbərləri
12 İyun 14:28
Dünya
12 İyun 14:19
YAP xəbərləri
12 İyun 14:04
Dünya
12 İyun 13:57
YAP xəbərləri
12 İyun 13:54
Dünya
12 İyun 13:35
Elm
12 İyun 12:48
Sosial
12 İyun 12:48
YAP xəbərləri
12 İyun 12:37
Xəbər lenti
12 İyun 12:37
Siyasət
12 İyun 12:22
Gündəm
12 İyun 12:21
YAP xəbərləri
12 İyun 12:13
Sosial
12 İyun 12:11
Dünya
12 İyun 12:10

