/ / Prezident İlham Əliyevin namizədliyinin irəli sürülməsi bütün Azərbaycan xalqının mənafeyini əks etdirir və ciddi reallıqlara söykənir
Prezident İlham Əliyevin namizədliyinin irəli sürülməsi bütün Azərbaycan xalqının mənafeyini əks etdirir və ciddi reallıqlara söykənir
25.04.2013 [15:14]
YAP Sədrinin müavini - İcra katibi Əli Əhmədov partiyanın Xətai rayon təşkilatı ərazi ilk partiya təşkilatlarının sədrləri və fəalları ilə görüşüb
Dünən Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini - İcra katibi, Milli Məclisin deputatı Əli Əhmədov YAP Xətai rayon təşkilatının qərargahında rayon təşkilatı ərazi ilk partiya təşkilatlarının sədrləri və fəalları ilə görüşüb. Əli Əhmədov bildirib ki, bu günə qədər partiyanın bir neçə rayon təşkilatında belə görüşlər təşkil olunub, fikir mübadiləsi aparılıb: “Bu gün isə növbəti görüşü YAP Xətai rayon təşkilatının fəalları ilə keçiririk. Bilirsiniz ki, bu il ölkəmizin siyasi həyatında mühüm hadisə olan prezident seçkiləri keçiriləcək. YAP bu seçkilərdə öz namizədi ilə iştirak edəcək. Partiyanın fəaliyyətində formalaşmış ənənə ondan ibarətdir ki, istənilən seçki kampaniyasına ciddi hazırlaşırıq. Müxtəlif görüşlər keçirilir, fikir mübadiləsi aparılır. Bu görüşlərin də əsas məqsədi seçki kampaniyasının yüksək fəallıq şəraitində keçirilməsini təmin etməkdir. Təbii ki, seçki kampaniyaları arasında prezident seçkiləri ölkənin siyasi həyatı və gələcək perspektivlərinin təmin edilməsi baxımından daha önəmli yer tutur. Buna görə də, Yeni Azərbaycan Partiyası 2013-cü ilin prezident seçkilərinə ciddi hazırlaşmaqdadır. Hazırlıq kampaniyasına xeyli zamandır başlamışıq. Bütövlükdə seçki kampaniyasının həyata keçirilməsi ilə bağlı Yeni Azərbaycan Partiyasının çox ciddi konsepsiyası müəyyənləşdirilib. Bu konsepsiyaya uyğun olaraq həm mərkəzdə İcra Katibliyi, İdarə Heyəti qarşısında duran konkret vəzifələr, hədəflər müəyyənləşdirilib, həm də bütövlükdə seçki kampaniyasının həyata keçirilməsi üçün Yeni Azərbaycan Partiyasının bütün strukturlarının səfərbər edilməsi və fəallığının yüksəldilməsi kimi vəzifə önə çəkilib. Təbii ki, seçki kampaniyası bütövlükdə partiyanın bir yandan konsepsiyasının müəyyənləşdirilməsi ilə əlaqədardırdısa, digər tərəfdən nəinki partiyanın strukturlarının, bütün üzvlərinin səfərbər edilməsindən ciddi şəkildə asılıdır. Buna görə də, biz həm konsepsiyanın hazırlanması və qarşıda duran vəzifələrin yerinə yetirilməsi, həm də yerli strtukturlarla görüşlərin keçirilməsi, söhbətlərin aparılması və beləliklə, bütövlükdə partiyanın məlum resurslarının hərəkətə gətirilməsi kimi bir vacib vəzifənin həyata keçirilməsi ilə məşğuluq”.
