Ordumuzun Zəfər yürüşü
18.09.2024 [21:49]
2023-cü ilin 19-20 sentyabr tarixlərində Azərbaycan Ordusunun həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri uğurla nəticələndi, ölkəmiz öz suverenliyini tam təmin etdi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin dediyi kimi, Azərbaycan dərhal lazımi addımlar ataraq düşməni layiqincə cəzalandırdı. Antiterror əməliyyatları ilə qarşıda duran bütün vəzifələr cəmi bir gün ərzində yerinə yetirildi.
Bir daha Ermənistana göstərildi ki, onların istənilən təxribatına layiqli cavab veriləcək. Ordumuzun bölmələri qanunsuz erməni silahlı birləşmələrinə aid hərbi hədəfləri peşəkarlıqla darmadağın edərək mühüm əraziləri düşməndən təmizlədi. Erməni separatçıları silahı yerə qoyaraq, Vətən müharibəsində olduğu kimi, ağ bayraq qaldırdılar. Danışıqlar üçün başqa ölkələrə yox, bizim təyin etdiyimiz yerə, yəni Yevlaxa gəldilər.
Antiterror tədbirlərinin ağır relyef, düşmən tərəfindən uzun illər görülmüş böyük mühəndislik işləri nəticəsində istehkamların mövcudluğu, qarşı tərəfin mövqelərinin təpələrdə, əlverişli yerlərdə olması şəraitində keçirilməsi, hərbçilərimizin böyük qəhrəmanlıq, şücaət, peşəkarlıq göstərməsi, Azərbaycan Silahlı Qüvvələrinin XXI əsr hərbi əməliyyatlar nümunəsini ortaya qoyması ilə nəticələndi. Buna səbəb Vətən müharibəsindən sonra Azərbaycan Ordusunun döyüş qabiliyyətinin daha da yüksəlməsi, ən müasir standartlara cavab verən peşəkar ordunun formalaşması və onun qarşısına qoyulmuş bütün vəzifələri yerinə yetirmək bacarığında olmasıdır.
Müdafiə sahəsinə ayrılan xüsusi diqqət və yüksək səviyyədə keçirilən təlimlər nəticəsində şanlı ordumuz 44 günlük müharibə zamanı bütün dünyaya öz peşəkarlığını göstərdi. Bu gün Azərbaycan Silahlı Qüvvələri daha təcrübəli və güclüdür, antiterror tədbirləri bunu bir daha sübut etdi. Düşmənin hakim yüksəkliklərdə olması, eyni zamanda, uzun illər böyük mühəndis qurğuları inşa etməsi antiterror tədbirlərinə çətinlik yaradırdı. Lakin təcrübəli əsgər və zabitlərimiz bunun öhdəsindən peşəkarcasına gəldilər.
Antiterror tədbirlərinin xarakteri mülki əhalinin və mülki obyektlərin hədəf götürülməməsi, yalnız hərbi hədəflərin sıradan çıxarılması və məhv edilməsi idi. Bu tədbirlər həm də ona görə çətinlik yaradırdı ki, erməni silahlı birləşmələri hərbi obyektləri mülki insanların arasında cəmləyirdi. Məqsəd dünyaya car çəkmək idi ki, Azərbaycan mülki əhalini hədəfə alır, amma niyyətləri baş tutmadı. Səs gücləndiricilərlə və başqa müxtəlif vasitələrlə mülki insanlar təhlükəsiz yerə yönəldildi, düşmən qüvvələrin hərbi obyektləri zərgər dəqiqliyi ilə peşəkarlıqla məhv edildi, nəticədə mülki əhali heç bir zərər görmədi.
Azərbaycanın şərtləri qəbul edildi, Ermənistan ordusunun qanunsuz məskunlaşmış hərbi birləşmələri silahları yerə qoyaraq tərk-silah olundu, ərazimizdən tamamilə çıxarıldı. Güclü beynəlxalq təzyiqlərə baxmayaraq Azərbaycanın öz prinsipial mövqeyindən çəkinmədi və bütün strateji hədəflərə çatdı. İkinci Qarabağ müharibəsindən sonra yaranmış reallıq, 2020-ci il 10 noyabr Bəyanatının şərtlərinin Ermənistan tərəfindən icra olunmaması vəziyyəti bu həddə gətirib çıxarmışdı. Bütün bunlarla yanaşı, sentyabrın 9-da Qarabağda qondarma “prezident” seçilməsi, status məsələsinin yenidən gündəmə gətirilməsi, Azərbaycana güc nümayiş etdirmək cəhdlərini Azərbaycan cavabsız qoya bilməzdi. Azərbaycanın bütün addımları legitimdir, hüquqi və ədalətlidir.
Meydanəli Yolçiyev,
YAP Daşkəsən rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05
Sosial
08 İyul 16:01
Gündəm
08 İyul 15:23
Mədəniyyət
08 İyul 15:18
Dünya
08 İyul 15:18
YAP xəbərləri
08 İyul 15:17
Hərbi
08 İyul 15:03
Dünya
08 İyul 14:58
Dünya
08 İyul 14:20
Dünya
08 İyul 14:04
Sosial
08 İyul 13:58
Siyasət
08 İyul 13:42
Dünya
08 İyul 13:32
Dünya
08 İyul 13:09
Sosial
08 İyul 13:04
Sosial
08 İyul 13:03
İqtisadiyyat
08 İyul 13:02
İqtisadiyyat
08 İyul 12:41
YAP xəbərləri
08 İyul 12:23
İqtisadiyyat
08 İyul 12:19
İqtisadiyyat
08 İyul 12:05
Gündəm
08 İyul 11:53
İqtisadiyyat
08 İyul 11:50
Siyasət
08 İyul 11:45
Siyasət
08 İyul 11:25
Gündəm
08 İyul 10:58
Gündəm
08 İyul 10:49
Siyasət
08 İyul 10:31
YAP xəbərləri
08 İyul 10:20
Analitik
08 İyul 10:17
Elanlar
08 İyul 10:15
Analitik
08 İyul 09:56
Siyasət
08 İyul 09:30
İdman
08 İyul 09:27
Analitik
08 İyul 09:12
Sosial
08 İyul 08:54
Sosial
08 İyul 08:39
Dünya
08 İyul 07:43
Dünya
08 İyul 07:37
Dünya
08 İyul 07:36
Sosial
08 İyul 07:29
Müsahibə
07 İyul 23:21
Dünya
07 İyul 22:37
İdman
07 İyul 22:10
Dünya
07 İyul 21:44
Hadisə
07 İyul 21:19
Elm
07 İyul 20:41
İqtisadiyyat
07 İyul 20:17
Siyasət
07 İyul 20:09
Xəbər lenti
07 İyul 20:08
Elm
07 İyul 19:55
Dünya
07 İyul 19:50
Dünya
07 İyul 19:23

