Azərbaycan Macarıstan dostluğu qarşılıqlı etimada əsaslanır
22.05.2025 [14:30]
Bayram Aslanov,
YAP İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri
Avropa və Asiyanın kəsişmə nöqtəsində yerləşən Azərbaycanla Macarıstan arasındakı güclü dostluq, enerji, təhlükəsizlik, regional əməkdaşlıq, strateji tərəfdaşıq iki ölkə arasında əlaqələrinin yüksək səviyyədə olmasından xəbər verir.
Ölkəmizin Prezidenti cənab İlham Əliyevin Macarıstanın Baş naziri Viktor Orban ilə səmimi dostluq münasibətləri, iki ölkə arasında müntəzəm surətdə həyata keçirilən yüksəksəviyyəli qarşılıqlı səfərlər əməkdaşlıq üçün yeni imkanlar yaradıb. Azərbaycan Prezidenti Macarıstanda 2023-cü ilin yanvar ayında rəsmi, avqust ayında işgüzar, Macarıstanın Baş naziri Azərbaycanda 2023-cü ilin noyabr, 2024-cü ilin iyul və noyabr aylarında işgüzar səfərlərdə olublar.
Dövlət başçımız cənab İlham Əliyevin mayın 20-də Macarıstana işgüzar səfəri qarşılıqlı əlaqələrin yüksək səviyyədə olmasının əyani təsdiqidir.
İşgüzar səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Macarıstanın Baş naziri Viktor Orbanın mətbuata bəyanatları zamanı dövlət başçımız Azərbaycan-Macarıstan əlaqələrinin uğurla inkişaf etdiyini bir daha diqqətə çatdırıb ki, Macarıstan müstəqil siyasət aparan nadir ölkələrdən biridir. Xüsusilə Avropa İttifaqı çərçivəsində müstəqil siyasət aparmaq kifayət qədər çətindir. Çünki bir çox qaydalar var, bir çox oturuşmuş prinsiplər var və Avropa İttifaqının vahid xarici siyasəti təbii olaraq prinsiplərdən biridir. Buna baxmayaraq, dostum Viktor Orban həmişə Macarıstanın dövlət və milli maraqlarını hər şeydən üstün tutub. Biz bunu alqışlayırıq.
Avropa Birliyinin üzvü olan Macarıstan Azərbaycanın Avropa ilə əlaqələrinin inkişafında mühüm rol oynayır. Eyni zamanda, Macarıstan Azərbaycanı enerji sahəsində etibarlı və strateji tərəfdaş olaraq görür və Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsində ölkəmizin vacib rolunu yüksək qiymətləndirir. Azərbaycanın enerji potensialı, xüsusilə təbii qaz və bərpaolunan enerji sahələrindəki uğurları, Macarıstanın enerji təminatını şaxələndirmək məqsədilə ölkəmizin layihələrinə dəstəyini daha da artırır. Bu əməkdaşlıq, həmçinin “Cənub Qaz Dəhlizi” layihəsinin uğurlu həyata keçirilməsi ilə Avropa bazarlarına daha çox enerji təchizatının təmin edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Mətbuata verdiyi bəyanatda Prezident cənab İlham Əliyev bir daha : Azərbaycanın Ermənistanın 30 illik işğalına son qoyduğunu, İkinci Qarabağ müharibəsindən sonra sülh danışıqlarının təşəbbüskarının da məhz, Azərbaycan olduğunu vurğulayıb: “Ermənistan tərəfi hələ ki, bu iki şərtimizi qəbul etmək istəmir. Ancaq son illərin hadisələri və proseslərin gedişatı onu göstərir ki, gec-tez onlar bizim təklifimizlə razılaşmağa məcbur olacaqlar. Çünki bu təkliflərdə qeyri-adi heç bir məsələ yoxdur.”