“Partiyanın hər bir üzvünə qarşıdan gələn prezident seçkiləri ilə əlaqədar YAP-ın mövqeyi, namizədlə bağlı fikirləri aydındır” söyləyən Ə.Əhmədov qeyd edib ki, yanaşmamız bundan ibarətdir ki, qarşıdan gələn prezident seçkilərində partiyanın Sədri, Prezident İlham Əliyevin namizədliyinin irəli sürülməsi bütün Azərbaycan xalqının mövqeyini və mənafeyini əks etdirir: “Hesab edirik ki, cənab İlham Əliyevin namizədliyinin irəli sürülməsi bugünkü mövcud ictimai-siyasi ovqatın da əsas parametrlərini və mənzərəsini özündə əks etdirir. Bu, ciddi reallıqlara söykənir. Təbiidir ki, hər bir vətəndaş prezident seçkiləri qədər ölkənin siyasi taleyində əhəmiyyətli rol oynayan bir kampaniya zamanı seçimində kifayət qədər ciddi yanaşmalar nümayiş etdirir. Çünki prezident seçkiləri, namizədin kim olması, kimin ölkəyə rəhbər seçilməsi məsələsi hər bir vətəndaşın maraqları ilə əlaqədardır. Buna görə də, çox az vətəndaş, seçici təsəvvür etmək mümkündür ki, prezident seçkiləri qədər əhəmiyyətli bir məsələyə biganə yanaşsın. Bu gün seçkilərin keçirilməsinə xeyli müddət qalmasına baxmayaraq, Azərbaycan vətəndaşlarının böyük əksəriyyəti seçki ilə əlaqədar öz qənaətini və rəyini formalaşdırıb. İlham Əliyevin namizədliyi barədə xalqımızın mütləq əksəriyyətinin qənaəti artıq reallıq olaraq hər kəsə məlumdur. Bu da qeyd olunduğu kimi, çox ciddi əsaslara, mövcud həqiqətlərə əsaslanır. Yaxın zamanlarda İlham Əliyevin Azərbaycana rəhbərliyinin 10 ili tamam olacaq. 10 il ərzində ölkəmiz böyük inkişaf mərhələsi keçib. Ölkə iqtisadiyyatı bu illər ərzində 3 dəfə artıb. Statistik rəqəmlər insanların gündəlik həyatında öz əksini tapdığı üçün hər kəs bu inkişafı görür və yüksək dəyərləndirir. Ümumi mənzərənin formalaşması baxımından iqtisadi inkişafın böyük bir sıçrayışla irəli getməsi İlham Əliyevin Azərbaycana 10 il ərzində rəhbərliyinin ən böyük uğurudur. Eyni zamanda, iqtisadiyyatımızın yüksək templə inkişaf etməsi digər sferaların dəyişməsinin əsasında dayanıb. İqtisadi inkişaf həyatın digər sahələrində inkişafı və irəliləyişi şərtləndirib və bu inkişafdan ötrü həlledici səbəb rolunu oynayıb. İnsanların rifahı yüksəlib. Təbii ki, bu, birmənalı şəkildə etiraf olunmalıdır. Ölkə müxalifətinin vətəndaşların həyat tərzini xoşagəlməz formada təsvir etmək cəhdlərinə baxmayaraq, ölkəmizdə həyat köklü surətdə dəyişib, insanların sosial rifah halı yaxşılaşıb. Əgər 10 il bundan əvvələ qayıdıb o dövr üçün sosial prosesləri bugünkü sosial reallıqlarla müqayisə etsək, böyük bir fərq ortada olacaq. Bunu inkar etmək qeyri-mümkündür. İnsanlar inkişafı öz həyatlarında hiss etdikləri üçün həyata keçirilən siyasəti, Prezident İlham Əliyevin namizədliyini dəstəkləyir və Onun qələbəsinin təmin olunması üçün ciddi səylər göstərir”.
YAP Sədrinin müavini Əli Əhmədov qeyd edib ki, Azərbaycan bu gün dinamik inkişaf edən bir ölkə kimi özünü təqdim edir. Həyatımızın hər sahəsində bu dinamika özünü göstərməkdədir: “Həyat dəyişdikcə qarşıya yeni vəzifələr qoyulmaqla yanaşı, insanlarda yeni-yeni istəklər yaranır. Müstəqilliyimizin ilk illərində yaşanan durumu yada salaq. O zaman insanların ən böyük istəyi ölkədə sabitliyin, əmin-amanlığın yaradılması idi. 1993-cü ildə Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə xalqın sabaha ümidləri artdı. Düşünülmüş və məqsədyönlü siyasət nəticəsində ölkəmizdə sabitlik təmin edildi, əlverişli iqtisadi mühit formalaşdı. O zaman insanlarda Azərbaycanı daha qüdrətli, zəngin ölkə kimi görmək istəyi yarandı. Uğurlu addımlar, həyata keçirilən tədbirlər bu istəyi də reallığa çevirdi. Bunları ümumiləşdirərək deyə bilərik ki, 20 il bundan öncə Azərbaycan xalqı yeni, müstəqil Azərbaycan uğrunda mübarizə aparırdısa, artıq sonrakı illərdə qüdrətli dövlət, yüksək rifah hər bir ölkə vətəndaşının əsas arzusuna, istəyinə çevrildi. Dövlətin uğurlu siyasəti hər bir məqsədə yüksək səviyyədə nail olmağa, yeni hədəflərin ortaya qoyulmasına stimul verir. Bu gün isə müasirləşən, yeniləşən, modernləşən Azərbaycan böyük uğurları ilə dünyanın diqqətindədir. Bu günün əsas hədəfi isə Azərbaycanı qarşıdakı illərdə inkişaf etmiş ölkələr sırasında görməkdir. Bunun üçün bütün əsaslar mövcuddur”.
