Ağcabədidə “15 İyun – Milli Qurtuluş Günü” qeyd olundu
17.06.2025 [15:37]
“Konstitusiya və Suverenlik ili” çərçivəsində iyunun 14-də Ağcabədi rayonunda “15 İyun - Milli Qurtuluş Günü”nə həsr olunmuş tədbir keçirilib. Ağcabədi Rayon İcra Hakimiyyəti, YAP Ağcabədi rayon təşkilatı və Qarabağ Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən ümumrayon tədbiri Heydər Əliyev adına Mədəniyyət və istirahət parkında baş tutub.
Öncə Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, icra hakimiyyəti başçısının müavinləri, hüquq mühafizə orqanlarının rəhbərləri, həmçinin hərbi hissə komandirləri Ulu öndər Heydər Əliyevin icra hakimiyyətinin inzibati binasının qarşısında yerləşən abidəsini ziyarət edərək önünə çiçək dəstələri düzüblər. Bundan sonra tədbirin keçirildiyi məkanda – Mədəniyyət və istirahət parkında da müdrik siyasətçinin büstü rayon rəhbəri, YAP Ağcabədi rayon təşkilatının əməkdaşları və fəalları, eləcə də idarə, müəssisə və təşkilat rəhbərləri tərəfindən ziyarət olunub.
Tədbirin aparıcısı, Ü.Haclbəyli adına Ağcabədi Şəhər Uşaq İncəsənət məktəbinin müəllimi Tünzalə Abışzadə bayram tədbirini açıq elan etdikdən sonra musiqimizin baş tacı hesab olunan dövlət himnimiz səsləndirilib. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Məruzə ilə çıxış edən Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov qeyd edib ki, həmin çətin və mürəkkəb dövrdə Azərbaycan dövlət olaraq böyük təhlükə qarşısında qalmışdı. Xalq qorxu və ümidsizlik içində idi. Belə bir vəziyyətdə xalqın və ovaxtkı hakim dairələrin təkidli çağırışı ilə Ümummilli lider Heydər Əliyev yenidən respublikamızın rəhbərliyinə qayıtdı. Xalq Heydər Əliyevin ətrafında sıx birləşərək Milli Qurtuluşun açdığı yolla öz böyük, işıqlı gələcəyinə - dövlətin, ölkənin güclü perspektivlərinə doğru səfərbər oldu. Müdrik siyasətçinin qətiyyətli addımları sayəsində dövlət çevrilişləri cəhdlərinin qarşısı alındı, bir sıra ciddi problemlər öz həllini tapdı. Beləliklə, 15 İyun günü tariximizə Milli Qurtuluş Günü kimi qızıl hərflərlə yazılıdı. Bu gün Azərbaycan tam azaddır, güclüdür, regionun gündəliyini Azərbaycan diqtə edir və dünya gücləri Azərbaycanın yaratdığı yeni reallıqlarla hesablaşır – deyə rayon rəhbəri vurğulayıb.
85 saylı Ağcabədi-Füzuli Dairə Seçki Komissiyasının sədri İbrahim Həsənov, Ağcabədi “ASAN Xidmət” Mərkəzinin əməkdaşı Çinarə Ağayeva, Ağcabədi Rayon Statistika idarəsinin rəisi Elsevər İsmayılov, Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının Köyük kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Azər Quliyev məruzə ətrafında çıxışlar edərək vurğulayıblar ki, 15 İyun tarixi təkcə keçmişin xatirəsi deyil, həm də bu günümüzə, eləcə də gələcəyimizə olan inamın rəmzidir. Milli Qurtuluş Günü Azərbaycan xalqının tarixində sadəcə bir təqvim bayramı deyil, böyük ictimai-siyasi və tarixi əhəmiyyətə malik bir gündür. Bu günün fövqündən baxanda Azərbaycanın bundan sonrakı gələcəyi də işıqlı və firavan görünür. Elə Ulu öndərimizin təbirincə desək: Azərbaycan dünyaya günəş kimi doğacaq!
Ümumrayon tədbirinin bədii hissəsində Qarabağ Regional Mədəniyyət İdarəsinin hazırladığı əsl bayram ab-havalı konsert proqramı tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb. Azərbaycanımızı, dövlətçiliyimizi və Ulu öndərin özünün də sevdiyi mahnılar tədbirə əlavə rəng və gözəllik qatıb.
Əlamətdar gündə gələcəyimiz olan körpələr də diqqətdən kənarda qalmayıblar. Belə ki, parkın müəyyən hissələrində uşaqlar üçün pikniklər təşkil olunub. Balaca fidanlar burada vaxtlarını şən, əyləncəli və maraqlı keçiriblər.
Xəbər lenti
Hamısına baxDünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05
Sosial
08 İyul 16:01
Gündəm
08 İyul 15:23
Mədəniyyət
08 İyul 15:18
Dünya
08 İyul 15:18
YAP xəbərləri
08 İyul 15:17
Hərbi
08 İyul 15:03
Dünya
08 İyul 14:58
Dünya
08 İyul 14:20
Dünya
08 İyul 14:04
Sosial
08 İyul 13:58
Siyasət
08 İyul 13:42
Dünya
08 İyul 13:32
Dünya
08 İyul 13:09
Sosial
08 İyul 13:04
Sosial
08 İyul 13:03
İqtisadiyyat
08 İyul 13:02
İqtisadiyyat
08 İyul 12:41
YAP xəbərləri
08 İyul 12:23
İqtisadiyyat
08 İyul 12:19
İqtisadiyyat
08 İyul 12:05
Gündəm
08 İyul 11:53
İqtisadiyyat
08 İyul 11:50
Siyasət
08 İyul 11:45
Siyasət
08 İyul 11:25
Gündəm
08 İyul 10:58
Gündəm
08 İyul 10:49
Siyasət
08 İyul 10:31
YAP xəbərləri
08 İyul 10:20
Analitik
08 İyul 10:17
Elanlar
08 İyul 10:15
Analitik
08 İyul 09:56
Siyasət
08 İyul 09:30
İdman
08 İyul 09:27
Analitik
08 İyul 09:12
Sosial
08 İyul 08:54
Sosial
08 İyul 08:39
Dünya
08 İyul 07:43
Dünya
08 İyul 07:37
Dünya
08 İyul 07:36
Sosial
08 İyul 07:29
Müsahibə
07 İyul 23:21
Dünya
07 İyul 22:37
İdman
07 İyul 22:10
Dünya
07 İyul 21:44
Hadisə
07 İyul 21:19
Elm
07 İyul 20:41
İqtisadiyyat
07 İyul 20:17
Siyasət
07 İyul 20:09
Xəbər lenti
07 İyul 20:08
Elm
07 İyul 19:55
Dünya
07 İyul 19:50
Dünya
07 İyul 19:23