Azərbaycanla Macarıstan energetika sahəsində də uğurlu əməkdaşlıq edir. Macarıstan şirkətləri Azərbaycanın əsas iki neft və qaz layihəsində - “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqlarında pay sahibidir. Azərbaycanın Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzərində yerləşməsi ölkəni Mərkəzi Asiya ilə Avropa arasında ticarət üçün yeganə etibarlı və səmərəli tranzit dəhlizi halına gətirir. Macarıstan isə dünyada həm Avropa İttifaqının (Aİ) üzvü, həm də TDT-nin müşahidəçi dövləti olan yeganə ölkədir. Bu iki ölkə arasında əməkdaşlığın dərinləşməsi Avropa ilə Türk dünyası arasında iqtisadi əlaqələrin inkişafı baxımından böyük əhəmiyyət daşıyır.
Qarşılıqlı etimada və müxtəlif sahələrdə səmərəli əməkdaşlığa əsaslanan Macarıstan-Azərbaycan münasibətləri bir daha göstərdi ki, iki ölkə arasında tərəfdaşlıq qarşılıqlı hörmət və dostluq üzərində qurulub.
Xəbər lenti
Hamısına baxSosial
07 Mart 23:23
Hadisə
07 Mart 23:17
Siyasət
07 Mart 22:44
Sosial
07 Mart 22:37
Gündəm
07 Mart 22:16
Siyasət
07 Mart 21:34
Gündəm
07 Mart 21:33
Siyasət
07 Mart 21:23
Gündəm
07 Mart 20:42
Siyasət
07 Mart 20:41
Dünya
07 Mart 19:20
Siyasət
07 Mart 18:56
Dünya
07 Mart 18:35
Siyasət
07 Mart 18:28
Siyasət
07 Mart 17:55
Dünya
07 Mart 17:28
Siyasət
07 Mart 16:55
Siyasət
07 Mart 16:46
Dünya
07 Mart 15:38
Hadisə
07 Mart 14:24
Dünya
07 Mart 13:53
YAP xəbərləri
07 Mart 13:32
Dünya
07 Mart 12:42
YAP xəbərləri
07 Mart 12:29
Siyasət
07 Mart 11:53
Siyasət
07 Mart 11:52
Siyasət
07 Mart 11:50
Gündəm
07 Mart 11:40
YAP xəbərləri
07 Mart 11:16
Gündəm
07 Mart 11:13
Gündəm
07 Mart 10:59
Siyasət
07 Mart 10:46
Mədəniyyət
07 Mart 10:35
Gündəm
07 Mart 10:16
İqtisadiyyat
07 Mart 09:53
Siyasət
07 Mart 09:31
Analitik
07 Mart 09:18
Ədəbiyyat
07 Mart 08:54
Ədəbiyyat
07 Mart 08:39
Diaspor
06 Mart 23:30
Sosial
06 Mart 22:56
İdman
06 Mart 22:46
MEDİA
06 Mart 22:37
Siyasət
06 Mart 22:34
Dünya
06 Mart 22:24
YAP xəbərləri
06 Mart 22:15
Dünya
06 Mart 21:53
Sosial
06 Mart 21:22
YAP xəbərləri
06 Mart 21:19
Dünya
06 Mart 20:55
YAP xəbərləri
06 Mart 20:37
Dünya
06 Mart 20:18
Dünya
06 Mart 19:40
YAP xəbərləri
06 Mart 19:27
Gündəm
06 Mart 19:18
Dünya
06 Mart 19:15
Dünya
06 Mart 18:41
YAP xəbərləri
06 Mart 18:26
YAP xəbərləri
06 Mart 17:58
YAP xəbərləri
06 Mart 17:50
YAP xəbərləri
06 Mart 17:45
Hadisə
06 Mart 17:32
YAP xəbərləri
06 Mart 17:11
Siyasət
06 Mart 16:39
Siyasət
06 Mart 16:37
Sosial
06 Mart 16:22
YAP xəbərləri
06 Mart 16:18
YAP xəbərləri
06 Mart 16:15
YAP xəbərləri
06 Mart 16:13
YAP xəbərləri
06 Mart 16:10

