Zəfərdən Zəfərə
18.09.2024 [18:49]
Azərbaycan 44 günlük Vətən müharibəsində təcavüzkar Ermənistanı ağır məğlubiyyətə uğradaraq öz doğma torpaqlarını düşmən işğalından azad etdi. 10 noyabr 2020-ci il tarixində Azərbaycan ilə Rusiya prezidentləri və Ermənistan baş nazirinin imzaladığı üçtərəfli Bəyanata uyğun olaraq, Ermənistan silahlı qüvvələrinin qalıqlarının tam şəkildə Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərindən çıxarılması təmin olunmadı. Təcavüzkar Ermənistan üzərinə götürdüyü öhdəliklərdən yayınaraq danışıqlar prosesini pozdu, müxtəlif hərbi təxribatlarla çirkin əməllərini davam etdirdi.
Azərbaycanın Qarabağ bölgəsindəki qanunsuz erməni silahlı birləşmələri tərəfindən ordumuzun mövqeləri daim müxtəlif çaplı silahlardan sistemli şəkildə atəşə tutuldu. Separatçılar Azərbaycan Ordusunun bölmələrinə qarşı kəşfiyyat fəaliyyətlərini genişləndirir, ərazilərimizi və mülki təyinatlı yolları təxribat məqsədilə minalayırdılar. Bölgədə davamlı şəkildə törədilən təxribatlara cavab olaraq Azərbaycan 2023-cü il sentyabrın 19-20-də öz suveren əraziləri daxilində - Qarabağ bölgəsində Ermənistan silahlı qüvvələrinin qanunsuz hərbi birləşmələrinə qarşı lokal xarakterli antiterror tədbirləri həyata keçirdi.
Rəşadətli Azərbaycan Ordusu qanunsuz erməni silahlı birləşmələrinin ön xətt və dərinliklərdə olan mövqelərini, uzunmüddətli atəş nöqtələrini, döyüş vasitələrini, bir sözlə, yalnız legitim hərbi obyektləri və infrastrukturu hədəfə alaraq sərrast zərbələrlə neytrallaşdırdı. Bu davranış ordumuzun müasir tipli silahlara və yüksək texniki imkanlara malik olmasına rəğmən, ümumilikdə ölkəmizin yüksək humanizm prinsiplərinə sadiqliyini və zəngin mənəvi keyfiyyətlərə sahib olduğunu əyani şəkildə nümayiş etdirdi. 24 saatdan da az (23 saat 43 dəqiqə) müddətdə yekunlaşan lokal xarakterli antiterror tədbirləri öz real nəticəsini verdi. Ermənistan silahlı qüvvələrinin qanunsuz hərbi birləşmələri ağ bayraq qaldıraraq təslim oldular.
Prezident İlham Əliyev xalqa müraciətində bu məqamı xüsusilə qeyd edib ki, ağır relyef, düşmən tərəfindən uzun illər böyük mühəndislik işləri nəticəsində istehkamların mövcudluğu şəraitində, düşmən mövqelərinin təpələrdə, əlverişli yerlərdə yerləşdirilməsinə baxmayaraq bizim hərbçilərimiz böyük qəhrəmanlıq, peşəkarlıq göstərmişlər və qısa müddət ərzində bütün istiqamətlər üzrə əhəmiyyətli dərəcədə hərbi uğurlar əldə etmişlər.
Uğurlu antiterror əməliyyatları ilə bölgədə 200 ilə yaxındır davam edən terrorizmə, separatizmə birdəfəlik son qoydu, ərazilərimiz üzərində tam suverenliyimiz bərqərar oldu. Həmçinin, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi ilə barışa bilməyən, radikal separatçı qruplar üzərindən regiona müdaxilə etmək imkanlarını qoruyub saxlamağa çalışan xarici dairələrin çoxillik ssenariləri tamamilə sıradan çıxdı.
Malik Mirzəyev,
Yeni Azərbaycan Partiyası Lerik rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45
Hadisə
19 May 20:22
Siyasət
19 May 20:09
Dünya
19 May 19:56
Dünya
19 May 19:30
Dünya
19 May 19:16
Elm
19 May 18:59
Dünya
19 May 18:29
Dünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
Gündəm
19 May 16:09
Ədəbiyyat
19 May 15:59
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41
Xəbər lenti
19 May 13:33
Xəbər lenti
19 May 13:32
Xəbər lenti
19 May 13:28
Sosial
19 May 13:27
Sosial
19 May 13:26
Xəbər lenti
19 May 13:24
Dünya
19 May 13:18
Dünya
19 May 12:54
Gündəm
19 May 12:22
YAP xəbərləri
19 May 12:09
YAP xəbərləri
19 May 12:07
Sosial
19 May 12:06
Sosial
19 May 12:05
Sosial
19 May 12:03
Elm
19 May 12:03
Gündəm
19 May 11:49
Gündəm
19 May 11:30
İqtisadiyyat
19 May 11:16
Siyasət
19 May 10:52
Analitik
19 May 10:35
Sosial
19 May 10:13
Ədəbiyyat
19 May 09:54
Analitik
19 May 09:31
Ədəbiyyat
19 May 09:17
Ədəbiyyat
19 May 08:50
Gündəm
19 May 08:49
Sosial
19 May 08:38
Sosial
19 May 07:03

