Müttəfiqlik zirvəsi
29.08.2024 [14:43]
Anar Abbasov
Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının sədr müavini
Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana dövlət səfəri iki ölkə arasında münasibətlərin gücləndirilməsi baxımından böyük əhəmiyyət kəsb edir. Türk dövlətlərinin birliyi kontekstində dövlətimizin başçısının bu səfəri tarixi səfər kimi qiymətləndirilməlidir. İkitərəfli münasibətlərin inkişafında dövlət başçılarının qarşılıqlı səfərləri xüsusilə böyük əhəmiyyətə malikdir. Azərbaycan və Özbəkistan dövlət başçılarının şəxsi münasibətləri, imzalanmış sənədlər bu səfərin ikitərəfli əlaqələrin inkişafında tarixi önəm kəsb etdiyini təsdiqləyir. Gələcəyin əsas hədəfi isə Azərbaycan və Özbəkistan arasında əlaqələri daha da gücləndirməkdir. Bu baxımdan səfər zamanı prezidentlər tərəfindən imzalanmış “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə” xüsusi əhəmiyyət daşıyır.
Qarşılıqlı inamın nəticəsidir ki, iki ölkənin münasibətlərində böyük uğurlar əldə olunub. Bildirildiyi kimi, əksər məsələlərə yanaşmalarda liderlərin, dövlətlərin mövqeləri üst-üstə düşür. Təsadüfi deyil ki, bu günədək razılaşmaların heç biri kağız üzərində qalmayıb. İndiyədək iki ölkə arasında çoxvektorlu əməkdaşlığın təməlində dayanan əsas siyasi sənəd “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında strateji tərəfdaşlığın dərinləşdirilməsi və hərtərəfli əməkdaşlığın genişləndirilməsi haqqında Bəyannamə” idi. Prezident İlham Əliyevin Özbəkistana son səfəri çərçivəsində isə dövlət başçıları “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə”ni imzaladılar. Onlar, həmçinin “Azərbaycan Respublikasının və Özbəkistan Respublikasının Ali Dövlətlərarası Şurasının birinci iclasının Qərarı”nı qəbul ediblər.
Beləliklə, Azərbaycan və Özbəkistan rəsmən müttəfiq dövlətlər olublar. Dünya miqyasında müttəfiqlərimizin sayının artması Azərbaycan diplomatiyasının böyük uğurudur. Xatırladaq ki, Azərbaycanla Türkiyə və Rusiya arasında müttəfiqlik münasibətləri mövcuddur, ölkəmiz həmçinin Çinlə strateji tərəfdaşlıq haqqında sənəd imzalayıb. Son olaraq isə bu sıraya Özbəkistan qoşulub. Prezident İlham Əliyev bunu tarixi məqam kimi dəyərləndirib. “Bu gün biz rəsmən müttəfiq olduq. Bu, razıyam ki, əslində, tarixi məqamdır. Müttəfiqlik münasibətləri haqqında müqavilə iki ölkənin imzalaya biləcəyi ən yüksək beynəlxalq sənəddir. Biz bu gün Daşkənddə həqiqətən də münasibətlərimizin yeni fəslini deyil, kitabını yazırıq. Zənnimcə, əminəm ki, üzərimizdə dolaşan və bununla bağlı bizə xeyir-dua verən əcdadlarımızın ruhları şad olacaq. Bu gün iki qardaş xalq, iki müstəqil, güclü, suveren, nüfuzlu dövlət rəsmi müttəfiq oldular. Bu, çox mühüm xarici siyasət addımıdır və gələcək illərdə bizim münasibətlərimizi, həmçinin bir çox hallarda regional siyasəti müəyyən edəcək”, - deyə dövlətimizin başçısı vurğulayıb.
Onu da qeyd etmək lazımdır ki, Özbəkistan 30 illik işğal zamanı Ermənistanla diplomatik münasibətlər qurmayıb. Bu illər ərzində Özbəkistan Ermənistanda səfirlik açmayıb, həmçinin Ermənistanın da Daşkənddə səfirlik açmasına icazə verilməyib. Dost ölkə keçmiş Dağlıq Qarabağ münaqişəsinin həllində daim Azərbaycanın suverenliyi və ərazi bütövlüyü prinsipindən çıxış edib. Postmüharibə dövründə isə Özbəkistan işğaldan azad olunmuş ərazilərin bərpasına dost töhfəsi vermək əzmi nümayiş etdirir. Xatırladaq ki, Prezident Şavkat Mirziyoyevin təşəbbüsü əsasında Füzulidə Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəb Özbəkistan tərəfindən tikilib və ötən ilin avqustunda dövlət başçılarının iştirakı ilə baş tutub. Prezident İlham Əliyevin Daşkəndə dövlət səfəri zamanı isə Xankəndi şəhərində Özbəkistanla birgə sənaye müəssisəsinin yaradılması barədə razılığın əldə olunması da qardaşlığın və müttəfiqliyin növbəti nümunəsidir!
Xəbər lenti
Hamısına baxSosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54
Gündəm
12 May 19:23
Dünya
12 May 19:20
Dünya
12 May 19:06
Dünya
12 May 18:48
YAP xəbərləri
12 May 18:14
YAP xəbərləri
12 May 18:06
Sosial
12 May 17:46
Dünya
12 May 17:28
Sosial
12 May 17:21
Hadisə
12 May 17:21
Dünya
12 May 17:21
YAP xəbərləri
12 May 17:11
Sosial
12 May 16:14
İqtisadiyyat
12 May 16:10
İqtisadiyyat
12 May 16:09
Gündəm
12 May 15:44
İdman
12 May 15:22
Siyasət
12 May 15:00
Sosial
12 May 14:37
Sosial
12 May 14:37
Dünya
12 May 13:51
İdman
12 May 13:25
Siyasət
12 May 12:21
Dünya
12 May 12:19
Mədəniyyət
12 May 12:14
Siyasət
12 May 11:59
Sosial
12 May 11:58
İdman
12 May 11:57
Gündəm
12 May 11:51
İqtisadiyyat
12 May 11:51
Dünya
12 May 11:42
Hadisə
12 May 11:32
Sosial
12 May 11:31
Hadisə
12 May 11:30
YAP xəbərləri
12 May 11:22
Siyasət
12 May 11:07
Siyasət
12 May 10:43
Dünya
12 May 10:35
Dünya
12 May 10:18
Dünya
12 May 09:40
Hadisə
12 May 09:12
Hadisə
12 May 08:49
Sosial
12 May 08:31
Dünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19

