Azərbaycanın xarici siyasətində yeni uğurlar
17.02.2025 [17:16]
Rövlan Heydərov,
YAP Naftalan şəhər təşkilatının sədri
Bu gün dövlətimiz etibarlı tərəfdaş olmaqla yanaşı, həm də regionun aparıcı ölkələrindən birinə çevrilmişdir. Azərbaycanın qonşu dövlətlərlə dostluq əlaqələri daim bütün ölkələr üçün nümunə olmuşdur. Azərbaycan özünün beynəlxalq və iktərəfli əməkdaşlıq coğrafiyasını genişləndirməkdədir. Son illər ölkəmizlə münasibətləri inkişaf etdirmək istəyən dövlətlərin sayı Xüsusilə də müxtəlif Afrika ölkələri Azərbaycanla münasibətlərə maraq göstərirlər.Belə ölkələrdən biri də Somali Respublikasıdır.
Azərbaycan ilə Somali arasında diplomatik əlaqələr 2004-cü ilin mart ayının 22-də qurulub. İki ölkə arasında diplomatik münasibətlərin qurulmasından ötən dövr ərzində, xüsusilə son illərdə Azərbaycan-Somali təmaslarının artması əməkdaşlıq perspektivlərinin müzakirəsində faydalı rol oynayır. Azərbaycanla Somali arasında siyasi məsləhətləşmələr haqqında imzalanmış sazişə uyğun olaraq, əməkdaşlığın genişləndirilməsində bu kimi mexanizmlərdən istifadə olduqca vacibdir. Bir sıra istiqamətlər, o cümlədən kənd təsərrüfatı, balıqçılıq, neft və qaz sənayesi, yaşıl enerji, humanitar, təhsil sahələri üzrə əməkdaşlığın inkişafı üçün kifayət qədər geniş potensial mövcuddur.
Somali Prezidenti Hasan Şeyx Mahmudun Azərbaycana tarixi səfəri iki ölkə arasında münasibətlərdə yeni dövrün başlanğıcı hesab oluna bilər. İmzalanmış sənədlər də hər iki ölkənin əlaqələrini bir çox sahələrdə inkişaf etdirməkdə maraqlı olduğunu nümayiş etdirir. Bu razılaşmalar perspektiv əməkdaşlıq üçün əsaslı zəmin yaradır.
Somali Federativ Respublikası ilə münasibətlərin inkişafı ilk növbədə Azərbaycanın milli maraqları kontekstində maraqlıdır. Belə ki, ölkəmizlə bağlı məsələlərin müzakirəsi zamanı digər dövlətlər kimi, BMT-də bir səsə malik olan Somalinin dəstəyi önəmli ola bilər. Somali dünya siyasətində xüsusi çəkiyə malik olmasa da, Azərbaycanın həllini gözlədiyi məsələlərlə bağlı mövqe bildirə bilər. Beynəlxalq aləmdə bu reallıqlar fonunda Azərbaycanı dəstəkləyən dövlətlərin sayının artması məqsədəuyğun olar. Bundan başqa, Somali ilə ticarət, iqtisadi əlaqələrin inkişafı ilə bağlı potensial var.
Afrika qitəsinin şərqində yerləşən Somali İslam Əməkdaşlıq Təşkilatının (İƏT) və Qoşulmama Hərəkatının üzvüdür. Bu müsəlman ölkəsi İƏT və Qoşulmama Hərəkatı çərçivəsində Azərbaycanla qarşılıqlı hörmətə, dəstəyə və həmrəyliyə əsaslanan mühüm əməkdaşlıq əlaqələrinə malikdir.
Prezident İlham Əliyev mətbuata bəyanatında qeyd etdi ki, görüş çərçivəsində Somalidə sərmayə imkanlarının öyrənilməsi üzrə müzakirələr aparılıb. Azərbaycanın enerji sahəsi üzrə zəngin təcrübəsi, Somalinin bərpaolunan enerji potensialı qarşılıqlı faydalı əməkdaşlıq üçün geniş imkanlar açır. “Yaşıl enerji sahəsində əməkdaşlıq haqqında” Anlaşma Memorandumunun imzalanması bu istiqamətdə praktiki fəaliyyətə başlanılacağını deməyə əsas verir. Əlbəttə ki, bu əməkdaşlıq enerji keçidi dövründə ölkəmiz üçün səmərəli nəticələr vəd edir.
Bakıda Somali və Azərbaycan arasında imzalanan sənədlər qarşılıqlı iradəyə söykənərək ikitərəfli əlaqələrin inkişafına müsbət töhfə verəcək. Prezidentlərin görüşündə əsas müzakirə mövzusundan biri təhsil sahəsində əməkdaşlıqla bağlı olub. Bu gün həmin sahədə artıq ilkin nailiyyətlər mövcuddur. Somalidən olan tələbələr Azərbaycanda Heydər Əliyev adına təqaüd əsasında təhsil alırlar. Gələcəkdə onların sayı artırılacaq. Onların müasir təhsil proqramlarına çıxış əldə etmək imkanı gələcəkdə Somalinin iqtisadi inkişafına fayda verəcəkdir.
Somali Prezidenti Hasan Şeyx Mahmud münasibətlərimizin tarixində Azərbaycana səfər edən ilk Somali Prezidenti olmaqdan böyük şərəf duyduğunu bildirdi. Qeyd etdi ki, imzaladığımız sazişlər Azərbaycanın təcrübəsindən istifadə etmək üçün strukturlu çərçivə rolunu oynayır. Həmçinin ölkələrimiz və xalqlarımız üçün yeni imkanlar açır. Bugünkü əməkdaşlığımız ölkələrimiz arasında möhkəm iqtisadi və diplomatik münasibətlərin əsasını qoyur. Somali Azərbaycanın enerji, infrastruktur, təhlükəsizlik və təhsil sahələrində liderliyini yüksək qiymətləndirir.
Xəbər lenti
Hamısına baxXəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30
İqtisadiyyat
12 İyun 15:23
Dünya
12 İyun 15:06
Dünya
12 İyun 14:45
İqtisadiyyat
12 İyun 14:43
İdman
12 İyun 14:42
Dünya
12 İyun 14:41
Dünya
12 İyun 14:41
YAP xəbərləri
12 İyun 14:40
YAP xəbərləri
12 İyun 14:30
YAP xəbərləri
12 İyun 14:28
Dünya
12 İyun 14:19
YAP xəbərləri
12 İyun 14:04
Dünya
12 İyun 13:57
YAP xəbərləri
12 İyun 13:54
Dünya
12 İyun 13:35
Elm
12 İyun 12:48
Sosial
12 İyun 12:48
YAP xəbərləri
12 İyun 12:37
Xəbər lenti
12 İyun 12:37
Siyasət
12 İyun 12:22
Gündəm
12 İyun 12:21
YAP xəbərləri
12 İyun 12:13
Sosial
12 İyun 12:11
Dünya
12 İyun 12:10
Gündəm
12 İyun 11:59
Siyasət
12 İyun 11:57