“Bu uğurları, xalqın hər bir istəyini mövcud iqtidarın həyata keçirdiyi siyasət təmin edib. Bu gün insanlar dövlətin siyasətini dəstəkləyir, gələcəyə böyük inamla baxırlar” deyən İcra katibi Əli Əhmədov əlavə edib ki, ölkəmizin simasının dəyişməsi, insanların rifah halının yaxşılaşması, Azərbaycanın iqtisadi və siyasi mövqeyinin möhkəmlənməsi, beynəlxalq münasibətlər sistemində rolunun artması və s. kimi uğurlar bu günümüzün reallıqlarıdır. Bütün bu reallıqlar, insanların gələcəyə böyük ümidlərlə baxması kompleks şəkildə qarşıdan gələn prezident seçkiləri ilə bağlı həm əhval-ruhiyyəni, həm də insanlarımızın mövqeyini və iradəsini formalaşdırıb.
Əli Əhmədovun sözlərinə görə, cənab İlham Əliyevin qarşıdan gələn prezident seçkilərində namizədliyinin irəli sürülməsini və qələbəsini şərtləndirən amillərdən biri də ölkədə ictimai-siyasi durumun sabitliyi, əmin-amanlıqdır. Bu amil olmasaydı, təbii ki, iqtisadiyyatın inkişafı, bunun fonunda digər sahələrin tərəqqisi mümkün olmazdı. Bölgələrimizin, kənd və qəsəbələrin siması dəyişir, yeniləşir, müasirləşir, insanların daha rahat yaşaması üçün şərait yaradılır: “İnsan öz həyatını dəyərləndirərkən bir yandan öz həyat şəraitinin göstəricilərinə istinad edir, digər tərəfdən də bu rahatlığın təmin olunmasını şərtləndirən amilə önəm verir. Sabitlik gələcəyə böyük inamla baxmağa etibarlı əsas yaradıb. Bütün bunlar məcmu halında Prezident İlham Əliyevin qarşıdan gələn prezident seçkilərində namizədliyinin irəli sürülməsini və dəstəklənməsini şərtləndirən amillərdir”.
YAP Sədrinin müavini Əli Əhmədov qeyd edib ki, hər bir vətəndaş siyasi seçimini, xüsusilə hakimiyyətdə olan bir partiya ilə əlaqədar siyasi seçimini edərkən hakimiyyət dövründə həmin partiyanın və hökumətin həyata keçirdiyi siyasətə və onun nəticələrinə qiymət verir. Cənab İlham Əliyevin namizədliyinin irəli sürülməsi və dəstəklənməsi ötən on ildə fəaliyyətinə ölkə vətəndaşlarının qiymət verməsinə əsaslanır: “Amma insanların seçimini şərtləndirən amillərdən biri də gələcəklə bağlıdır. Yenə də insanlar hesab edirlər ki, qarşıdakı beş ildə cənab İlham Əliyevin ölkəyə rəhbərlik etməsi bugünkü inkişaf templərinin saxlanılması və təmin edilməsi üçün ən vacib şərtdir. Bu qənaət aparılan təhlillərin, müşahidələrin nəticəsidir. Təbii ki, bu sevindirici gerçəklikdir. YAP olaraq bu, bizi məmnun edir. Təbiidir ki, qarşıdan gələn prezident seçkilərində yüksək seçki fəallığının nümayiş etdirilməsi və növbəti seçki qələbəsinin təmin edilməsi məsuliyyəti də üzərimizdə dayanır. YAP olaraq bu məsuliyyəti dərk etməli və bundan sonrakı dövr ərzində də bu məsuliyyətə uyğun şəkildə fəaliyyət göstərməliyik. Bu nailiyyətlərin əldə olunmasında bütövlükdə partiyanın rayon və şəhər təşkilatlarının, eyni zamanda, onların özündə birləşdirdikləri ərazi ilk təşkilatlarının üzərinə böyük vəzifə düşür. Hər bir rayon təşkilatı artıq illərlə keçirilən seçki kampaniyaları əsasında çox dəyərli təcrübə toplayıb. Rayon təşkilatlarının özlərində birləşdirdiyi ilk ərazi təşkilatlarının fəallığı da hər zaman yüksək dəyərləndirilir. Düşünürük ki, bu seçkilərdə də fəallıq yüksək səviyyədə olacaq”.
Sonra bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb, qarşıdakı dövrlərdə görüləcək işlər müzakirə olunub.
Aqşin ŞAHİNOĞLU
Xəbər lenti
Hamısına baxDünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25

