Qazaxda Aprel döyüşləri şəhidlərinin xatirəsi ehtiramla yad edildi
03.04.2025 [17:51]
02 aprel 2025-ci il tarixdə YAP Qazax rayon təşkilatı Aparatında 2016-cı ildə Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazılan, möhtəşəm qələbənin təməlinin qoyulduğu Aprel döyüşlərinin 9-cu ildönümü ilə əlaqədar tədbir keçirildi.
Tədbirdən əvvəl YAP Qazax rayon təşkilatının Aparat işçiləri və fəalları 2016-cı il Aprel döyüşləri zamanı şəhidlik zirvəsinə yüksəlmiş Qazax rayonunun 3 nəfər igid oğlunun - Fərəhli kəndindən kapitan Orucov Mühüd Qurban oğlunun, Yuxarı Salahlı kəndindən baş leytenant Namazov Elvin Məmməd oğlunun və Aslanbəyli kəndindən əsgər Əliyev Orxan Məhəmməd oğlunun uyuduğu qəbristanlıqlara baş çəkdilər, qəhrəman oğullarımızın qəbirlərini ziyarət edərək, məzarları önünə tər qərənfillər düzdülər.Müqəddəs şəhidlərimizin ruhuna dualar oxundu.
YAP Qazax rayon təşkilatının inzibati binasında davam etdirilən tədbirUlu Öndər Heydər Əliyevin və müqəddəs şəhidlərimizn əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlandı.
YAP Qazax rayon təşkilatının sədri Anar Nəbiyev ətraflı məlumat verərək bildirdi ki, Aprel döyüşləri bütün dünyaya bir daha Azərbaycan Ordusunun gücünü, qüdrətini, Qələbə əzmini göstərdi və tezliklə tarixi ədalətin bərpa olunacağına böyük zəmin yaratdı. Bununla da, Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız İlham Əliyev cənablarının əzmkar, qətiyyətli siyasəti, xüsusi sərkərdəlik qabiliyyəti, beynəlxalq aləmdəki nüfuzu, hörməti sayəsində Qüdrətli Azərbaycan Ordusu misilsiz Qələbəyə imza atdı. Bu Möhtəşəm Zəfərə xalqımız müqəddəs şəhidlərimizin canı bahasına, igid qazilərimizin qanı bahasına, qüdrətli ordumuzun rəşadəti, şücayəti sayəsində nail oldu.
Rayon təşkilatının sədri 9 il əvvəl Lələtəpədə ucaldılan üçrəngli bayrağımızın artıq işğaldan azad edilən bütün ərazilərimizdə doğma Qarabağımızda, Şuşada, Xankəndidə, Xocalıda, eləcə də digər ərazilərimizdə əzəmətlə dalğalanmasından və bu gün hər bir azərbaycanlının bundan sonsuz qürur və fərəh hissi keçirməsindən geniş bəhs etdi. A.Nəbiyev bildirdi ki, Aprel döyüşləri zamanı Qazax rayonunun 3 nəfər igid oğlu da müqəddəs şəhidlik zirvəsinə yüksəliblər. Öz canları, qanları bahasına şərəfli tarix yazan bu oğullar heç zaman unudulmayacaq və belə qəhrəman oğullarımızın keçdiyi şərəfli döyüş yolu bütün gənclərimizə, hər bir azərbaycanlıya bir örnəkdir. Rayon təşkilatının sədri çıxışının sonunda Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev cənablarının rəhbərliyi ilə bundan sonra da ölkəmizin yeni - yeni nailiyyətlər, uğurlar, qələbələr qazanacağına böyük əminliyini bildirdi.
Tədbirdə çıxış edən partiya üzvləri Polad Ağakişiyev, Fərhad Qocamanov, Çingiz Məmmədov və başqaları canlarını vətən yolunda qurban vermiş igid şəhidlərimizin döyüş meydanında göstərdikləri qəhrəmanlıqlardan, onların keçdiyi şərəfli yoldan və Aprel döyüşlərində Böyük Zəfərin təməlinin qoyulmasından bəhs edərək bütün şəhidlərimizə rəhmət dilədilər.
Xəbər lenti
Hamısına baxSiyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45
Hadisə
19 May 20:22
Siyasət
19 May 20:09
Dünya
19 May 19:56
Dünya
19 May 19:30
Dünya
19 May 19:16
Elm
19 May 18:59
Dünya
19 May 18:29
Dünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
Gündəm
19 May 16:09
Ədəbiyyat
19 May 15:59
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41
Xəbər lenti
19 May 13:33
Xəbər lenti
19 May 13:32
Xəbər lenti
19 May 13:28
Sosial
19 May 13:27
Sosial
19 May 13:26
Xəbər lenti
19 May 13:24
Dünya
19 May 13:18
Dünya
19 May 12:54
Gündəm
19 May 12:22
YAP xəbərləri
19 May 12:09
YAP xəbərləri
19 May 12:07
Sosial
19 May 12:06
Sosial
19 May 12:05
Sosial
19 May 12:03
Elm
19 May 12:03
Gündəm
19 May 11:49
Gündəm
19 May 11:30
İqtisadiyyat
19 May 11:16
Siyasət
19 May 10:52
Analitik
19 May 10:35
Sosial
19 May 10:13
Ədəbiyyat
19 May 09:54
Analitik
19 May 09:31
Ədəbiyyat
19 May 09:17
Ədəbiyyat
19 May 08:50
Gündəm
19 May 08:49
Sosial
19 May 08:38
Sosial
19 May 07:03
Gündəm
19 May 00:09
Dünya
18 May 23:46
Dünya
18 May 23:30

